Məhkəmə qərarları › İş №3(039)-74/2024

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-74/2024

05.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-74/2024 05.02.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Sadıqov Mehman Əlixan oğlunun katibliyi, Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidmət Alayı yol patrul xidməti inspektoru X6 və Yevlax rayon polis şöbəsinin İTB-nin polis sahə rəisi X2, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1979-cu il tarixdə Rusiya Federasiyası Tümen vilayətində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri Xətai rayonu ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 333.3 və 535.1-ci maddələri ilə barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 333.3 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı tərtib olunmuş iş materialları xx.xx.2024-cü il tarixdə baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokollardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə idarə etdiyi “X11 Minik” markalı, ** ER *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı-Qazax yolunun 301-ci kilometrliyində Yevlax rayonu Aran qəsəbəsi ərazisindən keçən hissəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.3-cü maddələrində nəzərdə tutulmuş xətaları törətmişdir. Hadisə ilə bağlı YPX əməkdaşları əraziyə getdikdən sonra sürücü səs-küy saldığı üçün Yevlax RPŞ-nin əməkdaşları qeyd olunan əraziyə dəvət olunmuşlar. Yevlax RPŞ-nin əməkdaşları gəldikdən sonra sürücünü nizam-intizama dəvət etsələrdə sürücü polisin qanuni tələbinə tabe olmamışdır. Bununla da X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 333.3 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Barəsində inzibati icraat aparılan Şəxs törətdiyi inzibati xəta ilə bağlı ayrı-ayrı inzibati materiallar xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, inzibati işlərin bir icraatda birləşdirilərək baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidmət Alayı yol patrul xidməti inspektoru X9 çıxış edərək bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə idarə etdiyi “X11 Minik” markalı, ** ER *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı- Qazax yolunun 301-ci kilometrliyində Yevlax rayonu Aran qəsəbəsi ərazisindən keçən hissəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.3-cü maddələrində nəzərdə tutulmuş xətaları törətmişdir. Hadisə ilə bağlı YPX əməkdaşları əraziyə getdikdən sonra sürücü səs-küy saldığı üçün Yevlax RPŞ-nin əməkdaşları qeyd olunan əraziyə dəvət olunmuşlar. Yevlax RPŞ-nin əməkdaşları gəldikdən sonra sürücünü nizam-intizama dəvət etsələrdə sürücü polisin qanuni tələbinə tabe olmamışdır. Vətəndaş barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Yevlax rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1 Rauf İlham oğlunun izahatına uyğun izahat verərək Şəxs barəsində qanuni qərarın qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək vermiş olduğu izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Yevlax rayonu Aran qəsəbəsində yaşayan tanışı gilə qonaq getmişdir. Qonaq getdiyi evdə arax və pivə qəbul etmişlər və bundan sonra o, idarə etdiyi X11 Minik” markalı, ** ER *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək sərxoş vəziyyətdə avtomobili idarə etmişdir. Bundan sonra o, sərxoş olduğu üçün yadında heçnə qalmamışdır. Hazırda əməlindən peşman olmasını bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə idarə etdiyi “X11 Minik” markalı, ** ER *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı-Qazax yolunun 301-ci kilometrliyində Yevlax rayonu Aran qəsəbəsi ərazisindən keçən hissəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.3-cü maddələrində nəzərdə tutulmuş xətaları törətmişdir; xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 11:30 radələrində Yevlax rayonu Aran qəsəbəsində Bakı-Qazax yolunun 301-ci kilometrliyində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır; 200 №-li, xx.xx.2024-cü il tarixli sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokoluna əsasən Şəxs müayinədən keçməkdən imtina etdiyi üçün sərxoşluğun dərəcəsini müəyyən etmək mümkün olmamışdır, lakin onda sərxoşluq əlamətləri olmuşdur; xx.xx.2024-cü il tarixli inzibati xəta törətmiş şəxsi tutmaq haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 13:15-də tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 333.3 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, borclunun icra sənədinin üzrsüz səbəbdən icra etməməsi öz təsdiqini tapdığından, bu isə öz növbəsində inzibati məsuliyyətə səbəb olduğundan Şəxs təqsirli bilinməli, törədilmiş inzibati xətaların xarakteri, hazırkı iş üzrə sonuncunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, Şəxs inzibati xətaların törədilməsində təqsirli bilinməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən həmin məcəllənin 333.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 333.3 və 535.1-ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 34-cü maddəsi nəzərə alınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətində inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 04 fevral 2024-cü il tarixdən saat 13:15-dən hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar