Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-756/2022 11.08.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X2, inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2003-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı, 11 avqust 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 11 avqust 2022-ci il tarixdə saat 03:00 radələrində Yevlax şəhəri Q.Quliyev küçəsində yerləşən yaşayış olmayan binanın qarşısında polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X4 çıxış edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Yevlax şəhəri Q.Quliyev küçəsində yerləşən çoxmərtəbəli binada baş vermiş yanğından sonra həmin binanın sakinləri yaşayış evlərini tərk etmək məcburiyyətində qalmışdılar və həmin binada yerləşən mənzillərdən oğurlaq olmaması üçün rayon polis şöbəsinin əməkdaşları həmin binanın ətrafında xidmət aparırlar. 11 avqust 2022-ci il tarixdə saat 03:00 radələrində rayon polis şöbəsinin əməkdaşı qeyd edilən ərazidə xidmət aparan zaman bir nəfər vətəndaşı özünü şübhəli apardığından ona yaxınlaşmış və gecə saatlarında qeyd edilən ərazidə nə işlə məşğul olmasını soruşmuşdur. Həmin vətəndaş əsassız olaraq polis əməkdaşı ilə kobud şəkildə danışmağa başlamışdır. Polis əməkdaşı həmin vətəndaşı nizam-intizama dəvət etsə də, həmin vətəndaş öz hərəkətlərinə davam etdiyindən vətəndaş saxlanılaraq rayon polis şöbəsinə gətirilmişdir. Rayon polis şöbəsində həmin vətəndaşın şəxsiyyəti müəyyən edilmiş və həmin vətəndaş üzərində saxladığı bir ədəd qayçı, bir ədəd qadın üçün saç “şpilka”-sı və bir ədəd “otvyortka”-nı polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilərək vermiş olduğu izahatında bildirmişdir ki, 11 avqust 2022-ci il tarixdə saat 03:00 radələrində Yevlax şəhəri Q.Quliyev küçəsində yerləşən parkın ərazisində tanışını gözləyən zaman polis əməkdaşı ona yaxınlaşaraq ondan gecə saatlarında nə işlə məşğul olmasını soruşduqda o, polis əməkdaşına kobud şəkildə cavab qaytararaq səs-küy salmışdır. Polis əməkdaşı onu nizam-intizama dəvət etsə də, o, polis əməkdaşı ilə kobud şəkildə danışmağa davam etmişdir. Bundan sonra o, polis tərəfindən rayon polis şöbəsinə gətirilmiş, o polis şöbəsində üzərində saxladığı ədəd qayçı, bir ədəd qadın üçün saç “şpilka”-sı və bir ədəd “otvyortka”-nı polis əməkdaşlarına təqdim etmişdir. Sözügedən əşyaları niyə məhz üzərində gəzdirməsini isə ağlabatan səbəblə izah edə bilməmiş, hazırda əməlindən peşman olmasını bildirərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin Postpatrul xidməti bölüyünün polis nəfəri, polis serjantı X3 izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Yevlax şəhəri Q.Quliyev küçəsində yerləşən çoxmərtəbəli binada baş vermiş yanğından sonra həmin binanın sakinləri yaşayış evlərini tərk etmək məcburiyyətində qalmışdılar və həmin binada yerləşən mənzillərdən oğurlaq olmaması üçün rayon polis şöbəsinin əməkdaşları həmin binanın ətrafında xidmət aparırlar. 11 avqust 2022-ci il tarixdə saat 03:00 radələrində o, qeyd edilən ərazidə xidmət aparan zaman bir nəfər vətəndaşı özünü şübhəli apardığından ona yaxınlaşmış və gecə saatlarında qeyd edilən ərazidə nə işlə məşğul olmasını soruşmuşdur. Həmin vətəndaş əsassız olaraq onunla kobud şəkildə danışmağa başlamışdır. O, həmin vətəndaşı nizamintizama dəvət etsə də, həmin vətəndaş öz hərəkətlərinə davam etdiyindən saxlanılaraq rayon polis şöbəsinə gətirilmişdir. Rayon polis şöbəsində həmin vətəndaşın şəxsiyyəti müəyyən edilmiş və və həmin vətəndaş üzərində saxladığı bir ədəd qayçı, bir ədəd qadın üçün saç “şpilka”-sı və bir ədəd “otvyortka”-nı təqdim etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı, 11 avqust 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 11 avqust 2022-ci il tarixdə saat 03:00 radələrində Yevlax şəhəri Q.Quliyev küçəsində yerləşən yaşayış olmayan binanın qarşısında polisin qanuni tələbinə qəsdən tabe olmamışdır; xx.xx.2022-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutmaq haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 03:20-də tutulmuşdur; portaldan çıxarışdan görünür ki, Şəxs Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.4, 69.3 və 70-ci maddələri ilə təqsirli bilinib barəsində 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası tətbiq edilmiş və həmin cəza 02 il müddətinə şərti sınaq müddəti tətbiq edilmişdir; Yevlax Rayon Məhkəməsinin 1(039)-135/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəxs barəsində məhkəminin icraatında onun Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri təqsirləndirilməsinə dair cinayət işinə baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, şahidlərin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini səciyələndirən hallar (Bakı Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.4, 69.3 və 70-ci maddələri ilə cəza alması, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə məsuliyyətə cəlb edilməsi və hazırda Yevlax Rayon məhkəməsinin icraatında cinayət işinə baxılması), məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 11 avqust 2022-ci il tarixdən saat 03:20-dən hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №3(039)-756/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-756/2022
11.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver