Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-755/2024 12.08.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mədətov Samir Yusif oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax Rayon Polis X8 X6 Avtomobil Müfəttişi, polis baş leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 09 avqust 2024-cü il tarixdə vətəndaş Şəxs idarə etdiyi Mercedes markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə mühafizəsi hərbi hissəyə həvalə ediliş dövlət əhəmiyyətli strateji obyekt hesab edilən Varvara su anbarının mühafizə zolağında yerləşən kabel və naqillərin mühafizəsi üçün quraşdırılmış dəmir konstruksiyalı qoruyucunun müəyyən hissəsini zədələyərək maddi ziyan törətmiş,bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs polis baş leytenantı X4 protokola uyğun izahat verərək bildirmişdir ki, 09 avqust 2024-cü il tarixdə vətəndaş Şəxs idarə etdiyi Mercedes markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə mühafizəsi hərbi hissəyə həvalə ediliş dövlət əhəmiyyətli strateji obyekt hesab edilən Varvara su anbarının mühafizə zolağında yerləşən kabel və naqillərin mühafizəsi üçün quraşdırılmış dəmir konstruksiyalı qoruyucunun müəyyən hissəsini zədələyərək maddi ziyan törətmiş,bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi ilə telefon vasitəsi ilə əlaqə saxlanmış və Şəxs şikayətçi olduğunu bildirmişlər. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilib sürücülük hüququ olmadan inzibati xətanı törətməsini və spirtli içki qəbul etdiyini etiraf etmiş, özünün 3-cu qrup əlil olmasını əməlindən peşmançılıq çəkdiyini bildirərək məhkəmədən barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. 20 may 2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, 09 avqust 2024-cü il tarixdə vətəndaş Şəxs idarə etdiyi Mercedes markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə mühafizəsi hərbi hissəyə həvalə ediliş dövlət əhəmiyyətli strateji obyekt hesab edilən Varvara su anbarının mühafizə zolağında yerləşən kabel və naqillərin mühafizəsi üçün quraşdırılmış dəmir konstruksiyalı qoruyucunun müəyyən hissəsini zədələyərək maddi ziyan törətmiş,bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi: Maddə. 334.3-cü maddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), inzibati xətanı sərxoş vəziyyətdə vəsürücülük vəsiqəsui olmadan törətməsini (İXM 33.1.7) məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Yevlax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkil X1 göstərdiyi 01 (bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 06 (altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X3 ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-755/2024
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-755/2024
12.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver