Məhkəmə qərarları › İş №3(039)-74/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-74/2020

29.01.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-74/2020 29.01.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlu, Şəxs barəsində Yevlax rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 17.30-da Yevlax rayon Avtovağzal ərazisində ucadan səs-küy salaraq X3 söyərək təhqir etmişdir. Məhkəmə iclasında Yevlax rayon Polis şöbəsinin İTB-nin sahə inpektoru polis mayoru X7 izah etdi ki, X4 xx xxxxxx 2020-ci il tarixdə DİN-nin 102 xidməti-zəng mərkəzi sisteminə və Yevlax RPŞ-nə müraciət edərək, xx xxxxxx 2020-ci il tarixdə saat 17.30 radələrində Yevlax şəhər sakini Şəxs sərxoş vəziyyətdə iş yerlərinə onu və iş yoldaşı X5 nalayiq sözlərlə təhqir edərək öldürməklə hədələdiyini bildirmiş, Şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. Bu barədə Yevlax RPŞ-nin TB-də araşdırma aparılmış və Şəxs əməlində cinayət tərkibi olmadığından materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş və sonuncunun əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkibi olduğundan tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-nə göndərilmişdir. Bu barədə Şəxs barəsində tərəfindən hər bir inzibati xətaya görə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, xx xxxxxx 2020-ci il tarixdə şəxsi işi ilə bağlı Yevlax rayon avtovağzalına getmişdir. Orada Kamran və Məzahirlə rastlaşmışdır. Kamran onun ünvanına kobud sözlər işlətdiyindən əsəbləşmişdir. Əsəbi olduğundan Kamranı söyüb təhqir etmişdir. Kamran bu barədə Yevlax RPŞ-nə məlumat vermişdir. Hazırda əməlindən peşmandır və Kamrandan üzr istəmişdir. Məhkəmədən əməlindən səmimi olaraq peşmançılıq çəkməsini və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X4 izahatında bildirdi ki, Şəxslə əvvəllər birlikdə işləmişlər. xx xxxxxx 2020-ci il tarixdə Yevlax rayon avtovağzalında onunla rastlaşmış və onun ünvanına nalayiq söyüşlər söymüşdür. Bu barədə Yevlax RPŞnə məlumat vermişdir. Hazırda Şəxs ondan üzr istəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər başa düşülür. İş materiallarına əlavə olunmuş Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 3(039)-450/2019 saylı qərarının surətindən görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati protokol tərtib edilmiş və Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib 50 manat inzibati cərimə edilmişdir. İş materiallarına əlavə olunmuş xx xxxxx 2014-cü il tarixli AZ-lll 293414 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx xxxxx 2014-cü il tarixdə anadan olmuş, atası Şəxs, anası X8r. İş materiallarına əlavə olunmuş xx xxxxxxx 2003-cü il tarixli AZ-l 357094 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx xxxxxx 2003-cü il tarixdə anadan olmuş, atası Şəxs, anası X8r. İş materiallarına əlavə olunmuş müayinəyə dair məlumatın surətindən görünür ki, X1 imkanları məhdud uşaqdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X2 və Yevlax rayon Polis şöbəsinin İTB-nin sahə inspektoru polis mayoru X6 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyəti, əməlindən səmimi peşmançılığı və inzibati xətanın xarakteri nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi olaraq peşmançılıq çəkməsi və himayəsində xəstə övladının olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsininzibati xətanın təkrar törədilməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işin yüngülləşdirici, ağırlaşdırıcı və faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxx 1969-cu il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, Yevlax şəhəri, Nizami prospekti 32, 13-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib, 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar