Məhkəmə qərarları › İş №3(039)-75/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-75/2021

25.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-75/2021 25.01.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlu, Məhkəmə iclasının katibi X1 İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis baş leytenantı X3 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 14.30 radələrində Yevlax şəhəri, Yevlax şəhəri, 10 saylı internat yataqxanasının qarşısında ucadan nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuş və onu nizam-intizama dəvət edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu barədə Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Yevlax rayon Polis şöbəsinin İTB-nin sahə rəisi polis baş leytenantı X6 izah etdi ki, xx xxxxxx 2021-ci il tarixdə 102 xidməti zəng mərkəzindən daxil olmuş vətəndaş X4 döyülməsi faktı ilə əlaqədar Yevlax RPŞ-nin TB-nin təhqiqatçısı polis baş leytenantı Vüsal Hüseynov 14.30 radələrində vətəndaş Ş.Cəfərovanın yaşadığı 10 saylı internat yataqxanasında ərizəsini alarkən Zabil adlı şəxs polis əməkdaşı Vüsal Hüseynova yaxınlaşaraq onunla münaqişə yaradıb, ictimai yerdə polisin ünvanına ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Polis əməkdaşı həmin şəxsi nizamintizama dəvət etsə də, Zabil adlı şəxs polisin qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərini davam etdirdiyi üçün polis şöbəsinə gətirilmişdir. V.Hüseynov bu barədə raportla polis şöbəsinin rəhbərliyinə müraciət etmişdir. Polis şöbəsində həmin şəxsin Ağdam rayonu, Sarıhacılı kəndində qeydiyyatda olan, Şəxs olduğu müəyyən edilmişdir. Tərəfindən araşdırma aparılmış və Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkibi olduğundan bu barədə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, xx xxxxxx 2021-ci il tarixdə günorta radələrində həyat yoldaşı Rövşanə ilə qonşusu Şəfa arasında münaqişə baş vermişdir. Şəfa DİN-nin 102 xidmətinə polis çağırmışdır. Qonşusunun uşağı ona demişdir ki, həyat yoldaşı Rövşanə polislərlə mübahisə edir. O da, bundan əsəbləşmiş və həmin yerə getmişdir. Polis əməkdaşları ilə yersiz mübahisə edərək, ucadan nalayıq ifadələr işlətmişdir. Polis əməkdaşı onu sakitləşdirməyə çalışsa da, həmin vaxt çox əsəbi olduğu üçün polislərin dediklərinə əhəmiyyət verməyərək səs-küy salmağa davam etmişdir. Ona görə də məni polis şöbəsinə aparmışlar. Etdiyi əməldən peşmandır və söz verir ki, bir daha bu cür xoşagəlməz hallara yol verməyəcəkdir. Məhkəmədən əməlindən səmimi peşmançılığını, bir daha belə hallara yol verməyəcəyini və uşaqlıqdan İİ qrup əlil olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax RPŞ-nin TB-nin təhqiqatçısı polis baş leytenantı X5 izahatında bildirdi ki, xx xxxxxx 2021-ci il tarixdə 102 xidməti zəng mərkəzindən daxil olmuş vətəndaş X4 döyülməsi faktı ilə əlaqədar saat 14.30 radələrində Ş.Cəfərovanın yaşadığı ünvanda tərəfindən ərizəsi alınarkən Rövşanə adlı qadının həyat yoldaşı Zabil ona yaxınlaşaraq onunla münaqişə yaradıb ictimai yerdə polisin ünvanına ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Dəfələrlə həmin şəxsi nizam-intizama dəvət etmişdir. Lakin Zabil adlı şəxs polisin qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərini davam etdirdiyi üçün tərəfindən polis şöbəsinə gətirilmişdir. Azərbaycan Respublıikası İXM-nin 535.1-ci maddəsində əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx xxxxxx 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 15.21-də inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş əlillik vəsiqəsnin surətindən görünür ki, Şəxs uşaqlıqdan İİ qrup əlildir. Azərbaycan Respublikası İXM-nin 28.4 və 30.2-ci maddələrinə əsasən inzibati xəta tənbehi ictimai işlər və inzibati həbs İİ qrup əlillərə tətbiq edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Yevlax rayon polis şöbəsinin İTB-nin sahə polis rəisi polis baş leytenantı X3 və şahid X2 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf edib əməlindən peşmançılıq çəkməsi və İİ qrup əlil olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyəti, inzibati xətanın mahiyyəti və xarakteri nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, əməlindən səmimi peşman olmasını, İİ qrup əlil olmasını, məsuliyyəti yüngülləşdirən halları və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 31.4, 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : xx.xx.1976-cı il tarixdə Ağdam rayonu, Sarıhacılı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, Ağdam rayonu, Sarıhacılı kəndində qeydiyyatda olan, Yevlax Yevlax şəhəri, 10 nömrəli internat yataqxanasında məskunlaşan, Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar