Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-733/2021 27.09.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1991-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Yevlax şəhəri, Nizami prospekti ev 21, mənzil 10-da qeydiyyatda olan və Yevlax şəhəri, C.Kərimov küçəsi ev 64-də yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati tənbeh edilməsi barədə Yevlax rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Yevlax Rayon Məhkəməsinin 2(039)-1657/2018 saylı, 13.09.2018-ci il tarixli icra vərəqəsinə əsasən yaranmış 14702 manat borcu ödəməkdən yayınmışdır. Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində 27 sentyabr 2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclasında protokolda göstərilənləri müdafiə edərək izah etdi ki, Yevlax Rayon Məhkəməsinin 2(039)- 1657/2018 saylı, 13.09.2018-ci il tarixli icra vərəqəsi Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və qanunla müəyyən olunmuş qaydada icraya yönəldilmişdir. Məhkəmə qərarına əsasən Şəxs 14704 manat alınaraq tələbkar X5 verilməsi qət edilmişdir. Şəxs cəzaçəkmə müəssisəsindən 03.10.2020-ci il tarixdə azad olunmuş, cəza çəkdiyi müddət ərzində icra vərəqəsi üzrə heç bir ödəniş etməmişdir. Borclunun icra vərəqəsində göstərilən Yevlax rayonu, Qaraoğlan kəndi ünvanına tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, lakin borclunun həmin ünvanda yaşamadığı müəyyən edilmişdir. Bundan sonra icra tədbirləri davam etdirilərək borclu barəsində axtarış işi açılmışdır. İcra vərəqəsinin icrası ilə əlaqədar olaraq, borclu Şəxs 27.09.2021-ci il tarixdə Yevlax rayon İcra və Probasiya Şöbəsinə polis əməkdaşları tərəfindən gətirilərək barəsində olan borcu ödəməsi tələb olunmuşdur. Lakin borclu tələbkara olan borcunu ödəməmiş, izahatında maddi imkanının olmamasını və işsizliyini göstərərək borcu tam ödəyə bilmədiyini bildirmişdir. Bununla da borclu Şəxs icra sənədini üzrsüz səbəbdən icra etmədiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izah etdi ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-1657/2018 saylı, 13.09.2018-ci il tarixli qətnaməsini almamış, icra məmuru tərəfindən tələbin könüllü icrası haqqında bildiriş ona təqdim edilməmişdir. Borcunun olması barədə məlumatı yoxdur. Hazırda ünvan 1 ünvana Yevlax rayon icra və probasiya şöbəsindən tələbin icrası ilə bağlı nə bildiriş, nə də xəbərdarlıq ona gəlməmişdir. Məhkəmədən barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq tələbkar X7 məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən işə tələbkar X4 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə, məhkəmə və digər orqanlarının qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati xətanın törədilməsinə səbəb olur. Məhkəmə Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan tərkib yoxdur. Belə ki, iş materiallarında olan Yevlax Rayon Məhkəməsinin 2(039)-1657/2018 saylı, 13.09.2018-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, borclunun ünvanı ünvan 3rası haqqında bildiriş həmin ünvana göndərilsə də, borclunun həmin ünvanda yaşamadığı müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, borclu Şəxs borcun ödənilməsindən qərəzli olaraq yayınmır. İcra məmuru tərəfindən Azərbaycan Respublikası İcra Haqqında qanununun 8.2-ci maddəsinin tələbinə uyğun olaraq borcluya icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün bildiriş təqdim edilməmişdir. “İcra Haqqında” Azərbaycan Respublikasının qanununun 8-ci maddəsinin tələblərinə əsasən İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, protokol üzrə aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, eyni zamanda onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsi üçün əsaslar var. Məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında tərtib olunmuş protokolda və ona əlavə edilmiş sənədlərdə İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığından, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 53, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-733/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-733/2021
27.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver