Məhkəmə qərarları › İş №3(039)-76/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-76/2020

13.02.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-76/2020 13.02.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Quliyev Rəşad Şahsevər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Tərtər rayonu Qaradağlı kəndində qeydiyyatda olan və yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X3 Yol Patrul Xidməti Alayının 8-ci taqımından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 14:19 radələrində “Kamaz 5111” markalı, ** BQ *** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı-Qazax avtomobil yolunun 243-cü km-də hərəkətdə olarkən avtomaşının nömrə nişanını örtüklə örtmüşdür. Bu barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 14:19 radələrində özünə məxsus “Kamaz 5111” markalı, ** BQ *** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı-Qazax avtomobil yolunun 243-cü km-də hərəkətdə olarkən avtomaşının sığorta və texniki baxışı olmadığı üçün nömrə nişanını örtüklə örtmüşdür. Səhvini başa düşür, törətdiyi inzibati xətaya görə səmimi peşmandır. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X3 Yol Patrul Xidməti Alayının 8-ci taqımının yol patrul xidməti inspektoru, polis kiçik serjantı X1 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 14:19 radələrində “Kamaz 5111” markalı, ** BQ *** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı-Qazax avtomobil yolunun 243-cü km-də hərəkətdə olarkən avtomaşının nömrə nişanını örtüklə örtmüşdür. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, inzibati xəta haqqında tərtib olunmuş protokolu nəzərdən keçirib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edi ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. İnzibati Xətalar Məcəlləsi: Maddə. 342.9. Nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsi ifadə olunur. Maddə. 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Şəxs haqqında, təqsirli bilindiyi İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyəti, inzibati xətanın xarakteri və mahiyyəti nəzərə alınır. Maddə. 21. İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Maddə 9.1. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf edib səmimi peşmançılıq çəkməsini məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə qanunda nəzərdə tutulan inzibati xətanın bilavasitə obyekti olmuş örtüyün müsadirə edilməsinə münasibət bildirərək hesab edir ki, həmin örtük lazımsız və əhəmiyyətsiz olduğundan müsadirə obyekti ola bilməz. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cü maddəsinin sanksiyasında nəzərdə tutulan, aşağı həddə inzibati cərimə növündə tənbeh edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər.Hakim (İmza) “əsli ilə düzdür” Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar