Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-747/2022 05.08.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis X2 Bölməsinin polis sahə rəisi X5, inzibati icraat aparılan şəxs Şəxs müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1996-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı, 04 avqust 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 04 avqust 2022-ci il tarixdə saat 20:30 radələrində Yevlax şəhərində yerləşən “Dədə Qorqud” parkında polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax Rayon Polis X2 Bölməsinin polis sahə rəisi X8 çıxış edərək bildirmişdir ki, X6 rayon polis şöbəsinə şikayət edərək qeyri rəsmi əri olmuş və hazırda ayrıldığı Şəxs onu daimi narahat etdiyini, söyüb təhqir etdiyini və hədə qorxu gəldiyini bildirmişdir. Bundan sonra 04 avqust 2022-ci il tarixdə saat 20:00 radələrində X6 və onun anası ona zəng edərək Şəxs Yevlax şəhərində yerləşən “Dədə Qorqud” parkında onları narahat etməsini bildirmişlər. O, qeyd edilən əraziyə getmiş və parkın ərazisində Şəxs görüb yaxınlaşaraq Mədinə Xəlilovanı və onun anasını narahat etməməyi bildirdikdə, Şəxs əssasız olaraq səs-küy salmağa başlamışdır. O, Şəxs nizam-intizama dəvət etsə də, Şəxs onun qanuni tələbinə tabe olmayaraq ictimai yerdə səs-küy salmağa dava etdiyi üçün tərəfindən saxlanılaraq rayon polis şöbəsinə aparılmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilməyərək vermiş olduğu izahatında bildirmişdir ki, X6 ilə qeyri rəsmi nikahda olmuşlar və aralarında olan problemlər üçün faktiki ayrı yaşayırlar. 04 avqust 2022-ci il tarixdə saat 20:00 radələrində o, Yevlax şəhərində yerləşən “Dədə Qorqud” parkı ərazisində gəzişərkən təsadüfən Mədinə və onun anası ilə rastlaşmışdı. O, nə Mədinəyə nədə ki, onun anasına bir söz demədən onlar polis əməkdaşlarını həmin əraziyə dəvət etmişlər. Polis əməkdaşı gəldikdə heç bir söz demədən onu rayon polis şöbəsinə aparmışdır. O, polis əməkdaşına qarşı kobudluq etməmiş və əmrinə tabe olmuşdur. Şəxs əlilliyinin olmadığını bildirərək barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında qeyri rəsmi əri olmuş və hazırda ayrıldığı Şəxs onu daimi narahat etdiyini, söyüb təhqir etdiyini və hədə qorxu gəldiyini bildirmişdir. Bundan başqa 04 avqust 2022-ci il tarixdə saat 20:00 radələrində o və anası Yevlax şəhərində yerləşən “Dədə Qorqud” parkı ərazisində gəzişərkən keçmiş əri Zaur təkrar onların qarşısını kəsmişdir və hədə qorxu gəlmişdir. Bundan sonra onlar sahə rəisinə zəng edərək məlumat vermişlər. Məhkəmə iclasında vəkil X4 çıxışında hüquqlarını müdafiə etdiyi şəxsin barəsində ədadlətli qərarın qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı, 04 avqust 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 04 avqust 2022-ci il tarixdə saat 20:30 radələrində Yevlax şəhərində yerləşən “Dədə Qorqud” parkında polisin qanuni tələbinə qəsdən tabe olmamışdır; xx.xx.2022-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutmaq haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 20:40-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, şahidlərin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 04 avqust 2022-ci il tarixdən saat 20:40-dan hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. İnzibati xətanı törətmiş şəxs Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X1 göstərdiyi 1 (bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 6 (altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X3 ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №3(039)-747/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-747/2022
05.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver