Məhkəmə qərarları › İş №3(039)-755/2023

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-755/2023

28.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-755/2023 28.11.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət X6 Gömrük İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs: Ucar rayonu Boyat kəndində qeydiyyatda olan Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə Gömrük İdarəsindən daxil olmuş 00900-00131/23 nömrəli, 27 oktyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki,Ucar rayonu,Boyat kəndində qeydiyyatda olan Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixli, **********8255 saylı və xx.xx.2023-cü il tarixli **********5594 saylı gömrük bəyannamələri üzrə ixrac edilmiş “Nar şirəsi” yükünün dəyərinin 37186.15 ABŞ dolları məbləğində vəsaitin malların bəyan olduğu gündən 180 gün ərzində ixracatçının hesabına köçürülməməsi barədə Əməliyyat və Təhqiqat şöbəsinə 3-33-/3-1- 006972/2023 nömrəli xx.xx.2023-cü il tarixli raport daxil olmuşdur. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi X4 inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Ucar rayonu,Boyat kəndində qeydiyyatda olan Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixli, **********8255 saylı və xx.xx.2023-cü il tarixli **********5594 saylı gömrük bəyannamələri üzrə ixrac edilmiş “Nar şirəsi” yükünün dəyərinin 37186.15 ABŞ dolları məbləğində vəsaitin malların bəyan olduğu gündən 180 gün ərzində ixracatçının hesabına köçürülməməsi barədə Əməliyyat və Təhqiqat şöbəsinə 3-33-/3-1-006972/2023 nömrəli xx.xx.2023-cü il tarixli raport daxil olmuşdur.MMC barəsində qanuni qərarın qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC -nin etibarnamə üzrə nümayəndəsi X3 məhkəmə iclasında çıxış edərək,ixracat Rusiya Federasiyasina olduğundan,göndərilən məhsulların dəyəri dollarla hesablandığından,Rusiyada olan mövcud şəraitdən,qoyulan sanksiyalardan pulu dollarla göndərmək mümkün olmamış,rus rublu ilə göndərilməsi barədə razılığa gəlinmiş və pullar rus rublu ilə göndərilmişdir.Pullar rus rublu ilə göndərilərkən bildiyimiz kimi dolların kursu rus rublu ilə münasibətdə tez-tez dəyişdiyindən pullar MMC-nin bank hesabına köçürülərkən 86.92 ABŞ dolları qalıq yaranmışdır.Həmin qalıq yaranması kursun dəyişikliyindən yarandığından MMC barəsində qanuna müvafiq qərarın qəbul olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Gəncə Gömrük İdarəsindən daxil olmuş 00900-00131/23 nömrəli, 27 oktyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki,Ucar rayonu,Boyat kəndində qeydiyyatda olan Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixli, **********8255 saylı və xx.xx.2023-cü il tarixli **********5594 saylı gömrük bəyannamələri üzrə ixrac edilmiş “Nar şirəsi” yükünün dəyərinin 37186.15 ABŞ dolları məbləğində vəsaitin malların bəyan olduğu gündən 180 gün ərzində ixracatçının hesabına köçürülməməsi barədə Əməliyyat və Təhqiqat şöbəsinə 3-33-/3-1- 006972/2023 nömrəli xx.xx.2023-cü il tarixli raport daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Həmin Məcəllənin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Səlahiyyətli orqanın nümayəndəsinin məhkəmə prosesində verdiyi izahatı və iş materiallarında olan sənədlərlə müəyyən olunmuşdur ki, Ucar rayonu,Boyat kəndində qeydiyyatda olan Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixli, **********8255 saylı və xx.xx.2023-cü il tarixli **********5594 saylı gömrük bəyannamələri üzrə ixrac edilmiş “Nar şirəsi” yükünün dəyərinin 37186.15 ABŞ dolları məbləğində vəsaitin malların bəyan olduğu gündən 180 gün ərzində ixracatçının hesabına köçürülməməsi barədə Əməliyyat və Təhqiqat şöbəsinə 3-33-/3-1-006972/2023 nömrəli xx.xx.2023-cü il tarixli raport daxil olmuşdur. Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixli **********5594 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilən yükün dəyərinin 86.92 ABŞ dolları valyuta vəsaiti bəyan edildiyi gündən 180 güngün ərzində ixracatçının bank hesabına geri köçürülməmiş və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. AZƏRBAYCAN RESPUBLİKASİ KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair 17 may 2021-ci il tarixli Qərarına əsasən Eyni zamanda qeyd edilməlidir ki, müvəkkil banklara köçürülməli olan xarici valyuta vəsaitinin geri qaytarılmaması xarici iqtisadi fəaliyyətin subyektindən asılı olmayan səbəblərdən baş verdikdə, yəni subyektin hərəkət və ya hərəkətsizliyinin nəticəsi olmadıqda, şəxs təqsirsiz olduğundan həmin vəsaitlərin qaytarılmamasına görə İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati xəta bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) kimi müəyyən edilmişdir (İnzibati Xətalar Məcəlləsinin 3 və 12.1-ci maddələri). Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, yuxarıda qeyd edilən normaların tələbləri baxımından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini müəyyən etməlidir. Bəzi hallarda hüquqi və fiziki şəxslərin ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müvəkkil bankda olan hesablara köçürülməsi şəxsin iradəsindən asılı olmayan səbəblərdən (məsələn qarşı tərəfin öhdəliyi icra etməməsi və s.) baş tutmaya və ya qanunvericilikdə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər. Buna görə məhkəmə işin bu hallarını şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirməlidir. İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə müəyyən edilmiş tənzimləmə xarici iqtisadi fəaliyyəti həyata keçirən şəxsin mülkiyyət hüququna qanunla nəzərdə tutulmuş müdaxilə olmaqla, dövlətin mənafeyinin qorunmasına və xarici iqtisadi fəaliyyətlə məşğul olan şəxslərin ölkənin iqtisadi inkişafına töhfə verməsinə yönəlmişdir. Lakin qeyd edilən maddədə nəzərdə tutulmuş cərimənin əsassız olaraq həmin şəxslərdən hesablanaraq tutulması, son nəticədə ixracedənin maliyyə vəziyyətinin pisləşməsi ilə yanaşı, işgüzar nüfuzunun zədələnməsi nəticəsində gələcəkdə əldə edilə bilən gəlirdən də məhrum olunmasına səbəb ola bilər. Səlahiyyətli orqanın nümayəndəsinin məhkəmə prosesində verdiyi izahatı və iş materiallarında olan sənədlərlə müəyyən olunmuşdur ki, Ucar rayonu,Boyat kəndində qeydiyyatda olan Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixli, **********8255 saylı və xx.xx.2023-cü il tarixli **********5594 saylı gömrük bəyannamələri üzrə ixrac edilmiş “Nar şirəsi” yükünün dəyərinin 37186.15 ABŞ dolları məbləğində vəsaitin malların bəyan olduğu gündən 180 güngün ərzində ixracatçının bank hesabına geri köçürülməmiş və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi” Qaydalarının 12.2-ci bəndinə əsasən, hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Ucar rayonu Yuxarı Şilyan kəndində ünvanında qeydiyyatda olan Şəxs MMC MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 30 faizi məbləğində cərimə tənbeh növü təyin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ucar rayonu,Boyat kəndində qeydiyyatda olan Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olan xarici valyuta 86.92 ABŞ dolları vəsaitin 30 faizi miqdarında, yəni 23 ABŞ dolları (ödənilən günə manatla olan məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar