Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 3(039)-737/2023 30.10.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X2 iştirakı ilə, xx.xx.1988-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş HK-1/2023 nömrəli material üzrə “cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərar və onun əsasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə yaşadıqları evdə azyaşlı oğlu X3 döymüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud tərtib edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir İlk növbədə qeyd olunmalıdır ki, inzibati xəta haqqında protokola baxılarkən barəsində inzibati icraat aparılan şəxs Şəxs HK-1/2023 nömrəli material üzrə “cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan məhkəmə nəzarəti qaydasında şikayət verməsi, həmin şikayətin xx.xx.2023-cü il tarixdə Yevlax Rayon Məhkəməsinə daxil olması və şikayətin baxılması üzrə məhkəmə iclasının xx.xx.2023-cü il tarixə təyin olunduğu müəyyən edilmişdir. Bu hal onu göstərir ki, HK-1/2023 nömrəli material üzrə “cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərar qanuni qüvvəsini almaması səbəbindən hazırkı inzibati xəta haqqında protokol onu tərtib etmiş səlahiyyətli orqanına geri qaytarılmalıdır. Bundan başqa materiala əlavə edilmiş İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə MN № ******* saylı qərardadın, habelə inzibati qaydada tutulmuş şəxsə müdafiəçinin təqdim olunmasından imtina haqqında protokolun hansı tarixli olması, barəsində inzibati icraat aparılan şəxsə İXM-də nəzərdə tutulmuş hüquqlarının izahı barədə bildirişin hansı tarixdə verilməsi, eləcədə sonuncu qeyd olunmuş hər iki sənəddə müdafiəçinin müvafiq qeydləri göstərilməmişdir (bu hal şəxsə müdafiəçinin təqdim olunmadığını sənələrin formal olaraq tərtib olunduğunu göstərir). Odur ki, qeyd olunanları məhkəmə inzibati xəta haqqında materialın natamamlığı kimi qiymətləndirməklə işə baxılarkən bu natamamlığın aradan qaldırılmasını qeyrimümkün hesab edir və belə olduğu təqdirdə məhkəmənin gəldiyi qənaətə görə inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş vəzifəli şəxsə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 106, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Yevlax Rayon Polis Şöbəsinə qaytarılsın. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №3(039)-737/2023
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №3(039)-737/2023
30.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver