Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-765/2022 13.08.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X12, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis X6 Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Şirvan şəhəri Leytenant İbrahimov küçəsi ev 16, mənzil 1. Şəxs barəsində Xocalı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs oğlu 12 avqust 2022-ci il tarixdə gecə saat 00:30 radələrində Yevlax şəhəri Bakı prospektində yerləşən "xxxx" MMC-nin yaxınlığında ucadan səs-küy salaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş, yəni ictimai qaydanı mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamaqla inzibati xətanı törətmişdir. Məhkəmə iclasında polis sahə rəisi, polis baş leytenantı İlqar Məmmədrzayev bildirmişdir ki, 12 avqust 2022-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsinin PPXB-nin manqa komandiri Nicat Bəşirov və polis nəfəri, polis kiçik serjantı Camal Nəsibov birlikdə Yevlax şəhərində xidmət aparan zaman gecə saat 00:30 radələrində Lalə Tekstil” MMC-nin yaxınlığında yolun kənarında bir nəfər şəxsin qoyun apardığını görüb şübhələnmiş, həmin şəxsə yaxınlaşaraq qoyunu hardan aldığını hara apardığını soruşmuşlar. Bu vaxt həmin şəxs ucadan səs-küy salmağa başlamışdır. Həmin şəxsi dəfələrlə nizam-intizama dəvət etməsinə baxmayaraq o, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bundan sonra Yevlax Rayon Polis Şöbəsinin PPXB-nin manqa komandiri Nicat Bəşirov raportla Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə müraciət etmişdir. Raporta əsasən tərəfindən araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, 12 avqust 2022-ci il tarixdə saat 00:30 radələrində Yevlax şəhəri Bakı prospektində yerləşən "xxxx" MMC-nin yaxınlığında səs-küy salmışdır. Həmin vaxt polis əməkdaşları onu nizam intizama dəvət etmiş, lakin o, öz hərəkətlərini davam etdirmişdir. Hazırda əməlindən peşmandır. Yevlax Rayon Polis Şöbəsinin PPXB-nin manqa komandiri Nicat Bəşirov və polis nəfəri, polis kiçik serjantı Camal Nəsibov məhkəmə iclasında şahid qismində dindirilərkən ifadəsində bildirmişdir ki, 12 avqust 2022-ci il tarixdə polis nəfəri, polis kiçik serjantı Camal Nəsibov birlikdə Yevlax şəhərində xidmət aparan zaman gecə saat 00:30 radələrində "xxxx" MMC-nin yaxınlığında yolun kənarında bir nəfər şəxsin qoyun apardığını görüb şübhələnmiş, həmin şəxsə yaxınlaşaraq qoyunu hardan aldığını hara apardığını soruşmuşlar. Bu vaxt həmin şəxs ucadan səs-küy salmağa başlamışdır. Dəfələrlə nizam-intizama dəvət etməsinə baxmayaraq onların qanuni tələbinə qəsdən tabe olmamışdır. Bundan sonra o, raportla Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə müraciət etmişdir. 12 avqust 2022-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə 12 avqust 2022-ci il tarixdə saat 00:55-dən inzibati qaydada tutulmuşdur. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Beləliklə, Şəxs istinad edilən inzibati xətanı törətməsində təqsiri özünün etirafı, şahid ifadəsi və işin digər materialları ilə tam təsdiq edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf edib, əməlindən səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsi: Maddə 535.1. Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Maddə. 31.4-1. İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngüləşdirən halı nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi nəzərə alınmaqla həmin məcəllənin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs məhkəmə zalından dərhal həbsdən azad edilsin. Şəxs Yevlax şəhər Vəkil Bürosunun Vəkil göstərdiyi 2 (iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 12 (on iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Əliyev X1 sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis X6 Bölməsinin polis sahə rəisi, polis kapitanı X13, barəsində inzibati icraat aparılan şəxs X4 iştirakları ilə, xx.xx.1984-cü il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, İmişli rayonu Bəcrəvan kəndində qeydiyyatda olan X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsi ilə Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı 02 oktyabr 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, X10 02 oktyabr 2020-ci il tarixdə saat 22:30 radələrində Yevlax şəhərində komendant saatı qaydasını pozmuşdur. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax Rayon Polis X6 Bölməsinin polis sahə rəisi X21 çıxış edərək bildirmişdir ki, X10 02 oktyabr 2020-ci il tarixdə saat 22:30 radələrində Yevlax şəhərində hərbi vəziyyət rejimi qaydasını pozduğu üçün polis əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinə aparılmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş X10 özünü təqsirli bilərək vermiş olduğu izahatında göstərmişdir ki, Yevlax şəhərində inşaatda usta kimi işləyir və 02 oktyabr 2020-ci il tarixdə işdə olduğundan hərbi vəziyyətlə əlaqədar saat 21:00-dan sonra çölə çıxmağın qadağan olunması yadından çıxmışdır. Bu səbəbdən də o, işdən çıxıb kirayədə qaldığı evə gedərkən saat 22:30 radələrində Yevlax şəhərinin ərazisində onu saxlayaraq komendant saatı qaydalarını pozduğunu bildirərək Yevlax rayon polis şöbəsinə gətirmişdilər. Hazırda əməlindən peşman olmasını bildirərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı 02 oktyabr 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, X10 02 oktyabr 2020-ci il tarixdə saat 22:30 radələrində Yevlax şəhərində komendant saatı qaydasını pozmuşdur. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; 02 oktyabr 2020-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutma haqqında protokoldan görünür ki, X10 02 oktyabr 2020-ci il tarixdə, saat 22:30-dan tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.4-1-cü maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 517-2.1-ci maddəsinə əsasən xüsusi icazə vərəqəsi və (və ya) єəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmağa görə xəbərdarlıq edilir və ya əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın X10 tərəfindən törədilməsiməhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan şəxsin izahatı,eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1),məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsinin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 50 (əlli) manat məbləğində cərimə edilsin. X4 02 oktyabr 2020-ci il tarixdən inzibati qaydada tutulması nəzərə alınaraq təyin edilmiş inzibati cərimə yüngülləşdirilərək 30 (otuz) manat məbləğində müəyyən edilsin. X10 məhkəmə zalından dərhal həbsdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayətverilə bilər. Hakim Günay Cavadova Azərbaycan Respublikası Yevlax Rayon Məhkəməsi AZ 6600, Yevlax ş.C.Cabbarlı küç.9 Tel (02233) 6-47-66 Faks (02233) 6-47-66 № 3(039)-603/2018 30 avqust 2018-ci il. Yevlax Rayon Polis Şöbəsinin rəisi polis polkovniki cənab Vaqif Müslümova Hörmətli Vaqif müəllim! X26 barəsində olan Yevlax Rayon Məhkəməsinin 30 avqust 2018-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarının surəti icra olunması üçün Yevlax Rayon Polis Şöbəsinə göndərilir. Qoşma: 01vərəq. Hörmətlə Yevlax Rayon Məhkəməsinin hakimi Toğrul Əliyev İş № 3(039)-603/2018 İnzibati xəta haqqında işin məhkəmədə baxılmağa hazırlanması haqqında Qərardad 30 avqust 2018-ci ildə Yevlax şəhərində Yevlax Rayon Məhkəməsi Mən, Yevlax Rayon Məhkəməsinin hakimi Əliyev Toğrul Məhəmməd oğlu, X26 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirib müəyyən etdim: X26 30 avqust 2018-ci il tarixdə saat 12:30 radələrində ünvan 1 ünvansız küçə söyüşləri edərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta haqqında işin baxılması hakimin səlahiyyətlərinə aiddir, işə hakim tərəfindən baxılmasını istisna edən hallar yoxdur, işin icraatını rədd edən hallar mövcud deyildir, işə mahiyyəti üzrə baxılması üçün kifayət qədər sübutlar toplanmışdır.İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına dair qərar və digər sənədlər düzgün tərtib edilmişdir. İş üzrə əlavə materialların tələb edilməsi, ekspertizanın təyin olunması, işə baxılmasının təxirə salınması zərurəti yoxdur. Odur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.1-ci maddələrinin tələblərini rəhbər tutub qərara aldım: X26 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işin məhkəmə baxışı 30 avqust 2018-ci il tarixə saat 17:00-a Yevlax Rayon Məhkəməsinin binasına təyin edilsin. İnzibati xəta haqqında işə barəsində icraat aparılan şəxsin iştirakı ilə baxılsın. Proses azərbaycan dilində aparılsın. Yevlax Rayon Məhkəməsinin hakimi Toğrul Əliyev İş № 3(039)-02/2018 Məhkəmə iclasının protokolu Yevlax Rayon Məhkəməsi Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X9, İnzibati xəta törətmiş şəxs X15 iştirakı ilə, 04 yanvar 2018-ci il tarixdə Yevlax şəhərində məhkəmə binasında X26 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə olan inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxılır. İclas saat 16.15-də açıldı. Sədrlik edən məhkəmə iclasını açıq elan edərək, X26 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə olan inzibati xəta haqqında işə baxıldığını bildirdi. Məhkəmə iclas katibi məruzə edərək bildirdi ki, məhkəmə iclasına inzibati xəta törətmiş şəxs X26 gəlmişdir. Sədrlik edən məhkəmə tərkibini elan edir. Sədrlik edir Yevlax Rayon Məhkəməsinin hakimi Əliyev Toğrul Məhəmməd oğlu, məhkəmə iclasının katibi X11r. Sədrlik edən inzibati xəta törədən şəxs X14 məhkəmənin tərkibinə etirazı olubolmamasını soruşdu. İnzibati xəta törətmiş şəxs X26 məhkəmənin tərkibinə etirazı olmadığını bildirdi. Sədrlik edən inzibati xəta törətmiş şəxs X18 hüquq və vəzifələrini izah edir. İnzibati xəta törətmiş şəxs X26 hüquq və vəzifələrinin ona tam aydın olduğunu bildrdi. Sədrlik edən inzibati xəta törətmiş şəxs X15 şəxsiyyətini müəyyən edir. X26-10 iyun 1958-ci ildə Malbinəsi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 72 -də yaşayan, Sədrlik edən inzibati xəta törətmiş şəxs X18 məhkəməyə şifahi izahat verməyi təklif edir. İnzibati xəta törətmiş şəxs X26 izahatında göstərir: 03 yanvar 2018-ci il tarixdə tanışının toy məclisində spirtli içki qəbul etmiş, Vahid Məmmədova məxsus avtomobili Həbib adlı şəxs idarə edərkən həmin avtomobildə olmuşdur. Avtomobillə hərəkətdə olarkən yol patrul xidməti inspektoru təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün avtomobili saxlamış və sürücünün sürücülük hüququ olmadığından avtomobili cərimə dayanacağına yerləşdirmişdir. Yol polisi bölməsinin qarşısına gedərək avtomobilin buraxılmasını tələb etmişdir. Dövlət yol polis bölməsində ona bildirmişlər ki,içkili olduğundan onun barəsində də protokol tərtib edəcəklər. Buna etiraz etsə də, heç kimi təhqir etməmişdir Sədrlik edən X16 şahid qismində məhkəmə iclasına dəvət edib şəxsiyyətini müəyyən edir. X27-27 iyul 1991-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı,subay, orta təhsilli, Yevlax Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri vəzifəsində işləyir, Yevlax rayon Xanabad kəndində yaşayır, Sədrlik edən şahid X22 özünün və qohumunun əleyhinə izahat verməkdən imtina etmək hüququnu izah etdi. Sədrlik edən şahid X22 izahat verməkdən imtina etməyə və bilə-bilə yalan izahat verməyə görə məsuliyyəti elan edir və şahiddən bu barədə iltizam aldıqdan sonra ona izahat verməyi təklif etdi. X5 izahatı. 03 yanvar 2018-ci il tarixdə saat 17:20 radələrində dövlət yol polis bölməsində xidmətdə olarkən iki nəfər şəxs bölməyə gələrək avtomobilin tanışlarının əlindən alınaraq bölmənin muhafizə olunan duracaga yerləşdirildiyini göstərib ucadan səs-küy salaraq nalayiq söyüşlər işlədərək hədə-qorxu gəldikləri üçün onları nizam-intizama dəvət etmişdir. Lakin həmin şəxslər onlara məhəl qoymayaraq öz hərəkətlərini davam etdirdiyinə görə onları polis şöbəsinə gətirmişlər. Polis şöbəsində həmin şəxslərin Yevlax şəhər sakinləri X2 Sadiq Sabir oğlu olması müəyyən edilmiş və barələrində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sədrlik edən işdə olan sənədləri elan etdi. Elan edilən sənədlərlə bağlı inzibati xəta törədən şəxsin etirazı və vəsatəti olmadı. Bundan sonra sədrlik edən müşavirə otağına getdi. Sədrlik edən müşavirə otağından qayıdaraq qərarı elan etdi. Sədrlik edən qərardan şikayət vermə qaydasını və müddətini izah etdi. Sədrlik edən məhkəmə iclasını saat 16.30-da bağlı elan etdi. Sədrlik edən İclas katibi Yevlax şəhəri H.Əliyev prospekti ev 27,m 31-də yaşayan inzibati xəta törədən şəxs X17 Yevlax Rayon Məhkəməsinin 3(039)-811/2016 №-li, 11 dekabr 2017-cı il tarixli inzibati xəta haqqında iş üzrə qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: 01 vərəq. Yevlax Rayon Məhkəməsinin hakimi Toğrul Əliyev Yevlax şəhəri H.Əliyev prospekti ev 27,m 31-də yaşayan inzibati xəta törədən şəxs X17 Yevlax Rayon Məhkəməsinin 3(039)-811/2016 №-li, 11 dekabr 2017-cı il tarixli inzibati xəta haqqında iş üzrə qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: 01 vərəq. Yevlax Rayon Məhkəməsinin hakimi Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-765/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-765/2022
13.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver