Məhkəmə qərarları › İş №3(039)-751/2025

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-751/2025

13.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-751/2025 13.05.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7, Zərərçəkmiş şəxs (tələbkar) X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 2000-ci ildə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Yevlax Yevlax şəhəri H.Aslanov küçəsi ev 56-da yaşayan Şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Yevlax Rayon Məhkəməsinə Şəxs barəsində Yevlax rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN ******* №-li inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(014)-963/2023 saylı icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Məhkəmə iclasında Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 verdiyi izahatında göstərmişdir ki, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(014)- 963/2023 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 19 iyul 2023-cü il tarixdən başlayaraq 07 sentyabr 2020-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 150 manat aliment tutularaq X2 verilməlidir. İcra vərəqəsi Yevlax rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul olunmuş və tələbin 10 gün müddətində könüllü icrası ilə bağlı borcluya bildiriş verilmişdir. Borclu icra sənədi üzrə borcunu lazımi qaydada yerinə yetirməmiş, nəticədə 2110 manat hazırkı borcu yaranmışdır. Buna görə də barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Borclu 13 may 2025-ci il tarixdə borcundan 400 (dörd yüz) manat ödəmiş və qalan borcunu da hissəhissə ödəyəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs həmin məbləği qəbul etmiş və qalan borcun hissə-hissə ödənilməsinə dair borclu ilə razılaşmışlar. Qeyd edilənlərin nəzərə alınaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(014)-963/2023 saylı icra vərəqəsinə əsasən ondan 19 iyul 2023-cü il tarixdən başlayaraq 07 sentyabr 2020-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 150 manat aliment tutularaq ƏfəndiyevaTuranə Fəxrəddin qızına verilməlidir.İcra məmuru tərəfindən icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası ilə bağlı bildiriş ona təqdim edilmişdir. İşləmədiyindən və maddi imkanı olmadığından ödəniş edə bilməmiş, nəticədə 2110 manat borcu yaranmışdır. Tələbkara 400 manat aliment borcundan ödəmiş və növbəti aylarda hər ay 200-250 manat ödəniş edəcəyinə dair zərərçəkmiş şəxslə razılığa gəlmişlər. Alimenti ödəməkdən imtina etməmiş və icra sənədinin icrasından yayınmamışdır. Maddi imkanı olmadığından alimenti ödəyə bilməmiş və borcu yaranmışdır. Qeyd edilənlərin nəzərə alınaraq barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) X3 verdiyi izahtında göstərmişdir ki, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(014)-963/2023 saylı icra vərəqəsinə əsasən Şəxs 19 iyul 2023-cü il tarixdən başlayaraq 07 sentyabr 2020-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 150 manat aliment tutularaq ona verilməlidir.Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ayrı-ayrı vaxtlarda ödənişlər etmiş və nəticədə 2110 manat ödənilməmiş aliment borcu qalmışdır. 13 may 2025-ci il tarixdə borclu həmin borcundan 400 (dörd yüz) manatını ödəmiş, qalan aliment borcunu isə hissə-hissə hər ay 200-250 manat ödəməyə dair razılığa gəlmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hazırda şikayətçi deyildir. Qeyd edilənlərin nəzərə alınaraq, Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, işdə olan Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(014)-963/2023 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 07 sentyabr 2020-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 150 manat aliment tutularaq X2 verilməlidir. İşdə olan Yevlax rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarından və bildirişdən görünür ki, Ağdaş Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli, 2(014)-963/2023 saylı icra vərəqəsi icraata qəbul edilmiş və borclu Şəxs icranı 10 (on) gün müddətində könüllü təmin etməsi təklif edilmişdir. “İcra haqqında” Azərbaycan Respubliksının Qanununun 12-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən bir ay müddətinədək uzadıla bilər. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Belə ki, “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul etməlidir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi göstərilir. Borclu tərəfindən müəyyən olunmuş on günlük müddət ərzində məhkəmə aktı könüllü icra olunmadıqda icra məmuru həmin Qanunun 43.1-ci maddəsində əks olunmuş - borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və ya Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa məcburi icra tədbirlərinə müraciət etməlidir. Qanunverici “İcra haqqında” Qanunun Azərbaycan Respubliksının Qanununun 82-ci maddəsində icra sənədi icra edilmədiyi halda inzibati və cinayət məsuliyyətinə cəlb olunmanın xüsusi qaydasını da müəyyən etmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respubliksının Qanununun Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmçinin icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh Şəxs 07 sentyabr 2020-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 150 manat aliment tutularaq X2 verilməlidir. İcra vərəqəsi Yevlax rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul olunmuş və tələbin 10 gün müddətində könüllü icrası ilə bağlı borcluya bildiriş göndərilmişdir. Borclu icra sənədi üzrə müxtəlif vaxtlarda ödənişlər etmiş, 13 may 2025-ci il tarixdə 400 (dörd yüz) manat ödəmiş və qalan borcun hissə-hissə ödənilməsi haqqında zərərçəkmiş şəxs X3 ilə razılığa gəlmişlər. Göründüyü kimi borclu Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və icra sənədini üzürsüz səbəbdən icra etməməsi müəyyən edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Yevlax rayon İcra və Probasiya Şöbəsinin 13 may 2025-ci il tarixli inzibati xəta haqqında protokoluna əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar