Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-737/2021 22.10.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Rzayev Arzu Ağazeynal oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi Yevlax gömrük postunun böyük inspektoru X3, Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Qərb Ərazi baş Gömrük İdarəsinin Yevlax Gömrük Postundan daxil olmuş 03 sentyabr 2021-ci il tarixli, 34/021/007826 saylı raportunun araşdırılması zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən 30 dekabr 2021-ci il tarixli, SAD/2021/001 nömrəli müqavilə üzrə İran İslam Respublikasından “X8” şirkətinə 12 yanvar 2021-ci il tarixli, **********1654 saylı və 13 yanvar 2021-ci il tarixli **********2102 saylı gömrük bəyannamələri ilə konsiqnasiya yolu ilə ixrac edilmiş “yaş biyan kökü” yükünün dəyəri 7836 (yeddi min səkkiz yüz otuz altı) ABŞ dolları olan valyuta vəsaiti bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının hesabına geri köçürülməmişdir. Qərb Ərazi Baş Gömrük İdarəsi Yevlax gömrük postunun böyük inspektoru X5 izahatında göstərdi ki, Qərb Ərazi baş Gömrük İdarəsinin Yevlax Gömrük Postundan daxil olmuş 03 sentyabr 2021-ci il tarixli, 34/021/007826 saylı raportunun araşdırılması zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən 30 dekabr 2021-ci il tarixli, SAD/2021/001 nömrəli müqavilə üzrə İran İslam Respublikasından “Siırin Darou” şirkətinə 12 yanvar 2021-ci il tarixli, **********1654 saylı və 13 yanvar 2021-ci il tarixli **********2102 saylı gömrük bəyannamələri ilə konsiqnasiya yolu ilə ixrac edilmiş “yaş biyan kökü” yükünün dəyəri 7836 (yeddi min səkkiz yüz otuz altı) ABŞ dolları olan valyuta vəsaiti bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının hesabına geri köçürülməmişdir. Göstərilənlərlə əlaqədar müvafiq araşdırma aparıldıqdan sonra Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan tərkib olduğundan müvafiq protokol tərtib edilmişdir. Hazırda Şəxs MMC valyuta vəsaitini ixracatçının hesabına geri köçürmüşdür. Göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X4 izahat verərək bildirdi ki, Şəxs MMC tərəfindən 30 dekabr 2021-ci il tarixli, SAD/2021/001 nömrəli müqavilə üzrə İran İslam Respublikasından “Shirin Darou” şirkətinə 12 yanvar 2021-ci il tarixli, **********1654 saylı və 13 yanvar 2021ci il tarixli **********2102 saylı gömrük bəyannamələri ilə konsiqnasiya yolu ilə ixrac edilmiş “yaş biyan kökü” yükünün dəyəri 7836 (yeddi min səkkiz yüz otuz altı) ABŞ dolları olan valyuta vəsaiti bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının hesabına geri köçürülməmişdir. Qeyd edilən bəyannamələr üzrə ixrac edilmiş yükün dəyərinin malların bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının hesabına geri köçürülməməsinin səbəbi İran İslam Respublikasında beynəlxalq pul köçürmələrinə qoyulan embarqodur. Hazırda Şəxs MMC 7836 (yeddi min səkkiz yüz otuz altı) ABŞ dolları olan valyuta vəsaitini ixracatçının hesabına geri köçürmüşdür. Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 20 sentyabr 2021-ci il tarixli, 11000-1322/21 nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Qərb Ərazi baş Gömrük İdarəsinin Yevlax Gömrük Postundan daxil olmuş 03 sentyabr 2021-ci il tarixli, 34/021/007826 saylı raportunun araşdırılması zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən 30 dekabr 2021-ci il tarixli, SAD/2021/001 nömrəli müqavilə üzrə İran İslam Respublikasından “Shırın Darou” şirkətinə 12 yanvar 2021-ci il tarixli, **********1654 saylı və 13 yanvar 2021ci il tarixli **********2102 saylı gömrük bəyannamələri ilə konsiqnasiya yolu ilə ixrac edilmiş “yaş biyan kökü” yükünün dəyəri 7836 (yeddi min səkkiz yüz otuz altı) ABŞ dolları olan valyuta vəsaiti bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının hesabına geri köçürülməmişdir. İş materiallarına əlavə edilmiş “X8” şirkəıti tərəfindən verilmiş 16.09.2021-ci il tarixli məktubundan görünür ki, İran İslam Respublikasında yerləşin “X8” şirkətinə SAD/202İ/Q01 nömrəli müqaviləyə əsasən ixrac olunmuş biyan kökünün dəyərini bank vasitəsi ilə ödənişi mümkün olmamışdır. Bunun səbəbi hal-hazırda ölkələrinin beynəlxalq SWİFT sistemini təsdiqləməməsidir. Bu səbəblə Şəxs MMC-yə olan borcları nəğd, ölkənin qanunlarına əsasən nümayəndələri tərəfindən ölkəyə gətirilib gömrük sərhəd buraxılış məntəqələrinə bəyan olunaraq şirkətə təhvil veriləcəkdir. Şəxs MMC-nin 07.08.2021-ci tarixli müraciətində qevd etdiyi 001/SAD/2021 və 002/SAD/2021 qaimə fakturaların əsasında Şəxs MMC-yə borc öhdəlikləri olduğunu qəbul etmişlər. Beynəlxalq pandemiya səbəbi ilə sərnişin gediş-gəlişlərində yaranmış problemləri nəzərə alaraq ödənişin nəğd şəkildə Şəxs MMC-yə çatdırılmasında gecikmə yarandığı bildirilmişdir. İş materiallarına əlavə edilmiş “X8” şirkəıti tərəfindən verilmiş 01.10.2021-ci il tarixli məktubundan görünür ki, “X8” şirkətinin nümayəndəsi X2 tərəfindən 29 sentyabr 2021-ci tarixli gömrük bəyannaməsi və 30 sentyabr 2021-ci il tarixli təhvil-təslim aktı ilə 7836 USD Şəxs MMC-yə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş 22 oktyabr 2021-ci il tarixli, qəbzdən görünür ki, Şəxs MMC 7836 (yeddi min səkkiz yüz otuz altı) ABŞ dolları məbləğində olan valyuta vəsaitini ixracatçının hesabına köçürmüşdür. Məhkəmə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi Yevlax gömrük postunun böyük inspektoru X3 və Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 izahatlarını dinləyib, işdə olan sənədlərə baxaraq belə hesab edir ki, inzibati xəta haqqında işə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin tələbinə görə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair 17 may 2021-ci il tarixli qərarında göstərilmişdir ki, müvəkkil banklara köçürülməli olan xarici valyuta vəsaitinin geri qaytarılmaması xarici iqtisadi fəaliyyətin subyektindən asılı olmayan səbəblərdən baş verdikdə, yəni subyektin hərəkət və ya hərəkətsizliyinin nəticəsi olmadıqda, şəxs təqsirsiz olduğundan həmin vəsaitlərin qaytarılmamasına görə İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati xəta bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) kimi müəyyən edilmişdir (İnzibati Xətalar Məcəlləsinin 3 və 12.1-ci maddələri). Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, yuxarıda qeyd edilən normaların tələbləri baxımından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini müəyyən etməlidir. Bəzi hallarda hüquqi və fiziki şəxslərin ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müvəkkil bankda olan hesablara köçürülməsi şəxsin iradəsindən asılı olmayan səbəblərdən (məsələn qarşı tərəfin öhdəliyi icra etməməsi və s.) baş tutmaya və ya qanunvericilikdə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər. Buna görə məhkəmə işin bu hallarını şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirməlidir. Məhkəmə iclası zamanı müəyyən edildi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2 və 105.1-ci maddələrinin tələblərinə görə inzibati xəta tərkibi olmadıqda icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin tərkibi olmadığından başlanmış icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ : Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-737/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-737/2021
22.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver