Məhkəmə qərarları › İş №3(039)-731/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-731/2020

18.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-731/2020 18.10.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Yevlax Rayon Polis Şöbəsinin sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə, xx.xx.1976-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, "xxxxxxxx" MMC-də nəzarətçi işləyən, Gəncə şəhəri Kəpəz rayonu Z.Hacıyev küçəsi ev 10-da yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs üzərindən xx xxxxxxx 2020-ci il tarixdə saat təxminən 17:00 radələrində Yevlax Bərdə yolunun ikinci km-də üzərindən 2 ədəd siqaretdə doldurulmuş marixuana tapılmışdır. Bununla da MŞəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş, narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında saxlanılması inzibati xətanı törətmişdir. Məhkəmə iclasında sahə rəisi, polis mayoru Əmirxan Namazov bildirmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə Ucar Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis baş serjantı Toğrul İbrahimov və Ucar Rayon Polis Şöbəsinin İTB-nin sahə polis nəfəri, polis baş setrjantı Nazim Xəlilzadə xx xxxxxxx 2020-ci il tarixdə mövcüd vəziyyətlə əlaqədar Yevlax rayonu ərazisində təşkil eidlmiş Yevlax-Bəhrəmtəpə yolunda postda xidmətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılmış "Opel" markalı ** DF *** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin Gəncə şəhər sakini Şəxs vizual görünşdə üzərindən narkotik vasitə olması şübhəsini yaratmışdır. Bundan sonra polis əməkdaşı Yevlax Rayon Polis Şöbəsinə raportla müraciət etmişdir. Raporta əsasən tərəfindən araşdırma aparılmış, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdirmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə səhər saatlarında Gəncə şəhərində yerləşən “Qələbə” adlı parkda gəzərkən 3 bükümdə narkotik vasitə olan marixuana tapmış və həmin marixuananı üzərində saxlamışdır. xx xxxxxxx 2020-ci il tarixdə işlədiyi işlə əlaqədar olaraq Cəlilabad rayonuna getməli olduğundan həmin tarixdə saat 16 radələrində tanışına məxsus “Opel” markalı avtomobillə Gəncə şəhərindən Cəlilabad rayonu istiqamətinə hərəkətdə olarkən təxminən saat 17 radələrində Yevlax-Bəhrəmtəpə yolunda postda polis əməkdaşları onları saxlamışdır. Həmin vaxt polis əməkdaşları onu Yevlax Rayon Polis Şöbəsinə dəvət etmişlər, o, isə etiraz etmədən polis avtomobilinə əyləşərək rayon polis şöbəsinə gətirilmişdir. Üzərində olan bıçağı yolda çörək kəsmək məqsədilə üzrərində gəzdirdiyini bildirdi. İşdə olan xx xxxxxxx 2020-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə xx xxxxxxx 2020-ci il tarixdə saat 21:00-dan inzibati qaydada tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı, Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis baş leytenantı X2 cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli qərarla, Yevlax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X4 tərəfindən tərtib edilmiş MN ******* №-li, xx xxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. İşə əlavə edilmiş Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis baş leytenantı X2 cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 18:20-də saxlanılmışdır. Toplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanması əməlində cinayət tərkibi olmadığından rədd edilmiş, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması qərara alınmışdır. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlukəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətəlar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin tətbiqini kifayət saymayaraq inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli Şəxs faktiki saxlanıldığı vaxtdan, yəni xx xxxxxxx 2020-ci il tarixdən saat 18:20-dən hesab edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar