Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-775/2022 18.08.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon Polis X8 Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X7, Yevlax rayon Polis X8 Bölməsinin polis sahə rəisi, polis leytenantı X2, Yevlax rayon Polis X8 Bölməsinin polis sahə rəisi, polis leytenantı X17, zərərçəkmiş şəxs X13, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Yevlax Rayon Polis Şöbəsində tərtib olunmuş iş materialları xx.xx.2022-ci il tarixdə baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokollardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə Yevlax şəhəri 32-ci məhəllədə yaşayan X3 evinin həyətindən 1 ədəd velosipedi, xx.xx.2022-ci il tarixdə Yevlax şəhəri Ordubadi küçəsi ev 3-də yaşayan X16 məxsus VAZ-2106 markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobildən 1 ədəd akkumlyator və xx.xx.2022-ci il tarixdə Yevlax rayou Aran qəsəbəsində yerləşən N saylı hərbi hissəyə məxsus N ədəd relsdən hazırlanmış dəmir kirpi maneələri oğurlamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş, xırda talama, yəni oğurlama inzibati xətasını törətmişdir. Barəsində inzibati icraat aparılan Şəxs törətdiyi inzibati xəta ilə bağlı ayrı-ayrı inzibati material xx.xx.2022-ci il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, inzibati işlərin bir icraatda birləşdirilərək baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Yevlax rayon Polis X8 Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X11 çıxış edərək bildirmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Yevlax şəhəri Ordubadi küçəsi ev 3-də yaşayan X16 məxsus VAZ-2106 markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobildən 1 ədəd akkumlyator oğurlamışdır. X13 ərizəsi əsasında Yevlax Rayon Polis X12 araşdırma aparılmış və cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında Yevlax rayon Polis X8 Bölməsinin polis sahə rəisi, polis leytenantı X4 çıxış edərək bildirmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Yevlax rayonu Aran qəsəbəsində yerləşən N saylı hərbi hissəyə məxsus N ədəd relsdən hazırlanmış dəmir kirpi maneələri oğurlamışdır. Yevlax Rayon Polis X12 araşdırma aparılmış və cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında Yevlax rayon Polis X8 Bölməsinin polis sahə rəisi, polis leytenantı X21 çıxış edərək bildirmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Yevlax şəhəri 32-ci məhəllədə yaşayan X3 evinin həyətindən 1 ədəd velosipedi oğurlamışdır. X3 ərizəsi əsasında Yevlax Rayon Polis X12 araşdırma aparılmış və cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X1 Şamil Dünyamalı oğlunun 19 iyun 2022-ci il tarixdə ona məxsus avtomobildən 1 ədəd akkumlyatoru oğurladığını, hazırda ondan şikayətçi olduğunu, dəymiş ziyanın ödənilmədiyini bildirmişdir. Zərərin Şəxs tutulmasını xahiş edir. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs hər üç əməl üzrə özünü təqsirli bilərək hazırda dəymiş ziyanı ödəyə bilməyəcəyini bildirərək barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X5 ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir və qərarın surəti inzibati icraat başlanması üçün Yevlax Rayon Polis X8 Bölməsinə göndərilmişdir; xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X13 ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir və qərarın surəti inzibati icraat başlanması üçün Yevlax Rayon Polis X8 Bölməsinə göndərilmişdir; xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, HK-1/640 nömrəli materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir və inzibati araşdırma aparılması üçün qərarın surəti Yevlax Rayon Polis X8 Bölməsinə və Cinayət Axtarış Bölməsinə göndərilmişdir; xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Yevlax şəhəri 32-ci məhəllədə yaşayan X3 evinin həyətindən 1 ədəd velosipedi oğurlamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş, xırda talama, yəni oğurlama inzibati xətasını törətmişdir; xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Yevlax rayou Aran qəsəbəsində yerləşən N saylı hərbi hissəyə məxsus N ədəd relsdən hazırlanmış dəmir kirpi maneələri oğurlamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş, xırda talama, yəni oğurlama inzibati xətasını törətmişdir; xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Yevlax şəhəri Ordubadi küçəsi ev 3-də yaşayan X16 məxsus VAZ-2106 markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobildən 1 ədəd akkumlyator oğurlamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş, xırda talama, yəni oğurlama inzibati xətasını törətmişdir; xx.xx.2022-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutmaq haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 18:30-da tutulmuşdur; Zərərçəkmiş şəxs X13 məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, ona 70 manat məbləğində ziyan dəymişdir və həmin dəymiş ziyan ödənilməmişdir, həmin ziyanın barəsində inzibati icraat aparılan şəxs Şəxs tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 115.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda vurulmuş maddi zərərin ödənilməsi, həmçinin inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxsə məcburi müalicənin təyin edilməsi məsələləri hakim tərəfindən həll edilir. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, zərərçəkmiş şəxslərin, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs inzibati xətanın törədilməsində təqsirli bilinməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Bununla yanaşı zərərçəkmiş şəxslərdən X16 dəymiş 70 manat məbləğində maddi zərər Şəxs tutulmalıdır. Həmçinin iş üzrə digər zərərçəkmiş şəxslərə dəymiş maddi zərərin tutulması ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 45 (qırx beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 17 avqust 2022-ci il tarixdən saat 18:30-dan hesablansın. Şəxs 70 (yetmiş) manat məbləğində ziyan alınıb zərər çəkmiş şəxs X16 ödənilsin. İş üzrə digər zərərçəkmiş şəxslər Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissəsinə və X6 dəymiş maddi zərərin tutulması ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №3(039)-775/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-775/2022
18.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver