Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-739/2021 29.09.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Yevlax Rayon Polis X2 Bölməsinin polis sahə rəisi, polis kapitanı X4, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1970-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi işlə məşğul olan, Yevlax rayonu Aran qəsəbəsində yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş MN ******* №-li, 29 sentyabr 2021-ci il tarixli protokolda qeyd olunur ki, Şəxs 17 sentyabr 2021-ci il tarixdə saat 13:41-dən 14:10-dək Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək iş rejimini pozmuş, polis əməkdaşını təhqir etmiş və 29 sentyabr 2021-ci il tarixdə saat 09:10-da Yevlax şəhəri Nizami prspektində ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər törətmişdir. Məhkəmə iclasında polis sahə rəisi, polis kapitanı Xəyal Səlimli bildirmişdir ki, Yevlax rayonu Aran qəsəbəsində yaşayan Şəxs 17 sentyabr 2021-ci il tarixdə saat 13:41-də Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzi sisteminə dəfələrlə zəng edərək 102 xidmətinin iş rejimini pozması və orada işləyən polis əməkdaşını təhqir etməsi barədə DİN-nin X3 Xidmətindən daxil olmuş 25 sentyabr 2021-ci il tarixli, 003-13155-1221 saylı məktubun icrası ilə bağlı Şəxs 29.09.2021-ci il tarixdə polis şöbəsinə dəvət edilmişdir. Şəxs 29.09.2021-ci il tarixdə saat 09:20 radələrində Yevlax şəhəri Nizami prospektində polis şöbəsinin qarşısında olan zaman ucadan nalayiq ifadələr işlədərək səs-küy salmışdır. Polis əməkdaşı dərhal ona yaxınlaşaraq özünü təqdim etmiş, həmin şəxsi nizam-intizama dəvət etsə də, həmin şəxs öz hərəkətlərini davam etdirdiyi üçün polis əməkdaşı tərəfində Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir. Bundan sonra polis nəfəri, polis baş serjantı X7 Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Raporta əsasən tərəfindən araşdırma aparılmış, həmin şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs bildirmişdir ki, sürücü işləyir, 17 sentyabr 2021-ci il tarixdə idarə etdiyi yük maşını ilə Bakı şəhərindən Yevlax şəhərinə daş gətirərkən Qaradağ postunda yol polis əməkdaşları onu saxlamışlar. Bu zaman aralarında mübahisə yaranmışdır. O, əsəbləşib DİN-nin 102 Zəng Sisteminə zəng edərək bu barədə məlumat vermiş və özü-özünü söymüşdür. Bundan sonra 29 sentyabr 2021-ci il tarixdə səhər saatlarında onu Yevlax Rayon Polis Şöbəsinə dəvət etdiklərinə görə polis şöbəsinə gedərkən Yevlax şəhəri Nizami prospektində yerləşən mağazanın qarşısında əsəbi olduğundan ucadan səs-küy salıb nalayiq ifadələr işlətmişdir. Ailəlidir, himayəsində 1 azyaşlı uşağı var. Hazırda səhvini başa düşür, əməlindən peşmandır. Cərimə olunmasını xahiş etdi. Məhkəmə iclasında polis nəfəri, polis baş serjantı X5 şahid qismində izahat verərək bildirmişdir ki, Şəxs 29.09.2021-ci il tarixdə saat 09:20 radələrində Yevlax şəhəri Nizami prospektində yerləşən mağazanın qarşısında ucadan nalayiq ifadələr işlədərək səs-küy salmışdır. O, dərhal həmin şəxsə yaxınlaşaraq özünü təqdim etmiş, nizam-intizama dəvət etsə də, öz hərəkətlərini davam etdirdiyi üçün onun tərəfindən Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir. Bundan sonra o, Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Şəxs həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı, şahid ifadəsi və işin digər materialları ilə tam təsdiq edilmişdir. İşdə olan 29 sentyabr 2021-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə 29 sentyabr 2021-ci il tarixdə saat 09:27-dən inzibati qaydada tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin xətanı törətməkdə təqsirlidir, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlukəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin tətbiqini kifayət saymayaraq inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 5 (beş) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli Şəxs tutulduğu vaxtdan, yəni 29 sentyabr 2021-ci il tarixdən saat 09:27-dən hesab edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-739/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-739/2021
29.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver