Məhkəmə qərarları › İş №3(039)-76/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-76/2021

25.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-76/2021 25.01.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakimi Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis baş leytenantı X4 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 14.30 radələrində Yevlax RPŞ-nin inzibati binasında ucadan nalayiq ifadələr işlədərək, polis şöbəsinin iş rejimini kobudcasına pozmuş və onu nizamintizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu barədə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis baş leytenantı X8 izah etdi ki, Yevlax rayonu, Marzılı kəndində yaşayan X5 müraciəti ilə əlaqədar olaraq xx xxxxxx 2021-ci il tarixli HK-1/147 nömrəli material üzrə xx xxxxxx 2021-ci il tarixdə saat 14:30 radələrində TB-nin təhqiqatçısı polis baş leytenantı X7 rayonu, Marzılı kənd sakini Şəxs Müşfiq oğlunun izahatını alan zaman, Şəxs M.Əhmədzadənin xidməti iş otağımda ünvansız olaraq nalayiq küçə söyüşləri söymüş və səs-küy salaraq iş fəaliyyətini pozmuşdur. M.Əhmədzadə və onunla bir otaqda xidmət aparan Yevlax RPŞ-nin TB-nin təhqiqatçısı X6 Şəxs öz iradlarını bildirərək xidməti iş fəaliyyətlərini pozmamağa dəvət etmişlər. Lakin Şəxs dəfələrlə ona edilən xəbardarlıqalara baxmayaraq polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq səs-küy salaraq nalayiq ifadələr işlətməyə davam etmişdir. RPŞ-nin TB-nin təhqiqatçısı M.Əhmədzadə raportla RPŞ-nin rəhbərliyinə müraciət etmişdir. Raporta əsasən araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, ailə üzvləri ilə birlikdə Yevlax rayonu, Marzılı kəndində yaşayır. xx xxxxxx 2021-ci il tarixdə yaşadıqları evdə anası Kəmalə Musayevaya xəsarət yetirdiyi üçün barəsində Yevlax RPŞ-nin TB-də araşdırma aparılır. Bununla bağlı təhqiqatçı Mirzalı Əhmədzadə ondan hadisə ilə bağlı izahat almalı idi. xx xxxxxx 2021-ci il tarixdə saat 14.30 radələrində təhqiqatçı Mirzalı Əhmədzadənin xidməti iş otağında izahat verən zaman çox əsəbi olmuşdur. Ona görə də orada ünvansız nalayiq ifadələr işlətmiş və səs-küy salmışdır. Orada olan polis əməkdaşları onu sakitləşdirməyə çalışsalar da, əsəbi olduğu üçün öz hərəkətlərini idarə edə bilməmişdir. Polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də, polislərin dediklərinə fikir verməyərək şöbənin dəhlizinə çıxaraq səs-küy salmağa davam etmişdir. Hazırda səhvini başa düşür və əməlindən səmimi olaraq peşmançılıq çəkir. Məhkəmədən əməlindən səmimi peşmançılığını və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax rayon TB-nin təhqiqatçısı polis kapitanı X3 izahatında göstərdi ki, Yevlax rayonu, Marzılı kəndində yaşayan X5 müraciəti ilə əlaqədar olaraq xx xxxxxx 2021-ci il tarixli HK-1/147 nömrəli material üzrə xx xxxxxx 2021-ci il tarixdə saat 14:30 radələrində Yevlax rayonu, Marzılı kənd sakini Şəxs Müşfiq oğlunun izahatını alan zaman, Şəxs onun xidməti iş otağında ünvansız olaraq nalayiq küçə söyüşləri söymüş və səsküy salaraq xidməti iş fəaliyyətlərini pozmuşdur. Dəfələrlə o və onunla bir otaqda xidmət aparan Yevlax RPŞ-nin TB-nin təhqiqatçısı X6 Şəxs öz iradlarını bildirərək xidməti iş fəaliyyətlərini pozmamağa dəvət etmişlər. Lakin Şəxs dəfələrlə ona edilən xəbardarlıqalara baxmayaraq onların qanuni tələblərinə məhəl qoymayaraq səs-küy salaraq nalayiq ifadələr işlətməyə davam etmişdir. Sonra bu barədə raportla RPŞ-nin rəhbərliyinə müraciət etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis baş leytenantı X4 və şahid X1 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx xxxxxx 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 15.35-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, inzibati xətanın xarakteri, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf edib, əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.1-ci maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdırıcı halların olmamasını və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXMnin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : xx.xx.1983-cü il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Yevlax rayonu, Marzılı kəndində qeydiyyatda olan və yaşayan Şəxs oğlu Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli xx xxxxxx 2021-ci il tarixdən saat 15.35-dən hesablansın. Qərarın surəti Şəxs təqdim edilsin. Qərarın icrası Yevlax rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlı̇ k edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar