Məhkəmə qərarları › İş №3(039)-728/2025

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-728/2025

05.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-728/2025 05.05.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs X3 nümayəndəsi X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Vəkil iştirakları ilə xx.xx.1978-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Yevlax Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(039)-916/2024 saylı icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Məhkəmə iclasında Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra X5 verdiyi izahatında göstərmişdir ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(039)-916/2024 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 19 noyabr 2021-ci il tarixdən başlayaraq 18 oktyabr 2005-ci il təvəllüdlü X6 18 yaşına çatanadək, 18 iyun 2007-ci il təvəllüdlü X4 hazırkı qətnamə qanuni qüvvəsini alanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 154 manat iddiaçı X3 xeyrinə tutulmalıdır. İcra vərəqəsi Yevlax rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul olunmuş və tələbin 10 gün müddətində könüllü icrası ilə bağlı borcluya bildiriş göndərilmişdir. Həmin qətnamə üzrə Şəxs tərəfindən ödənişlər edilsə də, hazırda 6812 manat aliment borcu yaranmışdır. Həmin borc əsasən əvvəlki dövr üzrə ödənilməmiş aliment borcudur. Borcun ödənilməsi ilə bağlı borclu şöbəyə dəvət edilərək izahatı alınmış, xəbərdarlıq edilmiş və bildiriş verilmişdir. Borcun ödənilməsi istiqamətində müvafiq qanuni icra tədbirləri görülmüş, borclu tərəfindən hər ay tələbkarın xeyrinə ödənilşlər edilsə də, 6812 manat ödənilməmiş aliment borcu qalmışdır. Borcun ödənilməsi ilə bağlı borclu yenidən bu gün şöbəyə dəvət edilərək izahatı alınmış, borcun ödənilməsi tələb edilmiş, lakin tələbkarın xeyrinə heç bir ödəniş etməmişdir. Buna görə də barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inibati məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü ona istinad olunan inzibati xətanı törətməkdə təqsirli bilməyərək, verdiyi izahatında göstərmişdir ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(039)-916/2024 saylı icra vərəqəsinə əsasən ondan 19 noyabr 2021-ci il tarixdən başlayaraq 18 oktyabr 2005-ci il təvəllüdlü X6 18 yaşına çatanadək, 18 iyun 2007-ci il təvəllüdlü X4 hazırkı qətnamə qanuni qüvvəsini alanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 154 manat iddiaçı X3 xeyrinə tutulmalıdır. Həmin qətnamə qanüni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. Həmin qətnamə üzrə borcun yaranması onun təqsirindən olmamışdır. Əvvəllər alimenti vaxtında ödəmiş, lakin sonradan uşaqların babası öldüyünə görə aliment ödəməli olduğu şəxs olmadığından borcu yığılıb qalmışdır. Bundan sonra ikinci dəfə ailə qurmuş və iki övladı doğulmuşdur. Hazırda da aliment borcunu ödəməkdən imtina etmir. Hər ay 300 manat ödəmiş, lakin atası öldüyünü görə iki ay 200 (iki yüz) manat olmaqla ödəniş etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi X8 verdiyi izahatında göstərmişdir ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(039)-916/2024 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 19 noyabr 2021-ci il tarixdən başlayaraq 18 oktyabr 2005-ci il təvəllüdlü X6 18 yaşına çatanadək, 18 iyun 2007-ci il təvəllüdlü X4 hazırkı qətnamə qanuni qüvvəsini alanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 154 manat iddiaçı X3 xeyrinə tutulmalıdır. İcra vərəqəsi Yevlax rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul olunmuş və tələbin 10 gün müddətində könüllü icrası ilə bağlı borcluya bildiriş göndərilmişdir. Anası öldükdən sonra aliment borcunu ödəməsini dəfələrlə xahiş etməsinə və imkanı olmaına baxmayaraq borclu alimenti ödəməkdən imtina etmişdir. Borclunun 6812 manat aliment borcu yaranmışdır. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən şikyətçidir. Qeyd edilənlərin nəzərə alınaraq, Şəxs barəsində daha ciddi inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi icra məmurunun, zərərçəkmiş şəxsin nümayəndəsinin izahatı ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, işdə olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(039)-916/2024 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 19 noyabr 2021-ci il tarixdən başlayaraq 18 oktyabr 2005-ci il təvəllüdlü X6 18 yaşına çatanadək, 18 iyun 2007-ci il təvəllüdlü X4 hazırkı qətnamə qanuni qüvvəsini alanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 154 manat iddiaçı X3 xeyrinə tutulmalıdır. İşdə olan Yevlax rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarından və həmin tarixli bildirişindən görünür ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(039)-916/2024 saylı icra vərəqəsi icraata qəbul edilmiş və borclu Şəxs icranı 10 (on) gün müddətində könüllü təmin etməsi təklif edilmişdir. İşdə olan Şəxs tərəfindən Yevlax rayon İcra və Probasiya Şöbəsində verilmiş xx.xx.2024-cü il tarixli izahatından görünür ki, borclu yaranmış 8162 manat borcunu tam şəkildə ödəyəcəyini bildirmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, Yevlax rayon İcra və Probsasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs yaranmış borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan qəbzlərdən görünür ki, borclu aliment olaraq və yaranmış ümumi borcundan xx.xx.2024-cü ildə 250 manat, xx.xx.2024-cü ildə 300 manat, xx.xx.2024-cü ildə 300 manat, xx.xx.2024-cü ildə 300 manat, xx.xx.2024-cü ildə 300 manat, xx.xx.2024-cü ildə 250 manat, xx.xx.2024-cü ildə 300 manat, xx.xx.2024-cü ildə 270 manat, xx.xx.2025-ci ildə 250 manat, xx.xx.2025-ci ildə 200 manat, xx.xx.2025-ci ildə 200 manat, xx.xx.2025-ci ildə 300 manat ödəniş etmişdir. “İcra haqqında” Azərbaycan Respubliksının Qanununun 12-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən bir ay müddətinədək uzadıla bilər. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Belə ki, “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Borclu tərəfindən müəyyən olunmuş on günlük müddət ərzində məhkəmə aktı könüllü icra olunmadıqda icra məmuru həmin Qanunun 43.1-ci maddəsində əks olunmuş - borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və ya Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa məcburi icra tədbirlərinə müraciət etməlidir. Qanunverici “İcra haqqında” Qanunun Azərbaycan Respubliksının Qanununun 82-ci maddəsində icra sənədi icra edilmədiyi halda inzibati və cinayət məsuliyyətinə cəlb olunmanın xüsusi qaydasını da müəyyən etmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respubliksının Qanununun Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam təsdiq edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 özünü təqsirli bilməməsi ilə bağlı verdiyi izahatını özünü müdafiə kimi qymətləndirir və nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutulur. Məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, hər ay ödəniş etsə də, yaranmış aliment borcunu tam ödəmədyini nəzərə alıb onun barəsində cərimə cəzasının tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Elan edilmiş qərarın surəti tərəflərə təqdim edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 1 (bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 11 (on bir) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil ödənilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar