Məhkəmə qərarları › İş №3(039)-765/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-765/2021

04.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-765/2021 04.10.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X1, Barəsində inzibati icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1965-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, Yevlax şəhəri B.İmanov küçəsi ev 67-də yaşayan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Yevlax rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, 04 oktyabr 2021-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı Şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin MN ******* saylı, 01 noyabr 2020-ci il tarixli qərarına əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində inzibati cərimə edilmiş və həmin cəriməni ödəməmişdir. Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X2 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, icra sənədi icraata 10 iyun 2021-ci il tarixdə daxil olmuş, müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilərək icra sənədi üzrə tələbin könüllü icra olunması üçün borclu Şəxs yaşadığı ünvanına bildiriş göndərilmişdir. Borclu Şəxs kifayət qədər vaxt verilsə də o, hal-hazırkı müddət ərzində icra sənədi üzrə müəyyən edilmiş tələbi yerinə yetirməmiş və icra sənədinin tələbini icra etməkdən boyun qaçırmış, məhkəmə qərarının real icrasına yönələn heç bir tədbir görməmişdir. Borclu Şəxs müxtəlif tarixlərdə şöbəyə dəvət olunmuş, barəsində çıxarılmış icra sənədi üzrə izahatı alınmış və icra sənədinə əsasən 100 manat inzibati cərimənin dövlət nəfinə ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Buna baxmayaraq, Şəxs heç bir yerdə işləmədiyi üçün ona təyin olunmuş cəriməni ödəyə bilməyəcəyini bildirmişdir. Görülmüş icra tədbirləri nəticə vermədiyindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Göstərilənləri nəzərə alıb borclu Şəxs barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Borclu Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, icra sənədi üzrə 100 manat miqdarında cərimə borcunun olması barədə məlumatlıdır, lakin hazırda heç bir yerdə işləmədiyindən cəriməni ödəyə bilmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin MN ******* saylı, 01 noyabr 2020-ci il tarixli qərarına əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində inzibati cərimə edilmişdir; İcraata başlama haqqında 10 iyun 2021-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhər Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin MN ******* saylı, 01 noyabr 2020-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; İnzibati Xətalar Məcəlləsi; Maddə. 529.1. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Məhkəmə icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Fərhad Əliyevin və borclu Şəxs izahatlarını dinləyib, işdə olan sənədlərə baxaraq belə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin xətanı törətməkdə təqsirlidir, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlukəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngülləşdirən halı nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə ictimai işlər inzibati tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 160 (bir yüz altmış) saat ictimai işlər inzibati tənbehi tətbiq edilsin. Şəxs elektron nəzarət vasitələri tətbiq edilməklə, üzərinə elektron nəzarət vasitəni ictimai işlərin yerinə yetirildiyi vaxtların cədvəlinə uyğun üzərində daşımaq, istifadə etmək, işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Bakı şəhər Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin MN ******* saylı, 01 noyabr 2020-ci il tarixli qərarının icrasına xitam verilsin. Qərarın icrası Yevlax rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Şəxs Yevlax şəhər Vəkil Bürosunun Vəkil göstərdiyi 3 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar