Məhkəmə qərarları › İş №3(039)-734/2024

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-734/2024

15.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-734/2024 15.08.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi İclas katibi X3, Azərbaycan Dövlət Gömrük Komitəsinin nümayəndəsi X1 iştirakı ilə, «Sara Lizinq” MMC şirkətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında Azərbaycan Dövlət Gömrük Komitəsinin Gəncə Gömrük İdarəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, 00900-00367/24 nömrəli protokola əsasən «Sara Lizinq” MMC şirkəti tərəfindən malların saxlanc müddətləri pozulmuşdur. Bununla da, «Sara Lizinq” MMC şirkəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Dövlət Gömrük Komitəsinin nümayəndəsi X2 ifadə verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə “Mazımqara” gömrük postundan keçməklə Şəxs MMC-nin adına İsrail Respublikasından idxal olunan “Quşçuluq avadanlığının hissələri”-sökülmüş halda yükü xx.xx.2024-cü il tarixdə, **********9347 sorğu nömrəli gömrük bəyannaməsi ilə “Müvəqqəti saxlanc” xüsusi gömrük prosedurunda rəsmiləşdirilərək 4 (dörd) ay müddətinə saxlanca götürülmüş, lakin saxlanc müddəti sona çatsada mallar MMC tərəfindən müvafiq gömrük proseduru altında yerləşdirilməmiş və bununla bağlı, Yevlax gömrük postundan Əməliyyat və Təhqiqat şöbəsinə 3-33- 1600/019/002557 nömrəli xx.xx.2024-cü il tarixli raport daxil olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barəsində «Sara Lizinq” MMC Şirkətinə məlumat verilmiş lakin məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iclasında «Sara Lizinq” MMC-nin nümayəndəsi ilə telefonla əlaqə saxlanmış, və məhkəməyə dəvət olunmuş, lakin onlar məhkəmə iclasına gələ bilməyəcəklərini özlərini təqsirli bildiklərini və məsələni məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdirlər. İnzibati xəta haqqında materialı araşdıraraq məhkəmə hesab edir ki, «Sara Lizinq” MMC şirkəti inzibati məsuliyyətə cəlb edilməlidir. Beləki, «Sara Lizinq” MMC şirkəti tərəfindən inzibati xətanın törədilməsi tərəflərin izahatı ilə, inzibati xəta haqqında protokolla və digər sübutlarla tam təsdiq olunur. Məhkəmədə müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş «Sara Lizinq” MMC şirkəti malların saxlanca qoyulması və saxlanc qaydalarını (müddətlərinin) pozmuş, bununla da qeyd edilən hərəkətlər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsilə tövsif olunmalı və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 425-427-cı maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «Sara Lizinq” MMC şirkəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat miqdarında cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar