Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-755/2020 21.10.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis kapitanı X4, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1969-cu il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli xx xxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 11:40 radələrində Yevlax şəhəri, H.Əliyev prospektində yerləşən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin inzibati binasında və qarşısında bankın əməkdaşına nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X10 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 11:40 radələrində Yevlax şəhəri, H.Əliyev prospektində yerləşən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin inzibati binasında bankda işləyən X1 və onu təhqir etmişdir. Bankın iş sistemini pozmuşdur. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilməyərək vermiş olduğu izahatında göstərmişdir ki, əvvəllər xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx ASC-nin əməkdaşı X9 ilə aralarında mübahisəsi olmuşdur. Lakin xx.xx.2020-ci il tarixdə cəriməsini ödəmək “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin inzibati binasına getmişdir. Bankda növbə gözləyən zaman bankın müdiri ona yaxınlaşaraq bankın əməkdaşı ilə onun arasında olmuş mübahisəyə görə ona nöqsanını bildirdik də o, filialın müdiri ilə mübahisə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 çıxış edərək bildirmişdir ki, o, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Yevlax filialında işləyir. xx.xx.2020-ci il tarixdə əvvəllər də ona sataşan və onu təhqir edən Şəxs banka gəldiyini görmüşdür. Əvvəllərdə onu narahat etdiyinə görə o, Şəxs gəlişindən narahat olaraq filial müdirinə vəziyyət barədə məlumat vermişdir. Bundan sonra filial müdiri, Şəxs otağına dəvət edərək ona nöqsanlarını bildirdikdə Şəxs bankın içərisində ucadan səs-küy salaraq söyüşlər söyməyə başlamışdır. Bundan sonra bankın mühafizə xidməti əlavə kömək çağıraraq Şəxs aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 çıxış edərək bildirmişdir ki, o, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Yevlax filialının müdiri işləyir. xx.xx.2020-ci il tarixdə işdə olan zaman bankın əməkdaşı olan X6 əsəbi və narahat vəziyyətdə görüb nə baş verdiyini soruşduqda o, banka gələn vətəndaşın onu narahat etdiyini, ona sataşdığını və təhqir etdiyini bildirdikdə o, həmin vətəndaşı otağına dəvət edərək onunla söhbət etmişdir. Söhbət edən zaman həmin vətəndaş ucadan səs-küy salmış və söyüşlər söydüyündən o, bankın mühafizə xidmətinə məlumat vermişdir ki, həmin vətəndaşı binadan kənarlaşdırsınlar. Lakin həmin vətəndaş öz əməllərinə davam edərək bankın binasını tərk etmədiyi üçün mühafizə əməkdaşları əlavə kömək çağırmışlar. Bundan sonra mühafizə polisinin növbətçi avtomobili gələrək vətəndaşı rayon polis şöbəsinə aparmışdır. Məhkəmə iclasında şahid qismində Baş Mühafizə İdarəsinin Yevlax rayon mühafizə şöbəsinin polis nəfəri, polis serjantı X14 çıxış edərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 11:45 radələrində “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Yevlax filialında xidmət aparan polis nəfəri Qurban Qurbanov telefon vasitəsi ilə əlaqə saxlayaraq bir nəfər vətəndaşın bankda ucadan səs-küy salaraq söyüş söydüyünü bildirmiş və dəstək üçün onları çağırmışdır. O və digər polis əməkdaşı qeyd edilən ünvana getdikdə həmin vətəndaşın səs-küy salaraq söyüşlər söydüyünün şahidi olmuşlar. Bundan sonra onlar həmin vətəndaşı polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Mühafizə İdarəsinin Yevlax rayon mühafizə şöbəsinin polis nəfəri, polis serjantı X7 şahid X8 izahatına uyğun izahat verdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* nömrəli xx xxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 11:40 radələrində Yevlax şəhəri, H.Əliyev prospektində yerləşən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin inzibati binasında və qarşısında bankın əməkdaşını söyərək təhqir etmişdir. Bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; X2 rayon Polis Şöbəsində vermiş olduğu xx.xx.2020-ci il tarixli izahatında göstərilmişdir ki, bankın müştərisi kimi əvvəllər taındığı Şəxs xx.xx.2020-ci il tarixdə saat 11:00 radələrində işlədiyi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin inzibati binasında səsküy salaraq onu narahat etmişdir. Şəxs həmçinin bankda və küçədə dəfələrlə onun qarşısını kəsərək narahat etmişdir. Mütamadi olaraq ona qarşı nalayiq ifadələr işlədir. O, bu barədə bankın müdiri Azər Məhyəddinova məlumat vermişdir. Bundan sonra bank rəhbərliyi xx.xx.2020-ci il tarixdə Şəxs onu narahat etməsi səbəbindən onun bu cür hərəkətlərinin qarşısının alınması üçün polis əməkdaşlarına məlumat vermişdir. Polis əməkdaşları banka gələn zaman Şəxs yenədə onu və bankın digər əməkdaşlarını söyüb təhqir etmişdir və hədə qorxu gələrək yenə gələcəyini bildirmişdir; DSMF-nin 042870 saylı vəsiqəsindən görünür ki, Şəxs İİ dərəcəli əlilldi; xx xxxxxxx 2020-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutma haqqında protokoldan görünür ki, X11 xx xxxxxxx 2020-ci il tarixdə, saat 11:40-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi protokolu tərtib etmiş şəxsin, şahidlərin ifadəsi, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini, İİ qrup əlil olmasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə edilsin. Şəxs həbsdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №3(039)-755/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-755/2020
21.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver