Məhkəmə qərarları › İş №3(039)-732/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-732/2020

18.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-732/2020 18.10.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, Yevlax şəhəri 32-ci məhəllə bina 5, ev 18-də yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs xx xxxxxxx 2020-ci il traixdə saat 22 radələrində Yevlax şəhəri 32-ci məhəllənin qarşısında komendant saatını pozaraq və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır . Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş, xüsusi icazə vərəqəsi və (və ya) şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmağa görə və ictimai qaydanı mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamaqla inzibati xətanı törətmişdir. Məhkəmə iclasında polis sahə rəisi, polis mayoru Əmirxan Namazov bildirmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 22 radələrində Yevlax Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis kiçik serjantı X6 və əməliyyat müvəkkili, polis leytenntı Zeynalov ilə birlikdə Yevlax şəhəri 32-ci məhəllədə xidmətdə olarkən onlar tərəfindən VAZ 2106 markalı ** FA *** nömrə qeydiyyat nişanlı avtomaşın saxlanılmışdır. Həmin şəxsə hərbi vəziyyət elan olunmuş zonada komendant saatını pozduğunu izah olunmuş və həmin şəxs rayon polis şöbəsinə gətirilmək istəyərkən ucadan səs-küy salaraq ünvansız küçə söyüşləri etmişdir. Polis əməkdaşları həmin şəxsi nizam-intizama dəvət etmiş, lakin o, məhəl qoymayaraq öz hərəkətlərini davam etdirərək polisin qanuni tələbinə qəsdən tabe olmadığı üçün polis əməkdaşları tərəfindən Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir. Polis Şöbəsində məlum olmuşdur ki, həmin şəxs Yevlax şəhər sakini Şəxs oğludur. Bundan sonra sahə polis nəfərləri, polis kiçik serjantı X1 Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Raporta əsasən tərəfindən araşdırma aparılmış, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdirmişdir ki, xx xxxxxxx 2020-ci il traixdə saat 22 radələrində Yevlax şəhəri 32-ci məhəllənin qarşısında hərəkətdə olan zaman polis əməkdaşları onu saxlamış, ona yaxınlaşaraq nə üçün komendant saatını pozduğunu soruşduqda o, uşağının xəstə olduğunu ona dərman almaq məqsədilə aptekə getdiyini bildirmişdir. Bu zaman polis əməkdaşları onu komendant saatını pozduğu üçün rayon polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt içkili olduğundan polis əməkdaşlarına qarşı kobudluq edərək onların tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında polis nəfəri, polis kiçik serjantı X4 şahid qismində dindirilərkən ifadəsində bildirdi ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 22 radələrində əməliyyat müvəkkili, polis leytenantı Zeynalov ilə birlikdə Yevlax şəhəri 32-ci məhəllədə xidmətdə olarkən onlar tərəfindən VAZ 2106 markalı ** FA *** nömrə qeydiyyat nişanlı avtomaşın saxlanılmışdır. Həmin şəxsə hərbi vəziyyət elan olunmuş zonada komendant saatını pozduğunu izah olunmuş və rayon polis şöbəsinə gətirilmək istəyərkən ucadan səs-küy salaraq ünvansız küçə söyüşləri söymüş, həmin vətəndaşı nizam-intizama dəvət etmiş, lakin həmin şəxs içkili olduğundan onlara məhəl qoymayaraq öz hərəkətlərini davam etdirərək polisin qanuni tələbinə qəsdən tabe olmadığı üçün onlar tərəfindən Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir. Bundan sonra o, Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. İşdə olan xx xxxxxxx 2020-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə xx xxxxxxx 2020-ci il tarixdə saat 22:00-dan inzibati qaydada tutulmuşdur. Hərbi vəziyyət elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilmiş, Hərbi vəziyyətin təmin edilməsi məqsədi ilə “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş tədbirlər həyata keçirilmiş, Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilmiş, Komendant saatının tətbiq edildiyi ərazilərdə: şəxslərin xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənədləri olmadan küçələrdə və digər ictimai yerlərdə olmaları qadağan edilsin; xüsusi giriş-çıxış rejimi tətbiq edilsin, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması üçün tədbirlər görülmüşdür. Beləliklə,Şəxs istinad edilən inzibati xətanı törətməsi təqsiri özünün qismən etirafı, şahid ifadələri, Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X5 tərəfindən tərtib edilmiş MN ******* №-li, xx xxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. İnzibati Xətalar Məcəlləsi: Maddə 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Maddə 517-2.1. Xüsusi icazə vərəqəsi və (və ya) şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmağa görə xəbərdarlıq edilir və ya əlli manat məbləğində cərimə edilir. Maddə 535.1. Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin xətaları törətməkdə təqsirlidir, onun barəsində daha ciddi inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb onun barəsində daha ciddi xəyata görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1 və 535.1-ci maddələri ilə təqsirli bilinib 10 (on gün) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli Şəxs tutulduğu vaxtdan, yəni xx xxxxxxx 2020-ci il tarixdən saat 22:00-dan hesab edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar