Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-77/2025 06.01.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi Sadıqov Mehman Əlixan oğlunun katibliyi, Yevlax Rayon Polis X4 Bölməsinin sahə rəisi polis baş leytenantı X1, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili X3 barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Bərdə rayonunda anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində operator vəzifəsdində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bərdə rayonu Türkmən kəndində yaşayan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 09.30-da DİN BDYPİ-nin Yevlax regional qeydiyyat-imtahan şöbəsində polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax Rayon Polis X4 Bölməsinin sahə rəisi polis baş leytenantı X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə BDYPİ-nin Yevlax regional qeydiyyat-imtahan şöbəsinin dövlət avtomobil müfəttişi polis polkovnik-leytenantı, X7 raportla müraciət edərək Şəxs xx.xx.2024-cü il tarixdə saat təxminən 09:30 radələrində Yevlax regional qeydiyyatimtahan şöbəsində xidməti iş otağında uca səslə səs-küy salaraq onun və polisin ünvanına söyüşlər söyməsini və polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamasını bildirmişdir. Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olduğundan onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Göstərilənlərə əsasən, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilməyərək bildirdi ki, o özünün daimi iş yeri olmasına baxmayaraq hobbi və ailəsinə əlavə qazanc dəstəyi olaraq avtomobil alqı-satqısı ilə məşğul olur. Alıb satdığı avtomobilləri sənədləşdirmək üçün BDYPİ-nin Yevlax regional qeydiyyat-imtahan şöbəsində əvvəllər dəfələrlə olmuş, süründürməçilik halları ilə qarşılaşmışdır. Beləki, xx.xx.2024-cü il tarixdə avtomobilini dövlət qeydiyyat nişanı qalmaq şərti ilə öz adına keçirmək istəsə də nömrələrin qanunsuz olaraq təhvil verilməli olduğu ona bildirildiyindən orada işləyən polis əməkdaşı Pərviz Hacıyevin və onun köçəkçisi Habil adlı şəxs barədə Korrupsiya qarşı mübarizə idarəsinin 161 qaynar xətt mərkəzinə xx.xx.2024-cü il tarixdə şikayət etmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə təkrar qeydiyyatla bağlı səhər saat 09:30 radələrində BDYPİ-nin Yevlax regional qeydiyyat-imtahan şöbəsinə getmişdir. Orada dövlət avtomobil müfəttişi vəzifəsində işləyən polis polkovnik-leytenantı X7 hələ işə gəlmədiyindən onun otağında köməkçisi qismində fəaliyyət göstərən həmin idarənin bağbanı Habil adlı şəxsin yanında olarkən sonuncu ona niyə barəsində prokurorluğa şikayət etdiyini irad bildirərək mübahisə etmiş, var-yox söyüşü söymüşdür. Bir qədər sonra Pərviz Hacıyev otağa daxil olaraq onun səndələrinin geri qaytarılmasını bildirərək onu otaqdan qovmuşdur. O dəhlizdə olarkən telefonu ilə çəkiliş etmək istəyərkən Pərviz Hacıyev onun üzərinə gələrək telefonunu əlindən almaq istəmiş və ünvanına söyüş söymüşdür. O, isə bundan ehtiyat edərək BDYPİ-nin Yevlax regional qeydiyyat-imtahan şöbəsinin binasından çıxaraq avtomobilinə əyləşərək oradan uzaqlaşmışdır. Hadisə baş verən zaman orada Pərviz Hacıyev, onun köməkçisi Habildən başqa oranın mühafizə polisləri Rəşad və Elçin də orada olmuşdur. Tərəfindən hər hansı qanunsuzluq edilməmiş əksinə ona qarşı polis əməkdaşı tərəfindən qanunazidd hərəkətlərə yol verilmişdir. Bunu o binada quraşdırılmış kameralar da təsdiq edə bilər. Özündə olan video görüntüləri məhkəməyə təqdim edir. Bildirdiklərini nəzərə alıb barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Verilmiş suallara cavab olaraq BDYPİ-nin Yevlax regional qeydiyyat-imtahan şöbəsində olarkən söyüş söymədiyini, polis əməkdaşlarının qanuni tələblərinə tabe olduğunu, əksinə polis əməkdaşı Pərviz Hacıyevin onun üzərinə hücüm çəkərək telefonunu əlindən almaq istədiyini, onu yumruqla vurduğunu, ciddi zədə almadığından həkim müayinəsindən keçməyi lüzum bilmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən BDYPİ-nin Yevlax regional qeydiyyatimtahan şöbəsinin dövlət avtomobil müfəttişi polis polkovnik-leytenantı, X7 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə il tarixdə saat 09.30 radələrində DİN BDYPİ-nin Yevlax regional qeydiyyat-imtahan şöbəsində xidməti otağında iş başında olarkən əvvəllərdə gəlib şöbədə hay küy salan Şəxs növbəni gözləmədən içəri daxil olaraq lüzumsuz söhbətlər edərək səs-küy salmışdır. Tərəfindən Şəxs nizam-intizama dəvət olunsa da, o, hərəkətlərinə davam edib nalayiq ifadələr işlətməklə söyüş söydü, sonuncunu sakitləşdirməyə çalışsa da, buna məhəl qoymayıb, vətəndaşların gözlədiyi zala çıxaraq polisin ünvanına söyüşlər söyüb, iş fəaliyyətini 15-20 dəqiqə pozub səs-küy və qarışıqlıq salaraq öz maşınına oturaraq qaçıb getdi. Baş vermiş hadisədən sonra onun halı pisləşdiyindən rayon xəstəxanasının Təcili yardım bölməsinə müraciət etmişdir. Verilmiş suala cavab olaraq Yevlax regional qeydiyyat-imtahan şöbəsinin binasında olan kameraların müşahidə kameraları olduğunu görüntülərin real vaxt rejimində göründüyünü, qeydiyyatının aparılmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən DİN Baş mühafizə İdarəsinin Yevlax rayon mühafizə şöbəsinin polis nəfəri, polis baş serjantı X8 izahatında göstərdi ki, o, mühafizə polisi olaraq DİN BDYPİ-nin Yevlax regional qeydiyyat-imtahan şöbəsində xidmət aparır. xx.xx.2024-cü il tarixdə il tarixdə saat 09.30 radələrində xidmətdə olarkən Şəxs növbəni gözləmədən Pərviz Hacıyevin xidməti otağına daxil olaraq edərək səs-küy salmışdır. Daha sonra Şəxs vətəndaşların gözlədiyi zala çıxaraq polisin ünvanına söyüşlər söyüb, iş fəaliyyətini 15-20 dəqiqə pozdu, tərəfindən Şəxs nizam-intizama dəvət olunsa da, o, hərəkətlərinə davam edib binanı tərk edərək öz maşınına oturaraq getdi. Verilmiş suala cavab olaraq Ruslanın arxasınca çıxıb onu qəbul etmək üçün Yevlax regional qeydiyyat-imtahan şöbəsinin çağırdığını bildirsə də, vətəndaşın gözləmədiyini, həmin şöbənin binasında olan kameraların müşahidə kameraları olduğunu görüntülərin real vaxt rejimində göründüyünü, qeydiyyatının aparılmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax rayonu, Qaraməmmədli kənd sakini X11 izahatında göstərdi ki, o, avtomobilinin sənədləşməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixində DİN BDYPİ-nin Yevlax regional qeydiyyat-imtahan şöbəsində olmuş, müvafiq sənədləşmə aparılarkən vəsiqəsi həmin şöbədə qaldığından növbəti gün yenidən oraya gertmişdir. xx.xx.2024-cü il tarixdə il tarixdə təxminən saat 09.30 – 10:00 radələrində Pərviz Hacıyevin otağının qarşısında gözləyərkən adının sonradan Şəxs olduğunu bildiyi şəxs növbəni gözləmədən Pərviz Hacıyevin xidməti otağına daxil olaraq edərək səs-küy salmışdır. Daha sonra Şəxs vətəndaşların gözlədiyi zala çıxaraq polisin ünvanına söyüşlər söyüb, iş fəaliyyətini 15-20 dəqiqə pozdu, polis əməkdaşları tərəfindən Şəxs nizamintizama dəvət olunsa da, o, hərəkətlərinə davam edib binanı tərk edərək öz maşınına oturaraq getdi. Verilmiş suala cavab olaraq Şəxs əvvəllər tanımadığını, ilk dəfə həmin polis şöbəsinin binasında gördüyünü bildirdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: MN seriyalı ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 09.30-da DİN BDYPİ-nin Yevlax regional qeydiyyat-imtahan şöbəsində polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. BDYPİ-nin Yevlax regional qeydiyyat-imtahan şöbəsinin dövlət avtomobil müfəttişi polis polkovnik-leytenantı, X7 tərəfindən rəhbərliyinə ünvanlanmış xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə il tarixdə saat 09.30 radələrində DİN BDYPİ-nin Yevlax regional qeydiyyat-imtahan şöbəsində xidməti otağında olarkən Şəxs içəri daxil olaraq özünü qeyri səmimi aparmış, lüzumsuz söhbətlər edərək səs-küy salmışdır. Tərəfindən Şəxs nizam-intizama dəvət olunsa da, o, hərəkətlərinə davam edib nalayiq ifadələr işlətməklə söyüş söydü, sonuncunu sakitləşdirməyə çalışsa da, buna məhəl qoymayıb, vətəndaşların gözlədiyi zala çıxaraq polisin ünvanına söyüşlər söyüb, iş fəaliyyətini 15-20 dəqiqə pozub səs-küy və qarışıqlıq salaraq öz maşınına oturaraq qaçıb getdi. Odur ki, Şəxs barəsində qanuni tədbir görülməsi üçün aidiyyəti göstəriş verilməsi xahiş olunmuşdur; X9 PHŞ-dən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X7 həmin tarixdə saat 11:10 radələrindən 11:20 radələrinədək xəstəxananın Təcili yardım bölməsinə müraciət etmişdir və müayinə zamanı vətəndaşda “Essensial (birincili) hipertenziya” diaqnozu aşkar edilmişdir; Yevlax RPŞ-nin İTB-nin rəisi polis kapitanı Vüsal Musazadə tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, barəsində olan materialla əlaqədar izahatının alınması üçün Bərdə rayonu Türkmən kənd sakini Şəxs telefon vasitəsi ilə zənglər edilsə də, zənglərə cavab verilməmişdir; xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Yevlax RPŞ-nin rəisi polis polkovniki Rüstəm Cəfərov tərəfindən Bərdə rayonu Türkmən kənd sakini Şəxs barəsində olan materialla əlaqədar izahatının alınması üçün şöbəyə gəlməsinə köməklik edilməsi ilə bağlı Bərdə RPŞ-nin rəhbərliyinə müraciət olunmuşdur; Yevlax RPŞ-nin İTB-nin rəisi polis kapitanı Vüsal Musazadə tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, barəsində olan materialla əlaqədar izahatının alınması üçün Bərdə rayonu Türkmən kənd sakini Şəxs telefon vasitəsi ilə əlaqə saxlanılaraq polis şöbəsinə dəvət olunmuş, lakin sonuncu hazırda vaxtının olmadığını, nə zaman vaxtı olarsa Yevlax RPŞ-nə gələcəyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 32.2-ci maddəsinə əsasən İnzibati tənbeh tətbiq edilərkən İXM-nin 32.1.1 - 32.1.7ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, şahidlərin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs hazırki inzibati xətanı törətməməsini bildirməsi onun özünü müdafiə xarakteri daşımaqla məhkəmə iclası zamanı tədqiq olunmuş sübutların məcmusu ilə təkzib olunur. Eyni zamanda məhkəmə barəsində inzibati icraat aparılan şəxsin təqdim etdiyi video görüntülər barədə qeyd edirki, sözügedən görüntülərə Şəxs və onun müdafiəçisinin iştirakı ilə məhkəmə iclasında baxış keçirilmiş və həmin yazıda Şəxs iddia etdiyi hallar öz əksini tapmamış, 12 dəqiqə 35 saniyəlik görüntülərdə sonuncunun xx.xx.2024-cü il tarixdə səhər saatlarında DİN BDYPİ-nin Yevlax regional qeydiyyatimtahan şöbəsinin binasına getməsi və ordan çıxıb qayıtması müşahidə olunsa da, polis əməkdaşının xidməti otağında baş vermiş hadisə öz əksini tapmamış, sadəcə görüntüsü olmamaqla şəxsiyyətləri müəyyən olunmayan bir neçə nəfərin səsləri eşidilir. Bu görüntülər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə saat 9:30-da saatlarında DİN BDYPİ-nin Yevlax regional qeydiyyat-imtahan şöbəsində polisin qanuni tələblərinə qəsdən tabe olmamasını istisna etmir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 06 yanvar 2025-ci il tarixdən saat 14:30-dan hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. İnzibati xətanı törətmiş şəxs Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X3 göstərdiyi 3 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X5 ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №3(039)-77/2025
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-77/2025
06.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver