Məhkəmə qərarları › İş №3(039)-742/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-742/2021

29.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-742/2021 29.09.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlu, Məhkəmə iclasının katibi X3 Yevlax Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X6 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun Zərərçəkmiş şəxs X1 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 510-cu maddələri ilə Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Yevlax Rayon Polis Şöbəsində Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 510-cu maddələri ilə nəzərdə tutulan inzibati xəta haqqında protokollar tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş 29.09.2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 18.07.2021-ci il tarixdə Yevlax şəhəri, H.Əliyev prospektində X2 döymüşdür. Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş 28.09.2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 28.09.2021-ci il tarixdə saat 18.50 radələrində Yevlax şəhəri, H.Əliyev prospektində “Təbiət” şadlıq sarayının qarşısında sərxoş halda ucadan nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X7 izah etdi ki, Yevlax şəhəri, M.F.Axundov küçəsi, ev 34-də yaşayan X4 18.07.2021-ci il tarixdə Yevlax RPŞ-yə ərizə ilə müraciət edərək, həmin tarixdə bir nəfər şəxsin onu söyüb təhqir etməsi və döyüb xəsarət yetirməsini bildirərək bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir. Şəxs barəsində araşdırma aparılaraq barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Bundan başqa 28.09.2021-ci il tarixdə saat 18.50 radələrində polis əməkdaşları xidmətdə olan zaman iki nəfər şəxsin Yevlax şəhəri, H.Əliyev prospektində “Təbiət” şadlıq sarayının qarşısında sərxoş vəziyyətdə ucadan nalayiq ifadələr işlətdiyini və dalaşdıqlarını görüb onlara yaxınlaşmışlar. Həmin vətəndaşlar Yevlax rayon polis şöbəsinə gətirilmişlər və şöbədə məlum olmuşdur ki, həmin şəxslər Yevlax şəhər sakinləri X5 və Şəxsdur. Şəxs barəsində araşdırma aparılaraq barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, Yevlax şəhəri Q.B.Zakir küçəsi, ev 100-də yaşayır. Spirtli içki aludəçisidir. X2 tanıyır. 18.07.2021-ci il tarixdə Yevlax şəhəri, H.Əliyev parkında olmuşdur, lakin həmin vaxt çoxlu spirtli içki qəbul etdiyindən sərxoş olmuşdur və Allahverdi Əsədovu vurmasını və nə səbəbdən vurmasını xatırlamır. Bundan başqa 28.09.2021-ci il tarixdə saat 18.50 radələrində Yevlax şəhəri, H.Əliyev prospektində “Təbiət” şadlıq sarayının qarşısında olarkən sərxoş olmuşdur və X5 ilə nə səbəbdən mübahisə etdiyini, nə danışdıqlarını xatırlamır. Məhkəmədən əməlindən səmimi olaraq peşmançılıq çəkməsini və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izah etdi ki, Şəxs onun qohumudur. 18.07.2021-ci il tarixdə Yevlax şəhəri, H.Əliyev prospektində yerləşən parkda olduğu vaxt Şəxs və iki nəfər adlarını xatırlamadığı şəxslərlə aralarında mübahisə yaranmış, mübahisə zamanı Şəxs onu döyərək ona xəsarət yetirmişdir. Bundan sonra ərizə ilə polis şöbəsinə müraciət etmişdir. Hazırda Şəxs şikayətçidir. Məhkəmədən Şəxs barəsində qanuna müvafiq cəza təyin edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokola əlavə edilmiş 28 sentyabr 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 19.20-də inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş 28 sentyabr 2021-ci il tarixli 202 saylı sərxoşluq vəziyyətinin tibbi müayinə protokolundan görünür ki, Şəxs orta ağır dərəcəli sərxoş olmuşdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 28 iyul 2021-ci il tarixli qərardan məlum olur ki, törədilmiş əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş 26.07.2021-ci il tarixli, 470 saylı ekspert rəyindən görünür ki, X1 məhkəmə-tibbi müayinəsi zamanı bədənində aşkar edilmiş xəsarətlər- sol gözaltı nahiyyənin, burun belinin sıyrığı küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 18.07.2021-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər həm bir yerdə həm də ayrı ayrılıqda sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X1 və Yevlax Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X6 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Azərbaycan Respublıikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü madəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublıikası İXM-nin 31.4-cü maddəsində əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi olaraq peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı sərxoş halda törətməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyətini, əməlindən səmimi peşmançılığını və inzibati xətanın xarakterini nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İnzibati xətanın xarakterini və mahiyyətini, ictimai təhlükəlilik dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən, ağırlaşdıran halları və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 31.4, 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: xx.xx.1983-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 28 sentyabr 2021-ci il tarixdən saat 19:20-dən hesablansın. Qərarın surəti Şəxs təqdim edilsin. Qərarın icrası Yevlax rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar