Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-76/2023 20.01.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis X1 Bölməsinin polis sahə rəisi, polis leytenantı X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X5 iştirakı ilə, xx.xx.2000-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, Yevlax şəhəri C.Kərimov küçəsi ev 133-də yaşayan. Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i̇ : Məhkəməyə təqdim olunmuş protokollarda qeyd olunur ki, Şəxs 03 yanvar 2023cü il tarixdə Yevlax şəhəri 32-ci məhəllədə yaşayan X6 məxsus dəyəri 200 manat olan cins xoruzunu yaşadığı evin yaxınlığından açıq sahədən oğurlamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş, yəni özgəsinin əmlakını talamışdır. Bununla bağlı Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş polis sahə rəisi, polis leytenantı Toğrul Həsənov izah etdi ki, Yevlax şəhəri 32-ci məhəllə bina 2 mənzil 25-də yaşayan X8 04 yanvar 2023-cü il tarixdə saat 13:20 radələrində Azərbaycan Respublikası DİN-nin 102 Xidməti-X9 zəng edərək, yaşadığı evin yaxınlığından açıq sahədən ona məxsus 01 ədəd xoruzun oğurlanması barədə məlumat vermişdir. Bundan sonra Yevlax Rayon Polis X2 araşdırma aparılmışdır. Yevlax Rayon Polis X3 11 yanvar 2023-cü il tarixli qərarı ilə toplanmış material üzrə törədilmiş əməllərdə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, toplanmış material üzrə xırda talama inzibati xətası baş verdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən inzibati xətalar haqqında iş üzrə icraat aparılması üçün qərarların surəti Yevlax Rayon Polis X1 Bölməsinə göndərilmişdir. Bundan sonra inzibati xətanı Şəxs törətməsi müəyyən olunduğundan barəsində tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xətalara görə, ayrı-ayrılıqda inzibati protokollar tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 03 yanvar 2023-cü il tarixdə Yevlax şəhəri 32-ci məhəllədə yerləşən evlərin birindən bir ədəd cins xoruz oğurlamışdır. Oğurladığı xoruzu 30 manata tanımadığı şəxsə satmışdır. Oğurluq etməyinə səbəb maddi imkanının olmaması olmuşdur. Əməlindən səmimi olaraq peşmandır. İşə baxılması ilə əlaqədar keçirilən məhkəmə iclasınının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq zərərçəkmiş şəxs X8 məhkəmə iclasına gəlməmişditir. Telefon əlaqəsi zamanı zərərçəkmiş şəxs məhkəməyə gələ bilmədiyini göstərib ona dəymiş ziyanın ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Şəxs həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı və işin digər materialları ilə tam təsdiq edilmişdir 19 yanvar 2023-cü il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə 19 yanvar 2023-cü il tarixdə saat 19:20-dən inzibati qaydada tutulmuşdur. İşə əlavə edilmiş Yevlax "xxxx" ASC-nin 06 yanvar 2023-cü il tarixli, 07 saylı arayışından məlum olur ki, 1 ədəd cins xoruzun bazar satış qiyməti 200 manat təşkil edir. Azərbaycan Respublıikası İnzibati Xətalar Məcəlləsi: Maddə 227. Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlukəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Zərəz çəkmiş şəxs X6 dəymiş zərərin ödənilməsi tələbi ilə əlaqədar olaraq mülki qaydada məhkəmədə iddia qaldırmaq hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48- 51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, qəraraaldi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 30 (otuz) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs etmənin əvvəli Şəxs tutulduğu vaxtdan, yəni 19 yanvar 2023-cü iltarixdən saat 19:20-dən hesab edilsin. Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkil X5 göstərdiyi 2 (iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 12 (on iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X7 ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-76/2023
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-76/2023
20.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver