Məhkəmə qərarları › İş №3(039)-748/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-748/2021

02.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-748/2021 02.11.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Rzayev Arzu Ağazeynal oğlunun katibliyi, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3 iştirakları ilə, Azərbaycan Respublikası Dövlət X9 Ərazi Baş Gömrük İdarəsinin 26 iyul 2021-ci il tarixli, 12000/5253 saylı inzibati tənbeh vermə haqqında qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Səlahiyyətli orqan Azərbaycan Respublikası Dövlət X9 Ərazi Baş Gömrük İdarəsi rəisi, gömrük xidməti polkovniki Mirmahmud Miratayev tərəfindən 26 iyul 2021-ci il tarixdə qəbul edilmiş 12000/5253 saylı inzibati xəta haqqında qərar ilə X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinməklə, qaytarılmalı olan məbləğin 50% miqdarında, yəni 10000 manat məbləğində cərimə edilmişdir. Səlahiyyətli orqanın qərarına görə, elektron gömrük xidmətindən əldə olunmuş məlumatlar əsasında ixrac olunan malların müqabilində vəsaitlərin malların bəyan olunduğu gündən 180 gün ərzində ixracatçıların müvəkkil banklarda olan hesablarına köçürülməmiş pul vəsaitlərinə dair tərtib edilmiş statistik cədvələ əsasən məlum olmuşdur ki, X6 tərəfindən ümumilikdə 1662165,17 ABŞ dolları (2825680,789 manat) məbləğində qalıq vəsait müvəkkil bankdakı hesabına köçürülməmişdir. Bununla da, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə, qaytarılmalı olan məbləğin 50% miqdarında, yəni 10000 manat məbləğində cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında qərar çıxarılmış X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət X9 Ərazi Baş Gömrük İdarəsi rəisi, gömrük xidməti polkovniki Mirmahmud Miratayev tərəfindən 26 iyul 2021-ci il tarixdə qəbul edilmiş 12000/5253 saylı inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X6 şikayətini onunla əsaslandırılmışdır ki, o kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğuldur. Fəaliyyət göstərdiyi dövrdə ölkə qanunları ilə nəzərdə tutulan bütün vergiləri, sosial ödəmələri vaxtlı-vaxtında ödəmişdir. Cavabdeh Cənub Ərazi Bas Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki X2 tərəfindən mənim haqqımda 26.07.2021-ci il tarixli, 12000/5253 saylı “inzibati tənbeh vermə” haqqında cərar qəbul edilmişdir. Həmin qərara əsasən vəzifəli şəxş* X6 Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və Konstitusiya Məhkəməsinin Plenumunun 25.12.2020-ci il tarixli Qərarının tələblərinə uyqun olaraq həmin maddənin “Qeyd” hissəsinin tələbləri nəzərə alınmaqla iyirmi min manatın 50 (əlli) % həddində, yəni 10000 manat məbləğində inzibati cərimə tətbiq edilməsi, vəzifəli şəxs X4 izah edilsin ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.2 və 31.5-ci maddələrinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir və bu xətaya görə inzibati məsuliyyətə cəlb olunduqdan sonra da xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunacağı, Azərbaycan Respublikası vətəndaşı X1 Ərazi Baş Gömrük İdarəsində ixrac gömrük fosedurunda konsıqnasıya yolu ilə 25.09.2017-ci il tarixdən 20.01,2018-ci il tarixə qədər rəsmiləşdirilən 179 bəyannamələr əsasında ixrac etdiyi yüklərin müqabilində qaytarılmalı olan, ümumilikdə 1662165.17 ABŞ dolları (2825680,789 manat) məbləğində vəsaitin inzibatı tənbeh vermə haqqında qərarın qəbul olunduğu gündən etibarən 180 gün ərzində Azərbaycan Respublikasında müvəkkil olunmuş bank hesabına köçürülməsini təmin etməsi, Azərbaycan Respublikası vətəndaşı X3 adına Cənub Ərazi Bas Gömrük idarəsində ixrac gömrük konsiqnasiya yolu ilə 25.09.2017-cı il tarixdən 20.01.2018-ci il tarixə qədər rəsmiləşdirilən 179 bəyannamələr əsasında ixrac etdiyi yüklərin müqabilində zaytarılmalı olan, ümumilikdə 1662165,17 ABŞ dolları (2825680,789 manat) məbləğində vəsaitin inzibati tənbeh vermə haqqında qərarın qəbul olunduğu gündən etibarən 180 gün ərzində X6 tərəfindən Azərbaycan Respublikasında müvəkkil olunmuş bank hesabına köçürülməsi prosesinə nəzarət Cənub Ərazi Bas Gömrük idarəsinin Gömrük Əməliyyatları İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Əsas kimi istinad edilmişdir ki, elektron gömrük xidmətindən əldə olunmuş məlumatlar əsasında ixrac olunan malların müqabilində vəsaitlərin malların bəyan olunduğu gündən 180 gün ərzində ixracatçıların müvəkkil banklarda olan hesablarına .Köçürülməmiş pul vəsaitlərinə dair tərtib edilmiş statistik cədvələ əsasən məlum olmuşdur ki, X6 tərəfindən ümumilikdə 1662165,17 ABŞ dolları (2825680,789 manat) məbləğində qalıq vəsait müvəkkil bankdakı hesabına köçürülməmişdir. cavabdehin həmin qərarı qanunsuz və əsassızdır. Belə ki, əvvəla o, vəzifəli şəxs deyil, fizki şəxs kimi fəaliyyət göstərmişdir. Bundan başqa, Sahibkarlıq sahəsində aparılan yoxlamaların cayandırılması haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən -zərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci yanvarın 1-dək dayandırılmışdır. Həmin Qanunun 3-cü maddəsinin tələblərinə görə 5- Qanun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların tələblərinin pozulması ilə aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X6 şikayətin məzmununa uyğun izahat vermiş və məhkəmədən barəsində verilmiş inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Səlahiyətli orqanın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə səlahiyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir; 75.0.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün inzibati işin materiallarında mövcud olan sübutları məhkəmə araşdırması zamanı müqayisəli şəkildə tədqiq edib, bu sübutlarda bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş 26 iyul 2021-ci il tarixli, 12000/5253 saylı inzibati tənbeh vermə haqqında qərar və verilmiş şikayətin məzmununun qarşılıqlı müqayisəsi nəticəsində müəyyən edilmişdir ki, X6 tərəfindən konsiqnasiya yolu ilə ixrac edilən yükün dəyəri 1662165,17 ABŞ dolları olan valyuta vəsaiti bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının bank hesabına geri köçürülməməsi ilə gömrük qaydaları əleyhinə olan inzibati xəta halı aşkar olunmuş və o, Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinmişdir. X6 şikayət ərizəsində əsassız olaraq cərimə edilməsinin yolverilməz olduğunu bildirsə də, məhkəmə prosesində şikayətinin dəlillərinin əsaslılığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda qeyd edilən inzibati xətanın törədilməsi iş materiallarında olan sənədlər, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin izahatı ilə təsdiq edildiyindən, inzibati qərar əsasında X3 törədilmiş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsinin qanuniliyi mübahisə doğurmur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, X3 şikayəti təmin edilməməli, barəsində Azərbaycan Respublikası Dövlət X9 Ərazi Baş Gömrük İdarəsi rəisinin birinci müavini, gömrük xidməti polkovniki X8 tərəfindən 26 iyul 2021-ci il tarixdə qəbul edilmiş 12000/5253 saylı inzibati xəta haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Dövlət X9 Ərazi Baş Gömrük İdarəsi rəisinin birinci müavini, gömrük xidməti polkovniki X2 tərəfindən qəbul edilmiş 26 iyul 2021-ci il tarixli, 12000/5253 saylı inzibati tənbeh vermə haqqında qərardan X6 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar