Məhkəmə qərarları › İş №3(039)-762/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-762/2022

26.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-762/2022 26.08.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Kəlbəcər rayonu, Abdullauşağı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Kəlbəcər rayonu Abdullauşağı kəndində qeydiyyatında olan və ünvan 1 ünvanında yaşayan. Şəxs barəsində Azərbaycan Respublikasının 327.8-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Yevlax rayon polis şöbəsindən daxil olmuş xx.xx.2022-ci tarixli AP seriyalı ******* saylı inzibati xəta haqqında protokolda və cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 10:00-da idarə etdiyi “VAZ 21099” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtombili ilə Yevlax- Mingəçevir-Bəhrəmtəpə yolunun Tanrıqulular kəndi ərazisindən küçən hissəsində qarşısında hərəkətdə olan “VAZ 21063” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtombillə düzgün ara məsafəsi saxlamayaraq yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə sürücü X1, sərnişinlər X3 və X2 yüngül bədən xəsarətləri almışlar. Bununlada Şəxs Azərbaycan Respublikasının 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Zərərçəkmiş şəxslər və səlahiyətli orqanın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlmədiklərindən məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilib inzibati xətanı törətməsini etiraf etmiş, əməlindən peşmançılıq çəkdiyini bildirərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olumuş: xx.xx.2022-ci tarixli AP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 10:00-da idarə etdiyi “VAZ 21099” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtombili ilə Yevlax-Mingəçevir-Bəhrəmtəpə yolunun Tanrıqulular kəndi ərazisindən küçən hissəsində qarşısında hərəkətdə olan “VAZ 21063” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtombillə düzgün ara məsafəsi saxlamayaraq yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə sürücü X1, sərnişinlər X3 və X2 yüngül bədən xəsarətləri almışar Cinayət işinin başlanmasının rədd edilməsi barədə 15 iyul 2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət tərkibi olmaması müəyyən edildiyindən cinayət işinin başlanmasının rədd edilməsi və Şəxs barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Baş Yevlax RPŞ-nin DYPB-yə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), ağırlaşdıran halların olmamasını nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar