Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-739/2020 19.10.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2004-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Yevlax şəhəri ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Yevlax rayon prokurorluğunda tərtib olunmuş qərar xx xxxxxxx 2020-ci il tarixdə baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Yevlax rayon prokurorluğundan daxil olmuş “inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında” xx xxxxxxx 2020-ci il tarixli qərarda göstərilmişdir ki, Beləliklə müəyyən edilmişdir ki, Yevlax şəhəri, Füzuli küçəsi 25-də yaşayan, xx xxxx 2004-cü il təvəllüdlü Şəxs xx xxx 2020-ci il tarixdə saat təxminən 17:00 radələrində Yevlax şəhərində yerləşən Everest marketin yaxınlığında xx.xx.2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs sağ göz nahiyəsinə bir dəfə vuraraq sonuncuya sağ gözətrafı nahiyənin qançırı, şişkinliyi ilə müşayiət olunan və dərəcəsinə görə sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirməklə qəsdən döymüşdür. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahat verib özünü təqsirli bilərək bildirmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər tanımışdır. Onunla əvvəllər münasibətləri yaxşı olsa da son bir neçə aydır ki, münasibətləri pozulmuşdur və bir neçə dəfə aralarında mübahisələri olmuşdur. xx.xx.2020-ci il tarixdə Yevlax şəhəri ərazisində onunla rastlaşmışdır və yenə aralarında mübahisə yarandığından o, İbrahimi əli ilə vurmuşdur. Hazırda zərərçəkmiş şəxslə barışdığını, əməlindən peşman olmasını bildirərək iş üzrə xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Şəxs əvvəllər tanımışdır. Onunla əvvəllər münasibətləri yaxşı olsa da son bir neçə aydır ki, münasibətləri pozulmuşdur və bir neçə dəfə aralarında mübahisələri olmuşdur. Bundan sonra xx.xx.2020-ci il tarixdə yenə də Şəxs ilə rastlaşmışdır. Həmin zaman Hüseynlə arasında mübahisələri olmuşdur və Hüseyn onu əli vurmuşdur. Hazırda Şəxs heç bir şikayətinin olmadığını və onunla barışdığını iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərəçəkmiş şəxsin qanuni nümayəndəsi qanuni nümayəndəsi X2 hazırda Şəxs heç bir şikayətinin olmadığını və onunla barışdığını iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması qərara alınmışdır; sübutların qiymətləndirilməsi, əməlin tövsif edilməsi və cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmiş, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin məcəllənin 128-ci maddəsinə tövsif edilmişdir. Şəxs cinayət əməlini törədən zaman cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmadığı üçün cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.4-cü maddəsinə əsasən xitam verilmişdir. Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1 və 228.4-cü maddələri ilə cinayət işinin başlanılması rədd edilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X3 Yevlax Şəhər Şöbəsindən canlı şəxsin ekspertizasının xx.xx.2020-ci il tarixli 271 saylı rəyindən görünür ki, 2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs sol budun yuxarı 1/3-nin arxa səthinin cərrahi tikişə ehtiyacı olan deşilmiş-kəsilmiş yarası olmuşdur. Bu xəsarət deşici kəsici alətin, ola bildin bıçağın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti müayinədən 2,5-6 ay əvvələ uyğun gəlir, zərərçəkmiş şəxsin göstərdiyi tarixdə yetirilməsi istisna edilmir, səhhətin qısa müddətə pozulmasına səbəb olduğu üçün dərəcəsi sağlamlığa YÜNGÜL zəzər vuran xəsarətlərə aid edilir. Zərərçəkmiş şəxs aşkar edilmiş digər xəsarətsağ gözətrafı nahiyyənin qançırı, şişkinliyi küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarət səhhətə zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan X4 törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən Zərərçəkmiş şəxs zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməsi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokolla və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Bununla yanaşı məhkəmə, Şəxs məsuliyyətə cəlb edilməsi məsələsini müzakirə edərək hesab edir ki, tərəflərin barışması və bununla bağlı müvafiq ərizə ilə məhkəməyə müraciət etmələri nəzərə alınmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsi tətbiq edilərək o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 39-cu maddəsi tətbiq edilməklə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №3(039)-739/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-739/2020
19.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver