Məhkəmə qərarları › İş №3(039)-762/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-762/2020

23.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-762/2020 23.10.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlu, Məhkəmə iclasının katibi X2, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : Şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 09 :50 radələrində Yevlax Rayonun Bəhramtəpə stasionar postda polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu barədə Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Yevlax rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X5 izah etdi ki, Şəxs stasionar postdan şəxsi avtomaşını ilə Beyləqan rayonu istiqamətində kecmək istəyərkən ona polis əməkdaşları bildirmişlər ki hərbi rejimlə əlaqədar postdan buraxıla bilməz o, uca səslə nalayiq sözlər işlətməyə başlamışdır. Polis əməkdaşları onu dəfələrlə nizam-intizama dəvət etmələrinə baxmayaraq, o, polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. Bu barədə Ucar rayon Polis Şöbəsinin polis nəfərləri, T.İbrahimov və N. Xəlilzadə Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Raporta əsasən tərəfindən araşdırma aparılmış, Şəxs izahatı alınmış və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, oğlu könüllü olaraq Qarabağ döyüşlərinə yollanmış aldığı məlumata görə hazırda Fizuli rayonunda döyüşlərdə iştirak edir.xx xxxxxxx 2020 ci il tarixdə oğlu və digər hərbicilər üçün müəyyən ərzaq ehtiyatı hazırlayaraq tanışı V.Kərimovla Qazax rayonundan Fizuli rayonuna gedərkən Bəhram Təpə yolunda qurulmuş posta polis əməkdaşları onlara yaxınlaşaraq şəxsiyyətlərini müəyyənləşdirməklə hansı zərurətlə əlaqədar hara getdiklərini soruşduqda övladı və hərbiçilər üçün ərzaq apardıqlarını bildirmiş, polis əməkdaşları ona hazırda müvafiq icazələri olmadığından onları postdan buraxa bilməyəcəklərini bildirsələr də, o, digər maşınların postdan buraxıldığıni görmüşdür.Ata olaraq övladının döyüşlərdə olmasını ev yeməklərinin xarab olacağını polislərə bildirməklə imkan varsa postdan buraxılmasını xahiş etmişdir . Həmin vaxt polis əməkdaşlarına qarşı kobudluq etməmiş onlarla mübahisə etməmiş onlara söyüş söyməmiş öz özünə gileylənmişdir ki uzaq yol gəlib ərzaqlar xarab olacaq .hərbicilərə və oğluna verə biməyəcək . Məhkəmə iclasında şahid qismində dindirilən X6 izahatında bildirdi ki, xx xxxxxxx 2020 ci il tarixdə qardaşı oğlu və digər hərbicilər üçün müəyyən ərzaq ehtiyatı hazırlayaraq tanışı Şəxsla Qazax rayonundan Fizuli rayonuna gedərkən Bəhram Təpə yolunda qurulmuş posta polis əməkdaşları onlara yaxınlaşaraq şəxsiyyətlərini müəyyənləşdirməklə hansı zərurətlə əlaqədar hara getdiklərini soruşduqda hərbiçilər üçün ərzaq apardıqlarını bildirmiş, polis əməkdaşları onlara hazırda müvafiq icazələri olmadığından onları postdan buraxa bilməyəcəklərini bildirsələr də, o, digər maşınların postdan buraxıldığıni görmüşlər . M Qədirov polislərə oğlunun döyuşlərdə olduğunu anası müəyyən ev yeməkləri hazırladığını uzaq yol gəldiyini bildirdi və xahiş etdiki imkan varsa onları buraxsınlar. Polis əməkdaşlarına qarşı kobudluq etməmiş onlarla mübahisə etməmiş onlara söyüş söyməmişdir . Məhkəmə iclasının vaxtı barədə raportla müraciət etmiş polis nəfərlərinə (051 816- 61-61) Nömrəsinə məlumat verilmiş onlar hazırda postda olduqlarını iclasa gələ bilməyəcəklərini bildirdilər Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Yevlax rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X3 X1 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, müəyyən edilmişdir ki, inzibati xəta haqqında işə xitam verilməlidir. Məhkəmə araşdırması zamanı Yevlax rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X5 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmamasını təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Yəni, polis əməkdaşının qanuni tələbinin nədən ibarət olması əsaslandırılmamış valideyn olaraq onun döyüş bölgəsində olan övladı ilə göruşmək istəməsi ona hər hansı bir ərzaq aparmaq arzusu və eyni zamanda onun əvvəlcədən postun mövcud olmasından xəbərinin olmaması postdan buraxılmadığından zorla postu kecmək halları baş vermədiyindən Şəxs polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmaması kimi qiymətləndirilə bilməz, valideyn olaraq postdan onun buraxılması xahışı təkidi polisə qəsdən tabe olmamaq deyildir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1 və 76.2 -ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraa aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tövsüfedici əlaməti ictimai qaydanı mühafizə vəzifələrini icra edən polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmamaqdan ibarətdir. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsinin tərkibi olmadığından başlanmış icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar