Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-755/2022 11.08.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi ilə Yevlax rayon Polis X1 Bölməsinin polis sahə rəisi, polis mayoru X2, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 04:40 radələrində Yevlax şəhəri Q.Quliyev küçəsində yerləşən yaşayış olmayan binanın qarşısında polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yevlax Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X4 çıxış edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Yevlax şəhəri Q.Quliyev küçəsində yerləşən çoxmərtəbəli binada baş vermiş yanğından sonra həmin binanın sakinləri yaşayış evlərini tərk etmək məcburiyyətində qalmışdılar və həmin binada yerləşən mənzillərdən oğurlaq olmaması üçün rayon polis şöbəsinin əməkdaşları həmin binanın ətrafında xidmət aparırlar. 11 avqust 2022-ci il tarixdə saat 04:40 radələrində rayon polis şöbəsinin əməkdaşı qeyd edilən ərazidə xidmət aparan zaman bir nəfər vətəndaşın özünü şübhəli apardığından ona yaxınlaşmış və gecə saatlarında qeyd edilən ərazidə nə işlə məşğul olmasını soruşmurdur. Həmin vətəndaş əsassız olaraq polis əməkdaşı ilə kobud şəkildə danışmağa başlamışdır. Polis əməkdaşı həmin vətəndaşı nizam-intizama dəvət etsə də, həmin vətəndaş öz hərəkətlərinə davam etdiyindən vətəndaş saxlanılaraq rayon polis şöbəsinə gətirilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilərək vermiş olduğu izahatında göstərmişdir ki, 11 avqust 2022-ci il tarixdə saat 04:40 radələrində “Dədə Qorqud” parkının ərazisində oturmuşdur. Bundan sonra həmin yerə polis əməkdaşı gəlib ondan gecə saatlarında parkın ərazisində nə işlə məşğul olmasını soruşmuşdur. O, polisə parkın ərazisində əyləşdiyini bildirmişdir. Bundan sonra o, əsassız olaraq səs-küy salmağa başlamışdır. Polis əməkdaşı onu nizam-intizama dəvət etsə də, o, polis əməkdaşı ilə kobud şəkildə danışmağa davam etmişdir. Bundan sonra o, polis tərəfindən rayon polis şöbəsinə gətirildiyini, hazırda əməlindən peşman olmasını bildirərək barəsində qanuni qarərın qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin Postpatrul xidməti bölüyünün polis nəfəri, polis serjantı X3 izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Yevlax şəhəri Q.Quliyev küçəsində yerləşən çoxmərtəbəli binada baş vermiş yanğından sonra həmin binanın sakinləri yaşayış evlərini tərk etmək məcburiyyətində qalmışdılar və həmin binada yerləşən mənzillərdən oğurlaq olmaması üçün rayon polis şöbəsinin əməkdaşları həmin binanın ətrafında xidmət aparırlar. 11 avqust 2022-ci il tarixdə saat 04:40 radələrində o, qeyd edilən ərazidə xidmət aparan zaman bir nəfər vətəndaşın özünü şübhəli apardığından ona yaxınlaşmış və gecə saatlarında qeyd edilən ərazidə nə işlə məşğul olmasını soruşmuşdur. Həmin vətəndaş əsassız olaraq onunla kobud şəkildə danışmağa başlamışdır. O, həmin vətəndaşı nizamintizama dəvət etsə də, həmin vətəndaş öz hərəkətlərinə davam etdiyindən saxlanılaraq rayon polis şöbəsinə gətirilmişdir. Rayon polis şöbəsində həmin vətəndaşın şəxsiyyəti müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 04:40 radələrində Yevlax şəhəri Q.Quliyev küçəsində yerləşən yaşayış olmayan binanın qarşısında polisin qanuni tələbinə qəsdən tabe olmamışdır; xx.xx.2022-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 04:50-də tutulmuşdur. 250538 saylı xx.xx.2009-cu il tarixli vəsiqədən görünür ki, Şəxs uşaqlıqdan İİ qrup əlildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 30.2. Hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), ağırlaşdıran halların olmamasını nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 (ikiyüz əlli) manat məbləğində cərimə edilsin. Şəxs məhkəmə zalından dərhal həbsdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №3(039)-755/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-755/2022
11.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver