Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-772/2022 18.08.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2002-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Yevlax rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon icra və probasiya şöbəsindən daxil olmuş 18 avqust 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 3(010)-248/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat məbləğində inzibati cərimə edilmiş və o, həmin cəriməni ötən müddət ərzində ödəməmişdir. Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru X2 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, icra sənədi icraata xx.xx.2022-ci il tarixdə daxil olmuş, müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilərək icra sənədi üzrə tələbin könüllü icra olunması üçün borclunun yaşadığı ünvanına bildiriş göndərilmişdir. Borcluya kifayət qədər vaxt verilsə də, Şəxs hal-hazırkı müddət ərzində icra sənədi üzrə müəyyən edilmiş tələbi yerinə yetirməmiş və icra sənədinin tələbini icra etməkdən boyun qaçırmış, məhkəmə qərarının real icrasına yönələn heç bir tədbir görməmişdir. Borclu Şəxs müxtəlif tarixlərdə şöbəyə dəvət olunmuş, barəsində çıxarılmış icra sənədi üzrə izahatları alınmış və Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 3(010)-248/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 200 manat inzibati cərimənin dövlət nəfinə ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Buna baxmayaraq, Şəxs heç bir yerdə işləmədiyi üçün ona təyin olunmuş cəriməni ödəyə bilməyəcəyini bildirmişdir. Görülmüş icra tədbirləri nəticə vermədiyindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Göstərilənləri nəzərə alıb borclunun barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Borclu Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, icra sənədi üzrə 200 manat miqdarında cərimə borcunun olması barədə məlumatlıdır, lakin hazırda heç bir yerdə işləmədiyindən cəriməni ödəyə bilmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 3(010)-248/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat cərimə edilmişdir; İcraata başlama haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 3(010)-248/2022 saylı, xx.xx.2022ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Borclu Şəxs yerli icra qurumuna verdiyi xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli izahatlarında hazırda maddi imkanı olmadığından cəriməni ödəyə bilmir. xx.xx.2022-ci il tarixli Aktdan görünür ki, icra məmurları borclu Şəxs yaşadığı ünvana baxış keçirilmiş, lakin borcluya məxsus hər hansı bir əmlak aşkar olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmuru və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qərarı ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 3(010)- 248/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə aktını icra etmək üçün Şəxs kifayət qədər vaxta malik olmasına baxmayaraq bunu etməmişdir. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə təqsirli bilinməli, törədilmiş inzibati xətanın xarakteri, hazırkı iş üzrə sonuncunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər inzibati tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 180 (bir yüz səksən) saat ictimai işlər inzibati tənbehi tətbiq edilsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 3(010)-248/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının icrasına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №3(039)-772/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-772/2022
18.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver