Məhkəmə qərarları › İş №3(039)-734/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-734/2022

18.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-734/2022 18.08.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, xx xxxx 1978-ci ildə Yevlax şəhərində anadan olmuş, Yevlax şəhəri S.Əsgərova küçəsi ev 42-də yaşayan, inzibati xəta törətmiş şəxs Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs barəsində Yevlax Rayon Polis X5 Polis Bölməsində tərtib edilmiş İXP ******* №-li, 18 iyun 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, o, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi vaxtdan üç ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Bununla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsində təqsiri Yevlax Rayon Polis X5 Polis Bölməsində tərtib edilmiş İXP ******* №-li, 18 iyun 2022-ci il tarixli inzibati xəta haqqında protokolla və işdə olan digər sənədlərlə təsdiq olunur. Məhkəmə iclasının vaxtı və yeri haqqında Şəxs lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə əlavə edilmiş Azərbaycan Respublikası DİN BDYPİ-nin 12 dekabr 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 50 manat məbləğində cərimə edilmiş, Şəxs cəriməni ödəmədiyi üçün həmin cərimənin üzərinə 28 manat məbləğində peniya hesablanaraq 78 manat məbləğində olmuşdur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin inzibati xətanı törətməkdə təqsirlidir. Onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması inzibati tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətə məhdudlaşdırılsın. Qərarın surəti icra olunması üçün X3 İmtahan və X4 göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar