Məhkəmə qərarları › İş №3(039)-753/2023

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-753/2023

31.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-753/2023 31.10.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı Xİİİ tağım Baş yol patrul xidməti inspektoru, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Bəhman oğlunun iştirakları ilə, xx.xx.1980-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu Qaraməmmədli kəndində yaşayan. Şəxs Bəhman oğlunun barəsində Azərbaycan Respublikasının 327.8-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin Yol Patrul Xidməti Alayının Xİİİ tağımından daxil olmuş daxil olmuş xx.xx.2023-cü tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokolda və cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarda göstərilmişdir ki, Şəxs Bəhman oğlu xx.xx.2023-cü il tarixdə saat 19:20 radələrində idarə etdiyi “Belarus MTZ1221” markalı 10 S812 dövlət qeydiyyat nişanlı traktorla X3 yolunda əks istiqamətli hərəkət zolağına çıxmaqla manevir etmə qaydasını pozaraq yol nəqliyyat hadisəsi törədərək zərərçəkmiş şəxsə yüngül bədən xəsarəti yetirərək yol nəqliyyat hadisəsi törətmişdir. Bununlada Şəxs Bəhman oğlu Azərbaycan Respublikasının 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Zərərçəkmiş şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlmədiklərindən məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Bəhman oğlu məhkəmə iclasında özünü təqsirli bilib inzibati xətanı törətməsini etiraf etmiş, traktor ilə işləyib ailəsini dolandırdığını və əməlindən peşmançılıq çəkdiyini bildirərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olumuş: Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət tərkibi olmaması müəyyən edildiyindən cinayət işinin başlanmasının rədd edilməsi və Şəxs Bəhman oğlunun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Yevlax RPŞ-nin DYPB-yə göndərilməsi qərara alınmışdır; xx.xx.2023-cü tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Bəhman oğlu xx.xx.2023-cü il tarixdə saat 19:20 radələrində idarə etdiyi “Belarus MTZ1221” markalı 10 S812 dövlət qeydiyyat nişanlı traktorla X3 yolunda əks istiqamətli hərəkət zolağına çıxmaqla manevir etmə qaydasını pozaraq yol nəqliyyat hadisəsi törədərək zərərçəkmiş şəxsə yüngül bədən xəsarəti yetirərək yol nəqliyyat hadisəsi törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs Bəhman oğlu tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), ağırlaşdıran halların olmamasını nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Bəhman oğluna Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Bəhman oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar