Məhkəmə qərarları › İş №3(039)-776/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-776/2022

31.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-776/2022 31.08.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə xx.xx.1975-ci ildə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Yevlax rayonu Xaldan kəndində qeydiyyatda olan Şəxs barəsində Suraxanı rayon polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında 27.03 2022-ci il tarixli, İXP ******* saylı qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Buna görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Suraxanı rayon DYPŞ yol patrul xidməti inspektoru, polis kapitanı X1 tərəfindən xx.xx.2022-ci il tarixində İXP ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş səlahiyətli orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs gəlmədiklərindən, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Yevlax Rayon Məhkəməsinin 3(039)-524/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhər Suraxanı rayon X3 Şöbəsi tərəfindən tərtib edilmiş 27.03 2022-ci il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərar (şəxsin ödəmədiyi istinad olunduğu cərimə) ləğv olunmuş və iş baxılması üçün yenidən Bakı şəhər Suraxanı rayon X3 Şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunan qanunun normalarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Bakı şəhər Suraxanı rayon X3 Şöbəsi tərəfindən tərtib edilmiş 27.03 2022-ci il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərar Yevlax Rayon Məhkəməsinin qərarı ilə ləğv edildiyindən hazırki iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7ci və 114.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: xx.xx.2022-ci il tarixində İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə Şəxs inzibati məsuliyyətdən azad edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İXM-in 129-cu maddəsində müəyyən edilmiş qaydada Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar