Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-735/2024 15.08.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Mədətov Samir Yusif oğlunun katibliyi, Azərbaycan Respublikası DGK-nın Gəncə Gömrük İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, «Vəkiloğlu” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə Gömrük İdarəsindən daxil olmuş 00900-00370/24 nömrəli 01 avqust 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə Mazımqara gömrük postundan keçməklə Tərtər rayonu Xoruzlu kəndində qeydiyyatda olan Vəkiloğlu MMC-nin adına Türkiyə Respublikasından idxal olunan Boz rəngli və ağ zolağlı toxum qabığında günəbaxan tumu yükünə AR Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl Qısa idxal bəyannəməsi elektron formada tərtib edilib göndərilmədiyi barədə Yevlax gömrük postundan Əməliyyat və Təhqiqat şöbəsinə 3- 33-1600/019/002378 nömrəli xx.xx.2024-cü il tarixli raport daxil olmuşdur. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi X2 izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə Mazımqara gömrük postundan keçməklə Tərtər rayonu Xoruzlu kəndində qeydiyyatda olan Vəkiloğlu MMC-nin adına Türkiyə Respublikasından idxal olunan Boz rəngli və ağ zolağlı toxum qabığında günəbaxan tumu yükünə AR Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl Qısa idxal bəyannəməsi elektron formada tərtib edilib göndərilmədiyi barədə Yevlax gömrük postundan Əməliyyat və Təhqiqat şöbəsinə 3-33-1600/019/002378 nömrəli xx.xx.2024-cü il tarixli raport daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «Vəkiloğlu” MMC -nin ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişinin göndərilməsinə baxmayaraq «Vəkiloğlu” MMC -nin nümayəndəsi məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə «Vəkiloğlu” MMC -nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, səlahiyətli orqanın nümayəndəsinin izahatını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, «Vəkiloğlu” MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması hallar nəzərə alınır. Beləliklə, məhkəmə «Vəkiloğlu” MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: «Vəkiloğlu” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-735/2024
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-735/2024
15.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver