Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-732/2021 27.09.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Tələbkar Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati tənbeh edilməsi barədə Yevlax rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Ataşov X3 Rayon Məhkəməsinin 2(039)-619/2020 saylı, 11.03.2020-ci il tarixli qərarı üzrə yaranmış 420 (dörd yüz iyirmi) manat borcu ödəməkdən yayınmışdır. Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən Şəxs barəsində 27 sentyabr 2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəmə iclasında protokolda göstərilənləri müdafiə edərək izah etdi ki, Yevlax Rayon Məhkəməsinin 2(039)- 619/2020 saylı, 11.03.2020-ci il tarixli icra vərəqəsi Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və qanunla müəyyən olunmuş qaydada icraya yönəldilmişdir. İcra vərəqəsinin icrası ilə əlaqədar olaraq, borclu Ataşov X3 rayon İcra və Probasiya Şöbəsinə rəsmi qaydada çağırılmış və barəsində olan borcu ödəməsi tələb olunmuşdur. Lakin borclu tələbkara olan borcunu ödəməmişdir. Qeyd edir ki, borclu Şəxs İİ-ci qrup müharibə əlilidir və buna görə sosial müavinət alır. Bununla əlaqədar borclu Şəxs təqaüdündən tutulmalar aparılaraq tələbkara aliment ödənilirdi, lakin hazırda borclunun təqaüdündən tələbkarın xeyrinə son üç ay müddətində heç bir tutulma edilməmişdir. Borclu tələbkara olan borcundan ödəniş etməmişdir. Nəticədə borclu Şəxs 420 manat məbləğində aliment borcu yaranmışdır. Bununla da borclu Şəxs icra sənədini üzrsüz səbəbdən icra etmədiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izah etdi ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-619/2020 saylı, 11.03.2020-ci il tarixli qətnaməsinə əsasən ondan bir uşağın saxlanması üçün hər ay 140 manat aliment tutularaq tələbkara ödənilməlidir. Hər ay tələbkara 140 manat aliment ödəmişdir. Maddi durumu yaxşı olmadığından və heç bir yerdə işləmədiyindən son üç ay müddətində aliment ödəyə bilməmiş, nəticədə 420 manat borcu yaranmışdır. Borcu ödəməkdən imtina etmir. İİ-ci qrup müharibə əlilidir və buna görə sosial müavinət alır. Borcun ödənilməsi üçün təqaüdündən borcun tutulmasına etiraz etmir. Əlilliyinə görə sosial müavinətin alınması ilə bağlı Komissiyaya və aidiyyəti orqanlara müraciətlər etmiş, lakin hazırda müraciətlərinə baxılır və cavab gəlməmişdir. Məhkəmədən əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-619/2020 saylı, 11.03.2020-ci il tarixli qətnaməsinə əsasən Şəxs bir uşağın saxlanması üçün hər ay 140 manat aliment tutularaq onun xeyrinə verilməsi qət edilmişdir. Hazırda borclu son üç ay müddətində ona ödəniş etməmişdir. Uşaq məktəblidir və yaxın bir müddətdə məktəbə gedəcək, ona məktəb ləvazimatları, geyim və sair əşyaların alınması üçün pula ehtiyacı vardır. Borcun ödənilməsini tələb edir. Məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsinin xahiş etdi. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə, məhkəmə və digər orqanlarının qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati xətanın törədilməsinə səbəb olur. Məhkəmə Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, tələbkar Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan tərkib yoxdur. Belə ki, iş materiallarında olan 20.07.1999-cu il tarixli, 258891 saylı əlillik vəsiqəsinin surətindən görünür ki, Şəxs İİ qrup müharibə əlilidir. Borclu Şəxs borcun ödənilməsindən imtina etmir və qərəzli yayınmır. Hər ay tələbkara 140 manat alimenti vaxtında ödəyib, hazırda aliment borcunun ödənilməməsinin səbəbi müvəqqəti aldığı sosial müavinətin dayandırılması olmuşdur. Yenidən sosial müavinət alması üçün müvafiq komissiyaya və aidiyyəti orqanlara müraciətlər etmiş, lakin hazırda ona cavab gəlməmişdir. İcra məmuru tərəfindən Azərbaycan Respublikası İcra Haqqında qanununun 43.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq borclunun təqaüdünə yönəldilmə kimi məcburi tədbir görülmüşdür. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, protokol üzrə aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, eyni zamanda onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsi üçün əsaslar var. Məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında tərtib olunmuş protokolda və ona əlavə edilmiş sənədlərdə İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığından, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 53, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-732/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-732/2021
27.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver