Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-751/2020 21.10.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax şəhəri Nizami küçəsi ev 55, mənzil 3-də yaşayan. X6 barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, X6 xx xxxxxxx 2020-ci il tarixdə saat 22:45-də Yevlax şəhəri H.Əliyev prospektinə çıxaraq komendant saatını pozmuşdur. Bununla da X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1 maddəsində nəzərdə tutulmuş, xüsusi icazə vərəqəsi və (və ya) şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmağa görə inzibati xətanı törətmişdir. Məhkəmə iclasında polis sahə rəisi, polis mayoru Nəsrəddin Səmədov bildirmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsinin PPXB-nin polis serjantları, polis nəfərləri X7 və X11 birlikdə Yevlax şəhəri H.Əliyev prospektində xidmətdə olarkən saat 22:45 radələrində iki nəfər şəxsin piyada getdiyini görüb, həmin vətəndaşlara yaxınlaşaraq özlərini təqdim edərək komendant saatını pozduqları üçün rayon polis şöbəsinə gətirilmişlər. Yevlax Rayon Polis Şöbəsində məlum olmuşdur ki, həmin şəxslər Yevlax şəhər sakinləri X12 və X4r. Bundan sonra polis serjantları, polis nəfərləri X7 və X3 Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişlər. Raporta əsasən tərəfindən araşdırma aparılmış, X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1 maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İlqar Baxşaliyev bildirdirmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə axşam saatlarında evlərində yaranan söz söhbətə görə küçədə gecələmək məcburiyyətində qalmış, bu zaman Yevlax şəhəri H.Əliyev prospektində polis əməkdaşları ona yaxınlaşaraq komendant saatını pozduğunu üçün onu rayon polis şöbəsinə dəvət etmişlər. O, etiraz etmədən polis avtomobilinə əyləşərək rayon polis şöbəsinə getmişdir. İşdə olan xx xxxxxxx 2020-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, X6 inzibati xətanı törətdiyinə görə xx xxxxxxx 2020-ci il tarixdə saat 22:45-dən dən inzibati qaydada tutulmuşdur. “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilmiş, Hərbi vəziyyətin təmin edilməsi məqsədi ilə “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş tədbirlər həyata keçirilmiş, Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilmiş, Komendant saatının tətbiq edildiyi ərazilərdə: şəxslərin xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənədləri olmadan küçələrdə və digər ictimai yerlərdə olmaları qadağan edilsin; xüsusi giriş-çıxış rejimi tətbiq edilsin, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması üçün tədbirlər görülmüşdür. Beləliklə,İlqar Baxşaliyevə istinad edilən inzibati xətanı törətməsi təqsiri özünün etirafı, Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru Nəsrəddin Səmədov tərəfindən tərtib edilmiş MN ******* №-li, xx xxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. İnzibati Xətalar Məcəlləsi: Maddə 517-2.1. Xüsusi icazə vərəqəsi və (və ya) şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmağa görə xəbərdarlıq edilir və ya əlli manat məbləğində cərimə edilir. Ona görə də məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X2 törətmiş olduğu inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və törətdiyi inzibati xətadan səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsində nəzərdə tutulan inzibati tənbehlərin daha yüngül inzibati tənbeh növü, yəni xəbərdarlıq tənbehi ilə əvəz edilməsini qanuna və məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 357, 360, 362-365, 425, 430 və 432-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsi ilə təqsirli bilinsin və ona xəbərdarlıq elan edilsin. X6 məhkəmə zalından dərhal həbsdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-751/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-751/2020
21.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver