Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-736/2021 28.09.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Rzayev Arzu Ağazeynal oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1971-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, ticarət ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Yevlax rayon prokuroru, baş ədliyyə müşaviri Ceyhun Almasov tərəfindən Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qəbul edilmiş qərar baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Yevlax Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarda göstərilmişdir ki, 26 iyul 2021-ci il tarixdə saat 12.00 radələrində Yevlax şəhəri Füzuli küçəsində yerləşən bazarda X1 məxsus pərdə dükanın qarşısında Zərərçəkmiş şəxs əvvəllər tikilməsi üçün verdiyi pərdənin hazır olmamasına görə Şəxs ilə arasında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı Şəxs Zərərçəkmiş şəxs sol qolundan tutub dartmaqla ona sol saidin aşağı 1/3nin iç səthinin və sol bazunun yuxarı 1/3-nin iç səthinin sıyrıqları ilə müşayiət olunan dərəcəsi təyin edilməyən xəsarət yetirməklə Zərərçəkmiş şəxs döymüşdür. Beləliklə, Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Yevlax rayon Prokurorluğuna məlumat verilsə də, nümayəndəsinin məhkəmə prosesində iştirakını təmin etməmişdir. Məhkəmə Yevlax rayon Prokurorluğun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, Yevlax şəhəri, Füzuli küçəsində yerləşən bazarda qaynanası Kifayət Məmmədovaya məxsus pərdə dükanını işlədir. Həmin dükanda işləyən Klara adlı qadın dərzi 26.07.2021-ci il tarixdə işdən çıxaraq getmişdir. Həmin günü saat 12.00 radələrində dükanın qarşısında dayanan zaman Yevlax şəhər sakini kimi tanıdığı Cəmilə adlı qadın ona yaxınlaşaraq ondan pərdə dükanında dərzi işləyən Klara adlı qadını soruşmuşdur. O, ona Klaranın burda olmadığını, işdən çıxdığını demişdir. Bu zaman Cəmilə səs küy salaraq onun ünvanına nalayiq ifadələr işlətmişdir, bundan sonra aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Cəmiləyə xəsarətlər yetirməmişdir. Törətdiyi əməldən səmimi olaraq peşmandır. Hazırda Zərərçəkmiş şəxs üzr istəmiş, onunla barışmışdır. Məhkəmədən Zərərçəkmiş şəxs ilə barışdığını nəzərə alaraq, inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək izah etdi ki, 26.07.2021-ci il tarixdə saat 12.00 radələrində Yevlax şəhəri Füzuli küçəsində yerləşən bazarda pərdə dükanında işləyən Klara adlı qadın dərziyə tikməsi üçün verdiyi pərdəni götürmək üçün dərzi dükanına getmişdir. Ora çatdıqda Teymuru dükanda görmüş, ondan Klaranın harada olmasını, pərdənin hazır olub-olmadığını soruşmuşdur. Teymur ona acıqlı cavab verdikdən sonra, o, dükanın içərisinə keçmək istəyərkən Teymur onun qolundan tutaraq çəkməyə başlamışdır, bu zaman aralarında mübahisə yaranmış, mübahisə zamanı Teymur dükandakı qayçını götürüb onu vuracağını deyərək hədələmişdir. O, dükandan çıxıb getmişdir, daha sonra polis şöbəsinə bu barədə məlumat vermişdir. Hazırda Şəxs ondan üzr istəmişdir, onunla barışmışdır. Məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə hazırda barışdığını, ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Yevlax RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis baş leytenantı X2 tərəfindən qəbul edilmiş 05.09.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs barəsində cinayət işinin başlanması, əməlində cinayət tərkibi olmadığından rədd edilmiş və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Yevlax rayon prokurorluğuna göndərilmişdir. Məhkəmə-tibbi ekspertizanın 27.07.2021-ci il tarixli 476 nömrəli rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət- sol saidin aşağı 1/3-nin iç səthinin və sol bazunun yuxarı 1/3-nin iç səthinin sıyrıqları küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 26.07.2021-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. Məhkəmə iş materiallarını araşdıraraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs izahatlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş üzrə Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmamasını bildirmiş və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157-ci və 158-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda başlanmış icraata xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə zərərçəkmiş şəxsin barışması səbəbindən Şəxs barəsində başlanmış İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-nin 105.1, 114.2, 114.2.1, 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə, Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-736/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-736/2021
28.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver