Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-73/2021 25.01.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X5 Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati tənbeh edilməsi barədə Yevlax rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Yevlax Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(039)-1410/2016 saylı qətnaməsinə əsasən borclu Şəxs xx xxx 2016-cı il tarixdən başlayaraq xx xxxx 2008-ci il təvəllüdlü X1 xx xxxxxx 2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 70 manat sabit pul məbləğində aliment alınaraq tələbkar X4 ödənilməlidir və hazırda 2770 manat məbləğində aliment borcu yaranmışdır. Şəxs borcu ödəməkdən qərəzli olaraq imtina etmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X7 tərəfindən Şəxs barəsində xx xxxxxx 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X8 məhkəmə iclasında protokolda göstərilənləri müdafiə edərək izah etdi ki, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(039)-1410/2016 saylı qətnaməsi Yevlax rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və qanunla müəyyən olunmuş qaydada icraya yönəldilmişdir. İcra vərəqəsinin icrası ilə əlaqədar olaraq, borclu Şəxs Yevlax rayon İcra və Probasiya Şöbəsinə rəsmi qaydada çağırılmış və barəsində olan borcu ödəməsi tələb olunmuşdur. Borclu Şəxs borcunu ödəyəcəyini bildirməsi barədə izahat vermiş lakin ödənişdir. Bundan sonra, icra tədbirləri davam etdirilməklə borclu Şəxs barəsində olan borcu onun özünə və əmlakı hesabına ödətdirmək məqsədi ilə borclunun yaşadığı ünvanda olarkən, borcluya məxsus tələbin yönəldilə bləcəyi zəruri əmlakdan başqa heç bir əmlakı aşkar olunmamışdır. Borclunun daşınar və daşınmaz əmlakının olub olmaması, vergi ödəyicisi kimi qeydiyyatda olub-olmaması barədə lazımi orqanlara rəsmi sorğular edilmişdir. Edilmiş sorğuların cavabında bölməyə məlum olmuşdur ki, borclu İlham Kərimov heç bir yerdə işləməməklə əmək haqqı almır, onun adına heç bir qiymətli əşya və əmlakı, daşınar və daşınmaz əmlakı yoxdur. Borclu aliment borcundan ödəniş etsə də, hazırda 2770 manat borcu yaranıbdır. Borclu tələbkara olan borcundan ödəniş etmir. Bununla da borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izah etdi ki, icra sənədi üzrə bildirişi almış, hazırda icra sənədi üzrə tələbkar Gülpəri Həsənovaya 2770 manat məbləğində aliment borcu yaranmışdır. Maddi imkanı olmadığına görə icra sənədi üzrə aliment borcunu tələbkar Gülpəri Həsənovaya ödəyə bilməmişdir. Hazırda işləyir, bügünə 200 manat ödəniş edə bilir, qalan borcunu isə hissə-hissə ödəyəcəkdir. Məhkəmə iclası zamanı tələbkar Gülpəri Həsənova ilə telefon əlaqəsi yaradılmış və tələbkar bildirmişdir ki, borclu X13 icra sənədi üzrə 2770 manat məbləğində borcu dəfələrlə ödəyəcəyinə söz versə də, hal-hazıradək ona ödəməmişdir. İcra sənədi üzrə borcun tam şəkildə ödənilməsini tələb edir. Borclu Şəxs yalan danışır, dəfələrlə vəd verməsinə baxmayaraq borcunu ödəməmişdir. Ona görə də, onun barəsində qanuni tədbir görülməsini xahiş etdi. Azərbaycan Respublikası Konstitusiyasının 60.1-ci maddəsində qeyd edilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə, məhkəmə və digər orqanlarının qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati xətanın törədilməsinə səbəb olur. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xəta Yevlax rayon İcra və Probasiya Şöbəsi tərəfindən düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-ci maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, protokol üzrə aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, eyni zamanda onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs əməlinin Azərbaycan Respublikasının İXM-nin digər maddəsinə (maddələrinə) tövsif edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsi üçün əsaslar görmür. Məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, inzibati xətanın xarakterini və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanskiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 31.4, 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: xx xxxxxxx 1988-ci il tarixdə X3 rayonunda anadan olmuş, Yevlax rayonu Havarlə kəndində qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş Şəxs 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli xx xxxxxx 2021-ci il tarixdən saat 12:15-dən hesablansın. Qərarın surəti Şəxs təqdim edilsin. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-73/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-73/2021
25.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver