Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-763/2021 02.10.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlu, X2 barəsində Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : X6 01 oktyabr 2021-ci il tarixdə saat 17.30 radələrində Yevlax şəhəri, R.Məmmədov küçəsində polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu barədə Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Yevlax rayon Polis şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı X4 izah etdi ki, X6 01 oktyabr 2021-ci il tarixdə saat 17.30 radələrində Yevlax rayonu, Kövər kənd sakini X3 oğlunun qaçırılması ilə əlaqədar ərizə ilə Yevlax RPŞ-nə müraciət etmişdir. Ərizənin icrası ilə əlaqədar Nihad adlı şəxs polis şöbəsinə dəvət olunan zaman o, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır və qaçmağa cəhd etmişdir. Bu barədə Yevlax RPŞ-nin əməliyyat müvəkkili polis mayoru Kərim Əzimov rayon Polis şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Raporta əsasən tərəfindən araşdırma aparılmış, X2 izahatı alınmış və barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 izah etdi ki, Yevlax şəhəri, R.Məmmədov küçəsi ev 27-də yaşayır. Rusiyada yaşamış və iki aydır ki, geri qayıtmıdır. Tanıdığı Pərviz ona ailəsində mübahisə olduğunu bildirərək, ona sığınacaq verməsini xahiş etmişdir. Pərvizi28 sentyabr 2021-ci il tarixdə Pərviz onlarda qalmışdır. Pərvizin valideynləri ilə görüşən zaman polis əməkdaşları da orada olmuşlar. Polis əməkdaşları ona dayanmaq və onlarla Yevlax RPŞ-nə getməyi bildirsələr də, onların tələblərinə tabe olmamış və qaçmağa cəhd etmişdir. Hazırda əməlindən peşmandır. Məhkəmədən əməlindən səmimi peşmançılığını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Azərbaycan Respublıikası İXM-nin 535.1-ci maddəsində əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 və Yevlax rayon polis şöbəsinin İTB-nin sahə inspektoru X1 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, X6 Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. İş materiallarına əlavə edilmiş 01 oktyabr 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, X6 01 oktyabr 2021-ci il tarixdə, saat 18.18-də inzibati qaydada tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 əməlindən səmimi olaraq peşmançılıq çəkməsi məsuliyyəti yüngüləşdirən hal kimi nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. X2 haqqında təqsirli bilindiyi İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyəti və inzibati xətanın xarakterini nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 şəxsiyyətini, işin yüngülləşdirici və faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, X6 təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 31.4, 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : xx xxxx 1992-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Yevlax şəhəri, Nəbati küçəsi ev 5-də qeydiyyatda olan və yaşayan X6 Azərbaycan Respublikası İXM-nin 535.1ci maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 01 oktyabr 2021-ci il tarixdən saat 18.18-dən hesablansın. Qərarın surəti X5 təqdim edilsin. Qərarın icrası Yevlax rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-763/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-763/2021
02.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver