Məhkəmə qərarları › İş №3(039)-735/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-735/2021

28.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-735/2021 28.09.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 8-ci tağımının yol patrul xidməti inspektoru, polis serjantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli,fərdi işlə məşğul olan, Daşkəsən rayonu Qabaqtəpə kəndində yaşayan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 28 sentyabr 2021-ci il tarixdə səhər saatlarında “VAZ-21725” markalı, ** AE *** dövlət qeydiyyat nişanlı avtomobili Yevlax şəhəri ərazisində sürətlə idarə etdiyi üçün yol patrul inspektoru tərəfindən saxlanılmış, araşdırma zamanı müəyyən edilmişdir ki, sürücü Şəxs sürücülük vəsiqəsi və etibarnamə olmadan nəqliyyat vasitəni idarə edir. Bununla da Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs yol patrul xidməti inspektoru, polis serjantı X2 məruzə edərək bildirmişdir ki, Şəxs 28 sentyabr 2021-ci il tarixdə səhər saatlarında “VAZ-21725” markalı, ** AE *** dövlət qeydiyyat nişanlı avtomobili Yevlax şəhəri ərazisində sürətlə idarə etdiyi üçün tərəfindən saxlanılmış, araşdırma zamanı müəyyən edilmişdir ki, sürücü Şəxs sürücülük vəsiqəsi və etibarnamə olmadan nəqliyyat vasitəni idarə edir, o narkotik istifadəçisidir. Ona görə də, sürücü Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məclləsinin 334.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Daşkəsən rayonu Qabaqtəpə kəndində yaşayır. 28 sentyabr 2021-ci il tarixdə səhər saatlarında “VAZ-21725” markalı, ** AE *** dövlət qeydiyyat nişanlı avtomobili Gəncə şəhəri istiqamətində Yevlax şəhəri ərazisində sürücülük vəsiqəsi olmadan sürətlə idarə etdiyi üçün yol polis əməkdaşları onu saxlamışdır. Müayinə zamanı müəyyən edilmişdir ki, o narkotik vasitədən istifadə etmişdir. Həmin narkotik vasitə olan marixuananı on gün əvvəl istifadə etmişdir. Himayəsində xəstə anası var. Cərimə edilməsini xahiş etdi. Şəxs həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı və işin digər materialları ilə tam təsdiq edilmişdir. İşdə olan 921 №-li, 28 sentyabr 2021-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokoluna əsasən Şəxs 28 sentyabr 2021-ci il tarixdə saat 10:20-də narkotik sərxoşluğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlukəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin tətbiqini kifayət saymayaraq inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinib 05 (beş) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 28 sentyabr 2021-ci il tarixdən saat 10:20-dən hesab edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar