Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-732/2025 07.05.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Mədətov Samir Yusif oğlunun katibliyi, Yevlax rayon X11 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X3, X1 barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Yevlax rayonunda, anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Yevlax şəhəri Q.Əşrəfbəy küçəsi mənzil 34-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 206-cı maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs qanunsuz olaraq narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə ictimai yerdə uca səslə səs-küy salmış, polis əməkdaşlarının tələbinə qəsdən tabe olmamışdır Məhkəmə iclasında Yevlax rayon X11 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X6 çıxış edərək bildirmişdir ki, Şəxs ictimai yerdə uca səslə səs-küy salmış, polis əməkdaşlarının tələbinə qəsdən tabe olmamış, həmçinin qanunsuz olaraq narkotik vasitə istifadə etmişdir nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Raportu tərtib edən Yevlax RPŞ-nin əməliyyat müvvəkili, polis mayoru X5 məhkəmə iclasında çıxış edərək Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibi olduğundan onun barəsində müvafiq tədbirlərin görülməsi üçün yaşadığı ünvana gedərkən Şəxs görüb ona yaxınlaşaraq özlərini təqdim edərək onu Yevlax RPŞ-nə dəvət edərkənsonuncu aqressiv davranaraq ünvansız ünvansız nalayiq ifadələr işlədərək polis şöbəsinə getməyəcəyini bildiriərək qanunsuz hərəkətlərinə davam edərək polis əməkdaşlarının tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs ifadəsində tərtib olunan protokol ilə razılaşmadığını, şərləndiyini, narkotik vasitə istifadə etmədiyini və polis əməkdaşlarının onu döyərək şöbəyə apardığlarını bildirmişdir. X2 məhkəmə iclasında müdafiə etdiyi şəxsin özünü təqsirli bilmədiyini, son zamanlar narkotik vasitədə istifadə etmədiyini və şəxs barəsində olan icraata xitam verilməsini məhkəmədən xahiş etdi İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs qanunsuz olaraq narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə ictimai yerdə uca səslə səs-küy salmış, polis əməkdaşlarının tələbinə qəsdən tabe olmamışdır Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 05 may 2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işi başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkololoji dispanserinin 731 saylı 05 may 2025-ci il tarixli rəyindən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabionidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Sərxoşluğun müayinəsinə dair 03 may 2025-ci il tarixli, 448 №li protokoldan görünür ki, Şəxs marixuanadan istifadə müsbət aşkarlanmış, narkotik sərxoşluğu əlaməti müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4. maddəsinə əsasən Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 34.2. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 37.1-ci maddəsinə əsasən İnzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. 37.3-cü maddəsinə əsasən Barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. 37.4-cü maddəsinə əsasən Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir 37.5-ci maddəsinə əsasən Barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi protokolu tərtib etmiş şəxsin və barəsində inzibati icraat aparılan şəxsin izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə, Şəxs,narkomaniyadan əziyət çəkdiyini, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğunu, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların olmamasını, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasının hədləri daxilində həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 07 may 2025-ci il tarixdən saat 16:50-dən hesablansın. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və,yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Qərarın icrası inzibati həbs hissəsində Yevlax Rayon Polis Şöbəsinə, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınması hissəsində Yevlax rayon İcra və Probasiya Şöbəsinə və ixtisaslaşdırılmış tibb müəssisəsinə həvalə edilsin. Şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilsin. Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X4 göstərdiyi 02 (iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 22 (iyirmi iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X7 ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-732/2025
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-732/2025
07.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver