Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-738/2020 19.10.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlu, Məhkəmə iclasının katibi X1, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : Şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 12:5 radələrində Yevlax Rayon Polis Şöbəsində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu barədə Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Yevlax rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, izah etdi ki, xx xxxxxxx 2020 ci il tarixdə Yevlax rayon Polis Şöbəsinin PPXB-nün polis nəfərləri xidmət aparakən bir nəfər şəxsin Q.Quliyev küçəsində qısqı raraq ucadan səs küy saldığını görmüş onu dəfələrlə nizam-intizama dəvət etmələrinə baxmayaraq, o, polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. Polis nəfərləri bu barədə Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdirlər. Raporta əsasən tərəfindən araşdırma aparılmış, Şəxs izahatı alınmış və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, ailə üzvləri ilə birlikdə Yevlax şəhəri C Mustafayev küçəsi mənzil 45 -də yaşayır. xx xxxxxxx 2020- ci il tarixdə günorta vaxtı şəxsi problemləri ilə əlaqədar küçədə ucadan qışqirmış, polis əməkdaşları ona sakitləşməyi və yaşadığı evinə getməsini bildirsələr də, o, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Polis əməkdaşı ilə aralarında mübahisə olmuşdur. Həmin vaxt əsəbi olduğundan polis əməkdaşlarına qarşı kobudluq edərək onlarla mübahisə etmişdir. Hazırda əməlindən peşmandır. İşdə olan xx xxxxxxx 2020-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə saat 14 :00 inzibati qaydada tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Yevlax rayon Polis Şöbəsinin İTB-nin sahə rəisinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. . Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyəti və inzibati xətanın xarakterini nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə zalından dərhal həbsdən azad edilsin oğlunun işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, X3 təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 31.4, 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : 30.01 1992 -ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax şəhəri C.Mustafayev , mənzil 45-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 150 (yüz əlli) manat inzibati cərimə edilsin. Şəxs məhkəmə zalından dərhal həbsdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-738/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-738/2020
19.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver