Məhkəmə qərarları › İş №3(039)-74/2025

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-74/2025

10.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-74/2025 10.01.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Ruslan Fehruz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax rayon X3 X4 baş inspektoru, polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Gəncə şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, Gəncə şəhəri Nizami rayonu, İ.Əliyev küçəsi ev 29-da qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının 327.8-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Yevlax rayon X3 X5 daxil olmuş xx.xx.2024-cü tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokolda və cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 18:00 radələrində idarə etdiyi “Mercedes Benz C200” markalı ** UA *** dövlət qeydiyyat nişanlı tavtomobillə Mingəçevir-Bəhrəmtəpə yolu ilə üzü Bərdə rayonu istiqamətində hərəkətdə olan zaman qarşıdan gələn nəqliyyat vasitəsi üçün təhlükə və ya maneə yaratmadan çıxmaq istədiyi hərəkət zolağı kifayət edən məsafədə boş olmasını və iki nəqliyyat vasitəsinin nisbi sürəti ötməni kifayət qədər qısa müddətdə baş çatdırmağa imkan verəcəyi halda bunu etməmiş, daha sonra ötmə əməliyyat etmiş və Zərərçəkmiş şəxs1 idarə etdiyi “Mercedes Benz C180” markalı ** HV *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, ehtiyatsızlıqdan törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində həmin avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs2 yüngül bədən xəsarəti almışdır. Bununlada Şəxs Azərbaycan Respublikasının 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Zərərçəkmiş şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlmədiklərindən məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilib inzibati xətanı törətməsini etiraf etmiş, əməlindən peşmançılıq çəkdiyini bildirərək barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olumuş: Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət tərkibi olmaması müəyyən edildiyindən cinayət işinin başlanmasının rədd edilməsi və Şəxs barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Yevlax RPŞ-nin DYPB-yə göndərilməsi qərara alınmışdır; xx.xx.2024-cü tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 18 radələrində idarə etdiyi “Mercedes Benz C200” markalı ** UA *** dövlət qeydiyyat nişanlı avtomobillə Mingəçevir- Bəhrətmtəpə yolunda ötmə əməliyyatı edərkən qarşıdan gələn avtomobillə toqquşduğunu görmüş avtomobilin sağ tərəfə yönləndirmiş, bu zaman onun avtomobili ötdüyü avtomobilə dəymiş bununlada digər avtomobildə olan və sərnişin qismində əyləşmiş şəxsə yüngül bədən xəsarəti yetirərək yol nəqliyyat hadisəsi törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, himayəsində iki azyaşlı uşağının olmasını (İXM 32.1.1 və 32.2), ağırlaşdıran halların olmamasını nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar