Məhkəmə qərarları › İş №3(039)-752/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-752/2022

09.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-752/2022 09.08.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis leytenantı X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 13 iyul 2022-ci il tarixli qərar və onun əsasında tərtib edilmiş 09 avqust 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 09:30 radələrində Yevlax şəhər X1 ilə mübahisə edərək onu döymüşdür. İnzibati protokolu tərtib etmiş Yevlax rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X8 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, X4 xx.xx.2022-ci il tarixdə Şəxs tərəfindən döyülməsi barədə müraciəti əsasında Yevlax rayon Polis Şöbəsinin təhqiqat bölməsində araşdırma aparılmış, Şəxs əməllərində cinayət tərkibi olmadığından təhqiqat bölməsi cinayət işinin başlanmasını rədd etmiş və Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Yevlax rayon X7 Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək bildirmişdir ki, o, Bakı-Yevlax yolu üzrə taksi fəaliyyəti ilə məşğuldur. xx.xx.2022-ci il tarixdə saat 09:00 radələrində sərnişin yığıb Bakı şəhərinə getməsi üçün avtovağzala getmişdir. O, bir neçə sərnişinini avtomobilinə əyləşdirib əlavə sərnişin tapmaq üçün avtomobilindən aralaşmışdır. Həmin mvaxt tanımadığı bir nəfərin onun avtomobilindən onun sərnişinlərini düşürtməsinin şahidi olmuş. Bundan sonra o, həmin şəxsə yaxınlaşaraq hansı səbəbdən onun sərnişinlərini avtomobildən düşürtməsini soruşduqda, həmin şəxs onun ünvanına söyüş işlətmişdir. O, söz-söhbət böyüməsin deyə həmin şəxsi avtovağzalın arxasına insanların olmadığı yerə dəvət edib söhbət etməyi təklif etdikdə həmin şəxs onunla razılaşmış və onlar avtovağzalın arxa tərəfinə keçmişlər. Orada onların arasında sözlə mübahisələri davam etmiş və həmin şəxs onu təkrarən təhqir etmişdir. O, avtomobilin baqajını açmaq üçün üzərində saxladığı vintaçanı çıxardıb həmin şəxsi qoxutmaq istəyən zaman həmin şəxs vintaçanı onun əlindən almaq istəyərkən ehtiyatsızlıqdan vintaçan həmin şəxsin sol çiyin hissəsinə xəsarət yetirmişdir. Bundan sonra həmin şəxs onu hədələyərək həmin ərazidən çıxıb getmişdir. Hazırda əməlindən peşman olmasını və himayəsində üç azyaşlı qızının olmasını nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X9 məhkəmə iclasına gəlməsə də, məhkəməyə teleqramla müraciət edərək Şəxs ilə barışmadığını, ondan şikayətçi olduğunu bildirmişdir. Məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 09:30 radələrində Yevlax şəhər X1 ilə mübahisə edərək onu döymüşdür; cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ında toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmaması müəyyən edildiyindən cinayət işinin başlanmasının rədd edilməsi və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Yevlax rayon X7 Təhlükəsizlik Bölməsinə göndərilməsi qərara alınmışdır; elektron məhkəmə informasiya sisteminin şəxs barəsində olan portaldan çıxarışdan görünürü ki, Şəxs xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 adlı uşaqları var. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi zərərçəkmiş şəxsin izahatı ilə yanaşı, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar