Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-770/2022 29.08.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, xx.xx.2001-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutlmuş inzibati xətanı törətməsinə dair Yevlax rayon prokurorluğundan daxil olmuş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon prokurorluğundan daxil olmuş xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərarda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanında yaşayan X1 məxsus olan fərdi yaşayış evinə daxil olaraq həmin evdən oğurluq edən zaman Gülxanım Əsgərovaya məxsus olan “Regal RDD345FS” markalı soyuducunun mühərrikindən çıxan mis boruları sökməklə həmin soyuducunu qəsdən yararsız vəziyyətə salmaqla zədələyərək 1500 (min beş yüz) manat məbləğində, “Orvicai” markalı paltar yuyan maşının motorunu sökərək paltar yuyan maşını qəsdən yararsız vəziyyətə salmaqla zədələyərək 150 (yüz əlli) manat məbləğində və “Samsung” markalı köhnə tipli 42 ekranlı televizorun transformatorunu sökərək televizoru yararsız vəziyyətə salmaqla zədələyərək 100 (yüz) manat dəyərində olmaqla, qəsdən zərəçəkmiş şəxs Gülxanım Salmanovaya ümumilikdə 1750 (min yeddi yüz əlli) manat. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs zərərçəkmiş şəxs və səlahiyətli orqanın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişdilər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Gülxanım Salmanovanın müraciəti əsasında sonuncuya məxsus fərdi yaşayış evindən oğurluq edilməsi faktına görə AR CM-nin 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. Təqsirləndirilən şəxs qismində cəlb etmə və ittiham elan edilməsi barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şəxs 2022-ci ilin fevral ayının 25-də saat 13 radələrində Gülxanım Salmanovaya məxsus fərdi yaşayış evindən oğurluq etdiyinə görə (hazırki inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərarda qeyd olunmuş əşyaların da müəyyən hissələrinin oğurlanmasına görə) təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ttiham elan edilmişdir. 29 iyul 2022-ci il tarixli ittiham aktının sürətindən görünür ki, Şəxs 2022-ci ilin fevral ayının 25-də saat 13 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədilə X1 məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə barının üzərindən aşmaq yolu ilə qanunsuz daxil olduqdan sonra həyətdə olan yaşayış sahəsi hesab edilən evin damına qalxaraq dam örtüyünü qıraraq evin otağına daxil olmuş, evin qonaq otağından 2 ədəd ümumi dəyəri 100 (yüz) manat olan alüminium qazan, 2 ədəd ümumi dəyəri 50 (əlli) manat olan “Kzubr” markalı drel, 2 ədəd dəyəri 100 (yüz) manat olan alüminium ləyən, ümumi dəyəri 40 (qırx) manat olan 10 neyvə qoymaq üçün istifadə edilən boşqab, dəyəri 200 (iki yüz) manat olan “Regal RDD345FS” markalı soyuducu mühərrikinin mis borusunu, dəyəri 50 (əlli) manat olan “ORVİCAİ” markalı paltaryuyan mühərrikini və dəyəri 50 (əlli) manat olan 42 ekranlı televizor transformatorunu gizli yolla talayaraq zərərçəkmiş şəxs Gülxanım Salmanovaya ümumilikdə 590 manat məbləğində maddi ziyan vurmaqla qəsdən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talamaqla oğurluq etmişdir. Yevlax Rayon Məhkəməsinin icraatında Şəxs AR CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair 1(039)-167/2022 saylı cinayət işinə baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın; 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərarın olması inzibati xətalar haqqında işlər üzrə icraatın rədd edilməsi üçün əsasdır. İnzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın, Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin dispozisiyasına əsasən özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə Şəxs inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərarda qeyd olunan halın iş materiallarında olan 29 iyul 2022-ci il tarixli ittiham aktında sürətində öz əksini tapması və şəxsin həmin əməl üzrə cinayət məsuliyyətinə cəlb olunması ilə inzibati xətanın töədilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53-cü maddəsi tətbiq edilməklə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №3(039)-770/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-770/2022
29.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver