Məhkəmə qərarları › İş №3(039)-77/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-77/2020

13.02.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-77/2020 13.02.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlu, «X1» ASC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM : İnzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının ********** saylı, xx xxxxxx 2019-cu il tarixli məktubu ilə tələb edilən məlumatları «X1» ASC Mərkəzi Banka təqdim etməmişdir. Bununla da, «X1» ASC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə barəsində inzibati xəta haqqınnda iş üzrə icraat aparılan şəxs «X1» ASC-yə və inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankına müvafiq qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. İnzibati xəta törətmiş şəxs «X1» ASC əməli tərtib olunmuş protokolla tam sübuta yetirilir. İnzibati xəta törətmiş hüquqi şəxs «X1» ASC barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınır. İnzibati xəta törətmiş hüquqi şəxs «X1» ASC əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə-vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. İş materilallarına əlavə edilmiş kommersiya qrumlarının dövlət reyestri məlumatlarından görünür ki, «X1» ASC (Vöen **********) xx xxxxxx 2000-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İş materiallarından məlum olur ki, «X1» ASC Azərbaycan Respublikasının Mərkəzi Bankının xx xxxxxx 2019-cu il sorğusu ilə tələb edilən məlumatları Mərkəzi Banka təqdim etməmişdir. Azərbaycan Respublikası İXM-nin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filialı və nümayəndəlikləri bu Məcəllənin Xüsusihissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Hesab edirəm ki, inzibati xəta törətmiş «X1» ASC həmin inzibati xətanı törətdiyinə görə, onun əməlində Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsinin təkibi vardır və onun əməli Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsi ilə düzgün tövsüf olunmuşdur. X1» ASC həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati qaydada cərimə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 18, 25, 40, 43, 49- 51, 114 və 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : «X1» ASC Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsi ilə təqsirli bilinib 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar