Məhkəmə qərarları › İş №3(039)-751/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-751/2022

31.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-751/2022 31.08.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol İdarəsinin 8-ci tağımının xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X2 Bakı şəhəri, Suraxanı rayon X4 Şöbəsinin inzibati tənbeh vermə haqqında İXP ******* nömrəli qərarından şikayət verərək, həmin protokolun ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol İdarəsinin 8-ci tağımının 01.08 2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Həmin qərarın surəti ona rəsmi qaydada göndərilməmişdir. Ona bu barədə xx.xx.2022-ci il tarixdə SMS vasitəsi ilə məlumat verilmişdir və o, müddəti ötürmədən şikayət vermişdir. Səlahiyətli orqanın qərarına görə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş yəni təhlükəsizlik kəmərindən istifadə etməməyə görə cərimə olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2 şikayətin dəlillərinə uyğun izahat verərək bildirdi ki, o, həmin qərarla razı deyil. Belə ki, o, hər zaman, xüsusilə də xx.xx.2022-ci il tarixdə avtomobilini idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etmişdir. Bunun sübut edilməsi üçün tərəfindən məhkəmənin sorğusu əsasında onun qeyd edilən xətanın törətməsini sübut edəcək foto və ya video görüntülərin götürülməsi xahiş olunmuşdur lakin, həmin görüntülər məhkəməyə də təqdim edilməmişdir. Bu səbəbdən də hesab edir ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən o, öz təqsirsizliyini sübut etməyə borclu deyil və barəsində tərtib olunmuş qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında qərar qəbul etmiş orqan səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə şikayətə inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqanının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 61.1.8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq hüququ vardır. 75.0.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Məhkəmə şikayətçinin izahatını dinlədikdən sonra iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, şikayətçinin şikayəti əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol İdarəsinin 8-ci tağımı tərəfindən qəbul edilmiş 01.08 2022-ci il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarda X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyi qeyd edilsə də, həmin xətanın törədilməsinə dair səlahiyətli orqan tərəfindən hər hansı bir sübut (inzibati xətanın görüntüsünü əks etdirən video görüntülər) məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri olmadığından, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol İdarəsinin 8-ci tağımı tərəfindən qəbul edilmiş 01.08 2022-ci il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunsuz hesab edilərək ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol İdarəsinin 8-ci tağımı tərəfindən qəbul edilmiş 01.08 2022-ci il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar