Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-761/2022 12.08.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Yevlax Rayon Polis X4 X5 Patrul Xidməti İnspektoru, polis baş serjantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1990-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax şəhəri Məhsəti küçəsi ev 37-də yaşayan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 11 avqust 2022-ci il tarixdə saat 14 radələrində “VAZ-2121” markalı, ** BP *** dövlət qeydiyyat nişanlı avtomobili Yevlax şəhəri Nizami prospektində idarə edərkən təhlükəszlik kəmərindən istifadə etmədiyi üçün yol patrul inspektoru tərəfindən saxlanılmış, bundan sonra sürücü Şəxs sürücülük hüququ olmadan və avtomobili narkotik vasitədən istifadə olunması nəticəsində idarə etməsi müəyyən edilmişdir. Bununla da Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs yol patrul xidməti inspektoru, polis baş serjantı X2 məruzə edərək bildirmişdir ki, Şəxs 11 avqust 2022-ci il tarixdə saat 14 radələrində “VAZ-2121” markalı, ** BP *** dövlət qeydiyyat nişanlı avtomobili Yevlax şəhəri Nizami prospektində idarə edərkən təhlükəszlik kəmərindən istifadə etmədiyi üçün yol patrul inspektoru tərəfindən saxlanılmış, bundan sonra sürücü Şəxs sürücülük hüququ olmadan və avtomobili narkotik vasitədən istifadə olunması nəticəsində idarə etməsi müəyyən edilmişdir. Ona görə də, sürücü Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məclləsinin 334.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək bildirmişdir ki, bir neçə gün əvvəl çox az miqdarda narkotik vasitədən istifadə etmişdir. 11 avqust 2022-ci il tarixdə saat 14 radələrində qonşusuna məxsus “VAZ- 2121” markalı, ** BP *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılmış və avtomobili sürücülük hüququ olmadan və narkotik vasitədən istifadə etməsi aşkar edilmişdir. Şəxs həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı və işin digər materialları ilə tam təsdiq edilmişdir. İşdə olan 1085 №-li, 11 avqust 2022-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokoluna əsasən Şəxs 11 avqust 2022-ci il tarixdə saat 13:25-də narkotik sərxoşluğu müəyyən edilmişdir. İşdə olan 11 avqust 2022-ci il tarixli avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktın surətindən görünür ki, “VAZ-2121” markalı, ** BP *** dövlət qeydiyyat nişanlı avtomobil 11 avqust 2022-ci il tarixdə saxlanca qəbul edilmişdir. İnzibati Xətalar Məcəlləsi: Maddə 334.1.Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlukəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin tətbiqini kifayət saymayaraq inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli Şəxs faktiki saxlanıldığı vaxtdan, yəni 11 avqust 2022-ci il tarixdən saat 14:00-dan hesab edilsin. Şəxs Yevlax şəhər Vəkil Bürosunun Vəkil göstərdiyi 1 (bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 6 (altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil Mööhübbət oğluna ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-761/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-761/2022
12.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver