Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-763/2020 16.11.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru X4 iştirakı ilə, Yevlax Rayonlararası Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsinin rəisi Qanuni nümayəndə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax rayon icra və probasiya şöbəsindən daxil olmuş xx xxxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Yevlax Rayonlararası Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsinin rəisi Qanuni nümayəndə Şəki İnzibatiMəhkəməsinin 2-1(116)-515/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrasından yayınmışdır. Yevlax rayon icra şöbəsinin icra məmuru X6 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, borclu Yevlax Rayonlararası Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsinə icra sənədinin icrası ilə əlaqədar müvafiq qərar və bildiriş göndərilsə də, icra sənədi hazırkı tarixədək icra edilməmişdir. Hazırda icra sənədi vəzifəli şəxs tərəfindən icra edilmişdir. Məhkəmədən qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. X2 məhkəmə prosesində iştirakını təmin etmək üçün istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla əlaqə saxlanılsa da, X5 məhkəmə prosesində iştirak edə bilmədiyini, borclu tərəfindən icra sənədinin icra edildiyini və hazırda borcludan heç bir şikayət və tələbinin olmadığına bildirməklə məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx xxxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Yevlax Rayonlararası Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsinin rəisi Qanuni nümayəndə Şəki İnzibatiMəhkəməsinin 2-1(116)-515/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrasından yayınmışdır; Şəki İnzibatiMəhkəməsinin 2-1(116)-515/2020 saylı, xx.xx.2020-ci il tarixli il icra sənədinə əsasən cavabdeh Yevlax Rayonlararası Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsinin üzərinə X1 vəsiqəsinin qaytarılması öhdəliyi qoyulmuşdur; İcraata başlama haqqında xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, Şəki İnzibatiMəhkəməsinin 2-1(116)-515/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclunun ünvanına göndərilmişdir; Yevlax Rayonlararası Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsinin rəisi Qanuni nümayəndə xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, borclu tərəfindən Şəki İnzibatiMəhkəməsinin 2-1(116)-515/2020 saylı, xx.xx.2020-ci il tarixli il icra sənədi icra edilərək X1 vəsiqəsi özünə qaytarılmışdır. AzərbaycanRespublikasıİnzibatiXətalarMəcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Qanuni nümayəndə tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Yevlax Rayonlararası Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsinin rəisi Qanuni nümayəndə tərəfindən icra sənədi icra olunduğundan Yevlax Rayonlararası Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsinin rəisi Qanuni nümayəndə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Yevlax Rayonlararası Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsinin rəisi Qanuni nümayəndə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №3(039)-763/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-763/2020
16.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver